Dünya

“Disney” yeni cizgi filmini təqdim etdi – FOTO

Sharing is caring!

“Disney” yeni “Wish” (“Arzu”) adlı cizgi filmini filmini təqdim edib.

Bu barədə şirkətin rəsmi “Twitter” səhifəsində məlumat verilib.

Layihə şirkətin 100 illik yubileyinə həsr olunub.

Animasiya 2023-cü ildə ekranlara çıxacaq.

Süjetin mərkəzində Arzular Krallığında yaşayan qız Aşa dayanır. O, yaxınlaşan təhlükəni hiss edərək arzu tutur və ulduz canlanır.

Cizgi filmi üzərində əvvəllər “Frozen” filminin yaradılmasında iştirak etmiş Kris Bak və Cennifer Li çalışıb. Layihədə 3D və akvarel rəsmlərini birləşdirən unikal animasiya növü tətbiq edilib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir