İdman

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib

Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. Bu barədə Azərbaycan Şahmat Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, yarışda 2023-cü ildə 18 yaşlılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva, o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparırlar. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır. Çempionatın mükafat fondu 15 min manat […]

MARAQLI

Pentaqon rəhbəri il başlayandan ikinci dəfə xəstəxanaya yerləşdirildi

ABŞ müdafiə naziri Lloyd Ostin xəstəxanaya yerləşdirilib. Bu barədə Pentaqonun sözçüsü Patrik Rayder xəbər verib. “Müdafiə naziri Lloyd Ostin, sidik kisəsi problemləri əlamətləri ilə müayinə üçün xəstəxanaya yerləşdirilib”, – deyə məlumatda vurğulanıb. Bildirilir ki, vəziyyətlə bağlı müdafiə nazirinin müavini və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, həmçinin Ağ Ev və Konqresə məlumat verilib. “Təxminən saat 16:55-də […]

Cəmiyyət

Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb

Azərbaycandan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılıb. Bu barədə Qafqaz Müsəlmanları İdarəsi məlumat yayıb. Bildirilib ki, sənədlərin qəbulu bu gündən etibarən iş günləri ərzində saat 10:00-dan 16:00-a kimi Qafqaz Müsəlmanları İdarəsinin Bakı şəhəri, Mirzə Fətəli küçəsi, 7 ünvanında yerləşən inzibati binasında aparılacaq. Ziyarət üçün tələb olunan sənədlər ümumvətəndaş pasportu, şəxsiyyət vəsiqəsinin surəti, 3,5 sm x 4,5 […]

Cəmiyyət

10 yaşlı Nurayın müalicə üçün 500 manata ehtiyacı var: “Satmağa dəyərli əşyam da qalmayıb” – FOTO

10 yaşlı Nurayın sizin dəstəyinizə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Nazlı Abbasova məlumat verib. O bildirib ki, övladında anadangəlmə əqli gerilik var. “Nurayda anadangəlmə əqli gerilik var. Son bir neçə ildə isə qıcolması yaranıb. Gün ərzində 4-5 dəfə qıcolması tutur. Dərmanlarını vaxt-vaxtında içməyəndə inanın bu qıcolmalar gün ərzində 7-8 dəfəyə qədər qalxır. Hər […]

Dünya

İsrail HƏMAS-ın girov saxladığı iki nəfəri azad etdi – FOTO/VİDEO

İsrail Müdafiə Qüvvələri Rəfah şəhərində keçirdiyi əməliyyat zamanı HƏMAS terrorçuları tərəfindən qaçırılan iki israilli girovu azad edib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi “Telegram” hesabında paylaşım edilib. “HƏMAS terror təşkilatı tərəfindən 7 oktyabrda Nir İshaq qəsəbəsindən qaçırılan 60 yaşlı Fernando Simon Marmanı və 70 yaşlı Lui Harı azad edilib. Onların hər ikisinin vəziyyəti yaxşıdır və […]

Cəmiyyət

Xankəndidə silah-sursat aşkarlandı

Xankəndi şəhərində silah-sursat aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib. Qeyd edilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Xankəndi şəhəri ərazisində yeddi ədəd avtomat silahı, iki tüfəng, 11 ədəd qumbara, 10 qumbara alışdırıcısı, 25 ədəd patron darağı, 2 487 ədəd müxtəlif çaplı patron və digər sursat aşkar olunaraq götürülüb. Xeberal.az

Dünya

Marafonda dünya rekordu ötən həftə təsdiqlənən idmançı faciəvi şəkildə həlak oldu – FOTO

Marafon üzrə dünya rekordunu qıran keniyalı qaçışçı Kelvin Kiptum 24 yaşında həlak olub. Bu barədə Dünya Yüngül Atletika Assosiasiyasının prezidenti Sebastyan Koe xəbər verib. Məlumata görə, idmançının idarə etdiyi avtomobil Keniyanın Rift Vadisi bölgəsindəki Nakuru şəhərində qəzaya düşüb. Maşında ondan əlavə, daha üç nəfər olub. Sərnişinlərdən məşqçi həlak olub, digər iki nəfər isə xəstəxanaya yerləşdirilib. […]

Cəmiyyət

Azərbaycanın Rusiya ilə həmsərhəd rayonlarında əməliyyat keçirilir

Azərbaycan və Rusiya daxili işlər nazirləri arasında əldə olunan qarşılıqlı razılaşmaya əsasən, hər iki ölkənin sərhədyanı rayonlarının ərazisində “Sərhəd-sipər” şərti adı altında birgə kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər keçirilir. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, bir həftə davam edəcək əməliyyatların əsas məqsədi sərhədyanı əməkdaşlıq məsələləri ilə bağlı qəbul edilmiş qərarların yerinə yetirilməsi, transmilli mütəşəkkil cinayətkar dəstələrin […]

Cəmiyyət

Bədii gimnastika üzrə Şuşa rayon birinciliyinin qalibləri bəlli oldu

Qarabağ Regional Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Şuşa Uşaq və Gənclər İdman Məktəbi və “Ocaq Sport” klubunun birgə təşkilatçılığı ilə 2015, 2016 və 2017-ci il təvəllüdlü qızlar arasında bədii gimnastika üzrə rayon birinciliyi keçirilib. “Report”un məlumatına görə, Bakı Olimpiya İdman Kompleksində reallaşan yarışda 20 gimnast iştirak edib. 2015-ci il təvəllüdlü idmançılar alətlə, digərləri alətsiz çıxış […]