Dünya

Bosniyada müsəlman soyqırımının təşkilatçısı xəstəxanaya yerləşdirilib – FOTO

Sharing is caring!

Bosniya və Herseqovinanın serb ordusunun keçmiş komandanı, Srebrenitsada müsəlmanların soyqırımında təqsirli bilinən Ratko Mladiç ağciyər iltihabı və ürəkdə küy diaqnozu ilə Haaqa xəstəxanasına yerləşdirilib.

Bu barədə generalın oğlu Darko Mladiç xəbər verib.

Onun sözlərinə görə, atasının vəziyyəti ağırdır.

Qeyd edək ki, Ratko Mladiç Srebrenitsada müsəlmanların soyqırımına və 1995-ci ildə Bosniyada BMT əməkdaşlarının girov götürülməsinə görə məhkum edilib. O, 2011-ci ilin mayında Serbiyada həbs edilərək Haaqa məhkəməsinə ekstradisiya edilənə qədər təxminən 16 il beynəlxalq ədalətdən gizlənib. Mladiçin işinə baxılması 530 gün çəkib, bu müddət ərzində 377 şahid dinlənilib və 10 minə yaxın maddi sübut təqdim edilib. 2017-ci ilin noyabrında keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı soyqırımı, insanlığa qarşı cinayətlər, müharibə qanunlarını və adətlərini pozmaq ittihamı ilə onu ömürlük həbs cəzasına məhkum edib. Həmin ilin dekabrında adıçəkilən tribunal fəaliyyətini dayandırıb. 2021-ci il iyunun 8-də Haaqa tribunalının apellyasiya palatası Mladiçin ömürlük həbs cəzasını qüvvədə saxlayıb.

Srebrenitsa soyqırımı keçmiş Yuqoslaviyada vətəndaş müharibəsi gedən dövrdə – 1995-ci ilin iyulunda baş verib. General Ratko Mladiçin tabeçiliyində olan və ağır silahlarla təchiz edilmiş ordu tərəfindən törədilən qətliam zamanı aralarında qadın və uşaqlar olmaqla azı 8300 bosniyalı müsəlman öldürülüb. Bu soyqırımı II Dünya müharibəsindən sonra Avropada baş verən ən irimiqyaslı qətliamdır.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir