Dünya

İtaliya A Seriyası: “Milan” öz meydanında “Napoli”ni minimal hesabla məğlub edib – VİDEO

İtaliya A Seriyasının 24-cü turunun matçında “Milan” doğma meydanda 1:0 hesabı ilə “Napoli”yə qalib gəlib. Oxu.Az xəbər verir ki, ilk hissədə meydan sahibləri layiqincə önə keçdilər. Qonaqlar 89-cu dəqiqədə hesabı bərabərləşdirmək üçün ən yaxşı şanslarını əldən verdilər.   Xeberal.az

Cəmiyyət

Zaqatala sakini intihar edib

Zaqatala sakini özünü asaraq intihar edib. “Report”un məlumatına görə, hadisə Zaqatala rayonunun Dardoqqaz kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Ömərxan Makarov yaşadığı evin həyətində olan istifadəsiz mal tövləsində özünü asıb. Onun meyiti yaxınları tərəfindən aşkar edilib. Məlumata görə, 40 yaşlı Ö.Makarovun iki azyaşlı övladı var. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

İranda SEPAH-ın iki üzvü öldürülüb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Bəsic könüllü bölməsinin iki döyüşçüsü ölkənin cənub-şərqində naməlum şəxslərin hücumu nəticəsində ölüb. Bu barədə SEPAH-ın Sistan və Bəlucistan əyalətinin Quru Qoşunlarının İctimaiyyətlə Əlaqələr Departamenti məlumat yayıb. Qeyd olunur ki, əsgərlər Zahidan-Bam dəmir yolu marşrutunda təhlükəsizlik postuna hücum nəticəsində ölüblər. Xatırladaq ki, fevralın 11-də Sistan və Bəlucistan əyalətində naməlum şəxslərin […]

Dünya

İndoneziyada futbolçu oyun zamanı ildırım vurması nəticəsində ölüb – VİDEO

İndoneziyada “Persicas Subanq” klubunun 30 yaşlı futbolçusu yoldaşlıq oyunu zamanı ildırım vurması nəticəsində ölüb. O, xəstəxanada dünyasını dəyişib. Bildirilib ki, Silivangi stadionunda futbol meydançasını ildırım vurması ilk dəfə deyil. Hadisə ilə bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb. Mənbə: VoiID Xeberal.az

Dünya

Netanyahu: “İsrail HƏMAS taborlarının dörddə üçünü məhv edib”

İsrail ordusu HƏMAS taborlarının dörddə üçünü məhv edib. Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib. “Qələbə əldə etmək olar. Artıq 24-dən 18-i olan HƏMAS terror taborlarının dörddə üçünü məhv etmişik. Qalan altısının isə qalmasına imkan verməyəcəyik. Bu, İŞİD-in dörddə birini İraqda qoyub və “Qoy onların öz kiçik ərazisi olsun, hər şey qaydasındadır” deməklə eynidir”, […]

Dünya

Silvester Stallone varisini açıqladı: Növbəti “Rembo” kim ola bilər?

Məşhur aktyor Silvester Stallone Cimmi Fallonun “Bu gecə şousu”nda” iştirak edib. Aparıcı ilə söhbət zamanı o bəyan edib ki, Rembo rolunun növbəti ifaçısı Rayan Qoslinq olmalıdır. “Mən ona mütləq “hə” deyərdim, amma bilmirəm, bəlkə kimsə “O Rembo olmaq üçün çox yaraşıqlıdır!” sözləri ilə mənə etiraz edəcək. Qeyd edək ki, “Rembo: İlk Qan” filminin premyerası hələ 1982-ci […]

Dünya

Məşhur hindistanlı aktyor çəkiliş meydançasında boğularaq ölüb

“Anjathe” filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib. Qeyd olunub ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş. Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. Nəticədə onu xilas etmək mümkün olmayıb. Yeni filmdə Şridhar rejissor kimi çıxış edib – […]

Dünya

İstanbulda “keçmiş sevgililər bazarı” təşkil edildi – FOTO

Türkiyədə İstanbulun Nişantaşı rayonunda 14 Fevral Sevgililər Gününə bir neçə gün qalmış “keçmiş sevgililər bazarı” təşkil edilib. Keçmiş sevgililərinin əşyalarını satmaq istəyənlər məhsulların üzərinə maraqlı qeydlər qoyaraq piştaxtalarda satışa çıxarıblar. Keçmiş sevgililərinin əşyalarını piştaxtada satdığını bildirən Yiğit Sahur, indiki sevgilisi ilə bunu sosial şəbəkələrdən birində gördüklərini qeyd edib. “Onunla danışıb, digər keçmiş əlaqələrimizdən qalan əşyaları yığıb […]

Dünya

“Tesla Cybertruck” tırtıllı qar avtomobilinə çevrildi – FOTO

ABŞ-li tüner Deyv Sparks “Tesla Cybertruck” elektrikli pikapı tırtıllı qar arabasına çevirib. Qeyd olunur ki, bu layihə üçün elektrik yük maşınının təkərlərinin hər biri tırtılla əvəz olunub və avtomobilin yaradıcısı bunun indiyə qədər etdiyi ən mənasız və möhtəşəm iş olduğunu bildirib. Sparks əvvəllər “Jeep Gladiator” və məktəb avtobusunun təkərlərini tırtılla əvəz edib. Mənbə: championat.com Xeberal.az

Dünya

Afinada eynicinsli nikahların leqallaşdırılmasına qarşı kütləvi aksiya keçirilib – VİDEO

Yunanıstan paytaxtının mərkəzində yerləşən mərkəzi Afina Sintaqma Meydanında eynicinsli cütlüklərin nikahlarının qanuniləşdirilməsinə və uşaqları onlar tərəfindən övladlığa götürməsinə qarşı kütləvi aksiya keçirilib. Qeyd olunur ki, yüzlərlə insan əllərində Yunanıstan bayraqları, nişanlar və xaçlar, həmçinin “Biz eynicinslilərin nikahı ilə bağlı radikal qanun layihəsinə yox deyirik” şüarı yazılmış plakatlar tutaraq etiraz ediblər. Aksiya bir sıra pravoslav təşkilatları […]