Dünya

Fransada üzgüçülük hovuzları bağlanır

Sharing is caring!

Fransada həyata keçirilən enerjiyə qənaət tədbirləri 30 üzgüçülük hovuzunun qəfil bağlanmasına səbəb oldu.

Məlumata görə, enerji qiymətlərinin kəskin artması kommunal müəssisələri pula qənaət etmək üçün hovuzları bağlamağa məcbur edib. Belə ki, qazla qızdırılan hovuzlar çox enerji sərf edir və onların istismar xərcləri sürətlə artır.

Fransada vəziyyəti çətinləşdirən amillərdən biri də təmirlə əlaqədar ölkədəki 56 nüvə reaktorunun yarısından çoxunun işləməməsilə bağlıdır. Reaktorların dayanması səbəbindən Paris Almaniyadan elektrik enerjisi almaq məcburiyyətindədir.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir