Cəmiyyət

Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir

Kosmik hava proqnozu açıqlanıb. Şamaxı Astrofizika Rəsədxanasından verilən məlumata görə, proqnoz günlərində (12-18 fevral) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 20% təşkil edir. Enerjisi 2 MeV-dən çox olan elektron selinin normal və orta səviyyədə, 10 MeV-dən çox enerji […]

İdman

“Braqa”nın baş məşqçisi: “Qarabağ”la çox çətin oyunumuz olacaq”

“Qarabağ”la çox çətin oyunumuz olacaq”. Bunu Portuqaliyanın “Braqa” klubunun baş məşqçisi Artur Jorje UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçiriləcək oyun barədə danışarkən deyib. 52 yaşlı mütəxəssis vacib görüşə çıxacaqlarını bildirib: “Çempionatda “Sportinq”ə 0:5 hesablı məğlubiyyətə baxmayaraq, irəli baxmalıyıq. İndi təəssüflənmək vaxtı deyil. Bu nəticəni unutmaq və “Qarabağ”la görüşə köklənmək lazımdır”. Qeyd edək ki, […]

Siyasət

İlham Əliyevin ünvanına təbriklər gəlməkdə davam edir – YENİLƏNİB

Moskvanın və bütün Rusiyanın patriarxı Kirilldən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. President.az xəbər verir ki, məktubda deyilir: “Azərbaycan Respublikası Prezidenti seçkisində inamlı qələbəniz münasibətilə səmimi təbriklərimi qəbul edin. Sizin yenidən ali dövləti vəzifəyə seçilməyiniz uzun illər ölkəyə rəhbərliyiniz dövründə qazandığınız ümumxalq etimadının göstəricisidir. Seçicilərin əksəriyyətinin sizə səs verməsi onu göstərir ki, insanlar […]

Dünya

Antalya sahilində daha bir cəsəd tapıldı – FOTO

Türkiyənin Antalya şəhərinin Konyaaltı sahilində 25-30 yaşlarında naməlum kişi cəsədi tapılıb. Cəsədin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayıb. Cəsəd Konyaaltı rayonunda tikinti işləri aparan işçilər tərəfindən sahildən iki metr məsafədə suda aşkarlanıb. Ölən şəxsin bədəninin yuxarı hissəsi çılpaq olub və biləyində “Mustafa Kamal Atatürk” yazılmış döymə görünüb. Qeyd edək ki, bununla da Antalyada son […]

Cəmiyyət

Sumqayıtda kanalizasiya suyu küçələrə axır – FOTO/VİDEO

Sumqayıtda çirkab suları küçəyə axır.  Oxu.Az xəbər verir ki, söhbət şəhərin İnşaatçılar qəsəbəsindən gedir. Sakinlərin sözlərinə görə, kanalizasiya borusu partlayıb və çirkab suları məhəlləyə dolub: “Sumqayıt şəhəri Ruhi-Əsəb Xəstəlikləri Dispanserinin yaxınlığıdır. Artıq bir həftəyə yaxındır ki, ərazi bu vəziyyətdədir. Tez-tez belə hallar olur, insanların evlərini kanalizasiya suyu basır. Aidiyyəti üzrə quruma müraciət edilib”.  Məsələ ilə […]

Cəmiyyət

Ağdamda evin zirzəmisindən silah-sursat tapılıb

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin zirzəmisindən 6 ədəd avtomat, bir ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursat aşkar edilərək götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Xeberal.az

Siyasət

İlham Əliyev bu həftə and içə bilər – İZAH

Mərkəzi Seçki Komissiyası 7 fevralda keçirilən növbədənkənar prezident seçkisini yekunlaşdırıb. MSK-nın fevralın 11-də keçirdiyi iclasda bu barədə qərar qəbul edilib. Seçkidə iştirak etmiş seçicilərin 92,12 faizinin səsini (4 567 458 səs) qazanan İlham Əliyev qalib elan edilib. MSK nəticələr barədə protokolu yoxlamaq üçün Konstitusiya Məhkəməsinə təqdim edib. Konstitusiya Məhkəməsi fevralın 13-də növbədənkənar prezident seçkisinin yekunlarına […]

Cəmiyyət

Növbəti üç gündə hava dumanlı olacaq

Bakıda və Abşeron yarımadasında fevralın 12-də axşamdan 15-dək fasilələrlə duman olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, magistral avtomobil yollarının bəzi hissələrində görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı ehtimalı var. Xeberal.az

Mədəniyyət

Azərbaycan “2023-cü ilin Mədəniyyət Destinasiyası” mükafatına layiq görülüb – FOTO

Çin Xalq Respublikasının “Voyage” jurnalı Azərbaycanı “2023-cü il üzrə Mədəniyyət Destinasiyası” mükafatına layiq görüb. Bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb. Bildirilib ki, mükafatlandırma mərasimində Azərbaycanın mədəniyyətlərarası dialoq məkanı kimi tutduğu mövqeyi və nüfuzu xüsusi qeyd olunub. Tədbir zamanı UNESCO-nun Ümumdünya İrs Siyahısında yer alan Şirvanşahlar Sarayı və Qız qalası ilə birgə İçərişəhər, Qobustan Qayaüstü […]