Siyasət

Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR

Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırışı üzrə Mərkəzi Çağırış Komissiyasının tərkibi genişləndirilib. Oxu.Az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb. Qərara əsasən, Komissiyanın üzvləri sırasına aşağıdakı bəndlər əlavə edilib: – Azərbaycan Respublikası xarici işlər nazirinin müavini; – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini; – Azərbaycan […]

Cəmiyyət

FHN maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb – FOTO/VİDEO

Tovuz şəhəri, M.Musayev küçəsi, 34 ünvanında fəaliyyət göstərən fərdi sahibkar Qoca Fərman oğlu Məmmədova məxsus maye qazdoldurma məntəqəsi fəaliyyətini dayandırıb. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi həmin məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlayıb. Belə ki, […]

Müharibə

Keçmiş məcburi köçkün: “Şuşaya köç etmək tarixi hadisədir”

“Şəhid bacısı kimi Şuşaya köç etmək tarixi hadisədir. Mənim nəinki tək qardaşım, yüzlərlə, minlərlə qardaşlarım bu torpaqlar uğrunda şəhid olublar”. Bunu Oxu.Az-a açıqlamasında bu gün Şuşa şəhərinə qayıdan keçmiş məcburi köçkün Nəzakət Fazil qızı İsgəndərova deyib. O qeyd edib ki, qardaşı Firdovsi Fazil oğlu Vəliyev Xocalı soyqırımı günü – 1992-ci il fevralın 26-da şəhidlik zirvəsinə […]

Cəmiyyət

Ölkə ərazisində yağıntılı hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA + FOTO

Son günlər yağan yağışlar bir çox çaylarda sululuğun artmasına, bəzi bölgələrdən sel keçməsinə səbəb olub.  Hava şəraitinin kəskin dəyişməsi və hansı çaylardan sel keçməsi ilə bağlı Milli Hidrometeorologiya Xidmətinə sorğu ünvanladıq. Oxu.Az-ın sorğusunu Xidmətin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova cavablandırıb.  G.Məmmədova bildirib ki, bir neçə gündür ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunmasının səbəbi şimaldan […]

Cəmiyyət

Salam verəndə də siqnal, söyüş söyəndə də: Yolların həsrət qaldığı sürücü mədəniyyəti – VİDEO

Demək olar ki, gün ərzində hər birimiz ehtiyac oldu-olmadı siqnallardan istifadə edən sürücülərlə rastlaşırıq. Bu isə daha çox günün pik saatlarında baş verir. Nəzərə alsaq ki, insanlar həmin vaxtlarda ya işə, ya da dərsə, ya da mənzil başına tələsirlər, bu gərgin situasiyada siqnalların verilməsi onlarda haqlı narazılığa səbəb olur. Ölkəmizdə sürücülük mədəniyyəti niyə aşağı səviyyədədir, […]

Müharibə

Şuşa sakini: “Tarix öyrətdiyimiz uşaqlar, şagirdlər özləri tarix yazdılar”

“Bu günlər Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə yazılmalıdır”. Bunu Oxu.Az-a açıqlamasında Şuşa şəhərindən olan keçmiş məcburi köçkün Yeganə Seymur qızı İbadova deyib. “Bu günlər mənə yuxu kimi gəlir. Sanki qəfil gözümü açıb bu yuxudan oyanacağam kimi gəlir mənə. Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün ən yaxın rəfiqəmi Şuşaya yola salmağa gəlmişəm. Özüm müəlliməyəm və bu illər […]

Müharibə

Mayın sonuna qədər Şuşaya neçə nəfər qayıdacaq? – RƏSMİ + FOTO

“Bu gün şuşalıların xoşbəxt günüdür, sevincli günüdür”. Bunu Oxu.Az-a açıqlamasında Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva deyib. O qeyd edib ki, bu artıq ikinci yolasalma mərasimidir: “May ayının sonu, iyun ayının əvvəllərinə qədər Şuşaya 370 ailənin, 1 450 nəfərin köçürülməsi planlaşdırılır. Bundan sonra da mərhələli şəkildə köç davam edəcək və bundan sonra hər […]

Dünya

ABŞ-dən Rusiyadan strateji əhəmiyyətli məhsulun idxalı barədə QADAĞA

Co Bayden Rusiya uranının ABŞ-yə idxalını qadağan edən qanun layihəsini imzalayıb. Bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb. Qeyd olunub ki, söhbət Rusiya Federasiyasında və ya Rusiya müəssisələri tərəfindən istehsal edilən emal olunmamış, həmçinin az zənginləşdirilmiş uranın idxalından gedir. Öz növbəsində ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan vurğulayıb ki, C.Bayden tərəfindən imzalanan […]

Kriminal

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar. Onların olduğu “Opel” markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan […]