Dünya

Çempionlar Liqası: “İnter” “Bavariya”nı, “Barselona” “Viktoriya”nı qəbul edəcək – AFİŞA

Sharing is caring!

Bu gün UEFA Çempionlar Liqasında I tura yekun vurulacaq.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə də 8 qarşılaşma keçiriləcək.

A qrupunda “Ayaks” Niderlandda Şotlandiya “Reyncers”ini, “Napoli” İtaliyada İngiltərə “Liverpul”unu qəbul edəcək.

B qrupunda Portuqaliya “Portu”su İspaniyada Madrid “Atletiko”sunun, Almaniya “Bayer”i Belçikada “Brügge”nin qonağı olacaq.

C qrupunda pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Çexiyanın “Viktoriya” (Plzen) klubu İspaniyada “Barselona” ilə qarşılaşacaq. Bu qrupun digər matçında isə İtaliya “İnter”i evdə Almaniya “Bavariya”sını sınağa çəkəcək.

Nəhayət, D qrupunda Avropa Liqasının son qalibi olan “Ayntraxt” (Frankfurt) Almaniyada Portuqaliya “Sportinq”i, “Tottenhem” isə İngiltərədə Fransa “Marsel”i ilə üz-üzə gələcək.

Çempionlar Liqası

Qrup mərhələsi, I tur

7 sentyabr

A qrupu

20:45. “Ayaks” (Niderland) – “Reyncers” (Şotlandiya)

23:00. “Napoli” (İtaliya) – “Liverpul” (İngiltərə)

B qrupu

23:00. “Atletiko” (Madrid, İspaniya) – “Portu” (Portuqaliya)

23:00. “Brügge” (Belçika) – “Bayer” (Almaniya)

C qrupu

23:00. “Barselona” (İspaniya) – “Viktoriya” (Plzen, Çexiya)

23:00. “İnter” (İtaliya) – “Bavariya” (Almaniya)

D qrupu

20:45. “Ayntraxt” (Frankurt, Almaniya) – “Sportinq” (Portuqaliya)

23:00. “Tottenhem” (İngiltərə) – “Marsel” (Fransa)

Qeyd edək ki, qrup mərhələsinin I turunun ilk 8 oyunu ötən gün keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir