Kriminal

İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər TUTULDULAR – FOTO

İcarəyə götürdükləri avtomobillə narkotik daşıyan şəxslər saxlanılıblar. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdikləri tədbirlər nəticəsində axtarışda olan Gəncə şəhər sakini Röyal Əliyev və Lənkəran şəhər sakini Şəhriyar Əhmədzadə saxlanılıblar. Ş.Əhmədzadənin icarəyə götürdüyü “Toyota” markalı avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən […]

Dünya

Rusiya Ukraynanın keçmiş yüksəkvəzifəli məmurlarını axtarışa verib

Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkini, Ali Radanın keçmiş spikeri Vladimir Qroysmanı və Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının sabiq rəhbəri Aleksey Danilovu axtarışa verib. Bu barədə Rusiya DİN məlumat yayıb. Qeyd edək ki, Pavel Klimkin 2014-cü ilin iyunundan 2019-cu ilin avqustuna qədər Ukraynanın xarici işlər naziri vəzifəsində çalışıb. […]

Dünya

İstanbul boğazı gəmilərin hərəkəti üçün bağlandı

Bosfor boğazı gəmilərin hərəkəti üçün dayandırılıb. Bildirilib ki, boğazın şimal girişində “Brabus” adlı yük gəmisinin sükanında nasazlıq yarandığı üçün Bosfor boğazında gəmilərin hərəkəti müvəqqəti olaraq hər iki istiqamətdə məhdudlaşdırılıb. Sahil Təhlükəsizliyi Baş İdarəsinin məlumatına görə, RESCUE-10 yedək gəmisi və KEGM-8 sürətli xilasetmə qayğı dərhal hadisə yerinə yönəldilib. Mənbə: Dirilispostasi.com Xeberal.az

Dünya

Lavrov Avropanın Rusiya ilə danışıqlar üçün zəmin yaratmamasından gileylənib

Rusiya ilə Qərbi Avropa ölkələri arasında dialoq o zaman baş verə bilər ki, onlar onu maraqlar balansını qoruyaraq aparmağa hazır olsunlar, lakin hələlik bunun üçün heç bir zəmin yoxdur. Bu fikri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bosniya və Herseqovinanın tərkibində olan Serb Respublikasının ATV telekanalına müsahibəsində deyib. Nazirin fikrincə, dialoq o zaman uğurlu ola bilər ki, […]

Kriminal

Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. APA xəbər verir ki, nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 30 nəfər saxlanılıb. Onların hər birindən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb. Bundan başqa Gəncə şəhərində aparılan profilaktik tədbirlərin nəticəsi olaraq son bir həftə […]

MARAQLI

Həkim məsləhəti: Gündə nə qədər kolbasa yemək olar?

“Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır”. Bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. “Doymuş yağlar mövcud xəstəliklərdən asılı olmayaraq, bütün insanlarda gündəlik kalori qəbulunun 10%-i qədər olmalıdır. Bu, baş barmaq qalınlığında piy, kolbasa və ya yağ parçasıdır”, – Çuxaçeva bildirib. Doymuş yağların həddindən artıq istehlakı ürək-damar […]

İdman

İtaliya A seriyası : “Yuventus” “Roma” görüşündə qalib müəyyənləşmədi – VİDEO

İtaliya A seriyasında gecənin böyük maraqla gözlənilən görüşündə “Yuventus” “Roma” ilə üz-üzə gəlib. Oxu.Az xəbər verir ki, gərgin mübarizə vəd edən matçda hesabı meydan sahibləri açıblar. 15-ci dəqiqədə Romelu Lukaku fanatlarını çoşdurub – 1:0. Amma məğlubiyyətlə barışmayan “qoca sinyora” hesaba tarazlıq gətirib. Bremer 31-ci dəqiqədə Kyezanın ötürməsini qolla tamamlayıb – 1:1. Qeyd edək ki, aktivində […]

MARAQLI

Fironların istirahət etdikləri yer aşkar edilib – FOTO

Arxeoloqlar Sinay səhrasında fironlar və ordular üçün 3500 illik istirahət yeri aşkar ediblər. Çiy kərpicdən tikilmiş saray III Tutmosun (e.ə. 1479-1425) hakimiyyəti dövründə qədim Misir qoşunlarının və ehtimal ki, fironun ailəsinin yerləşməsi üçün tikilmişdir. Bunu onun adı olan yazılar göstərir. O, tarixin ən böyük hərbi liderlərindən biri hesab olunur. Həmin dövrdə Qədim Misir fironları imperiyanı […]

Mədəniyyət

“Forsaj11”in premyerası təxirə salındı

“Forsaj11”in premyerasını yaxın gələcəkdə gözləməyə dəyməz. Film 2026-cı ilə təxirə salınıb. Əvvəllər döyüş filminin 2025-ci ilin aprelində böyük ekranlara çıxacağı gözlənilirdi. Filmin çəkilişlərinin yalnız gələn ilin əvvəlində başlayacağı bildirib. Yayda rejissor kiçik bir qorxu filmi üzərində işləyəcək, lakin sentyabrda işini bitirəcək. Hazırda Kristina Hodson və Oren Uzil filmin 11-ci hissəsinin süjeti üzərində işləyirlər. Ekran əsəri […]