Dünya

ABŞ-ın ən gəlirli beşinci filmin adı məlum oldu

Sharing is caring!

Sentyabrın 5-nə olan ilkin məlumatlara görə, Tom Kruzun iştirakı ilə çəkilmiş “Top Gun: Maverick” döyüş filminin Şimali Amerikadakı kassa gəliri 701 milyon dollara çatıb.

Beləliklə, film ölkə daxilində 700,4 milyon toplayan “Black Panther”i arxada qoyaraq, ABŞ-da ən çox gəlir gətirən beşinci film olub.

Dünya üzrə isə “Maverick” təxminən 1,44 milyard dollar toplayıb və bu nəticə ilə on ikinci yerdə qərarlaşıb.

Çox güman ki, döyüş filmi “Frozen 2”ni (1,45 milyard) də qabaqlayaraq, ən azı bir sətir daha yüksələcək.

Mənbə: dtf.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir