İdman

Taekvondo millimiz İranda iki beynəlxalq yarışda iştirak edəcək

Azərbaycan taekvondo millisi İranda iki beynəlxalq yarışda iştirak edəcək. Oxu.Az xəbər verir ki, yığma fevralın 12-15-i aralığında paytaxt Tehranda G1 kateqoriyalı “Fəcr Open”, ayın 16-19-da isə G2 kateqoriyalı Dünya Taekvondosunun Prezidentinin kubokunda mübarizə aparacaq. Beynəlxalq turnirlərdə kişilərdən ibarət millinin böyük məşqçi Elnur Amanov, qadınlardan ibarət yığmanın böyük məşqçi Seulbi Li və məşqçi Zahid Məmmədovun rəhbərliyi […]

Cəmiyyət

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edildi – VİDEO

Füzulidə torpaq uçqunu altında qalan şəxs xilas edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib kİ, qurumun “112” qaynar telefon xəttinə Füzuli şəhəri ərazisində torpaq uçqunu nəticəsində vətəndaşın uçqun atında qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub […]

Dünya

Tramp digər ölkələrə təmənnasız yardımları dayandırmağı təklif edib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton istənilən ölkəyə təmənnasız yardımdan imtina etməli və yalnız kredit şəklində vəsait ayırmalıdır. Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb. Trampın fikrincə, ABŞ Senatı xarici yardımların pul şəklində ayrılmasını dayandırmalıdır. O, hesab edir ki, bu, yalnız kredit şəklində edilməlidir. Siyasətçi kreditin əlverişli şərtlərlə, məsələn, faizsiz və […]

Dünya

Ukrayna-Polşa sərhədində 1300-dən çox yük maşını dayanıb

Ukrayna və Polşa sərhədindəki keçid məntəqələrində etirazlar səbəbindən təxminən 1300-dən çox yük maşını növbədə dayanıb. Bunu Ukrayna Dövlət Sərhəd Xidmətinin nümayəndəsi Andrey Demçenko bildirib. Onun sözlərinə görə, “Rava-Russkaya-Xrebnoye” və “Dorohusk-Yaqodin” keçid məntəqələri bağlanıb. Demçenko aydınlaşdırıb ki, fevralın 11-də Polşa ərazisində Yaqodinin qarşısında 700, Rava-Russkayada 400 yük maşınından ibarət növbə yaranıb. Açılan “Medika-Şeqini” məntəqəsində isə 240 […]

Cəmiyyət

Cəlilabadda qızılcaya yoluxanların sayı AÇIQLANDI

Cəlilabad rayonunda qızılca virusuna yoluxma sayında yenidən artım qeydə alınır. “Report”un məlumatına görə, Cəlilabad rayonunda noyabr ayından bugünədək 493 nəfər qızılcaya yoluxub. Yoluxanlardan 18 yaşdan kiçiklər 318 nəfər, 18 yaşdan böyüklər isə 175 nəfər təşkil edir. Hazırda aktiv xəstə sayı 47 nəfərdir. Xəstələrdən 3-ü stasionar şəraitdə müalicə olunur. Rayon üzrə ötən ilin dekabrın 1-dən QPM peyvəndi […]

Dünya

Fransa miqrant uşaqlarını vətəndaşlıq hüququndan məhrum edəcək

Mayotta adasında (Hind okeanında Fransanın xarici ərazisi) doğulmuş əcnəbilərin uşaqlarının torpaq hüququ əsasında Fransa vətəndaşlığı almaq imkanı milli qanunvericilikdən çıxarılacaq. Bu barədə jurnalistlərə Fransanın daxili işlər naziri Jerald Darmanin məlumat verib. “Biz Mayottada “torpaq hüququ”nun ləğvini qanunvericilikdə təsbit edəcək radikal bir qərar qəbul etmək niyyətindəyik. Əgər siz fransız valideynlərin övladı deyilsinizsə, artıq fransız olmaq mümkün olmayacaq”, – deyə […]

Dünya

ABŞ Konqresi TƏSDİQLƏDİ: “F-16”ların Türkiyəyə satışı baş tutacaq – FOTO

ABŞ Konqresi Türkiyəyə 40 yeni “F-16” qırıcısının satışı və mövcud “F-16” qırıcılarının modernləşdirilməsi ilə bağlı müqaviləni təsdiqləyib. Bu barədə ABŞ-nin Ankaradakı səfirliyi özünün “X” səhifəsində məlumat yayıb. “Konqresin bu həftə Türkiyənin 40 yeni və 79 təkmilləşdirilmiş “F-16” təyyarəsi almasına razılıq verməsi irəliyə doğru atılmış böyük addımdır. Türkiyənin “F-16” donanması müttəfiqlər arasında gələcək qarşılıqlı fəaliyyətin təmin […]

Dünya

Ukrayna ordusunda iki komandan vəzifəsindən azad edildi: YENİ TƏYİNATLAR

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığında yeni dəyişikliklər edib. Müvafiq sərəncamlar prezidentin rəsmi saytında dərc olunub. Belə ki, Zelenski Sergey Nayevi Birləşmiş Qüvvələrinin komandanı, Maksim Mirqorodskini isə Hava Desant Qüvvələri komandanı vəzifələrindən azad edib. Prezidentin digər sərəncamları ilə Aleksandr Pavlyuk Quru Qoşunlarının komandanı, Yuri Sodol Birləşmiş Qüvvələrin komandanı, İqor Skibyuk Hava Desant […]

Dünya

Pakistanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı

Pakistanın Seçki Komissiyası bazar günü Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ilkin nəticələrini açıqlayıb. Komissiyanın məlumatına görə, müstəqil namizədlər 101 yer qazanıblar. Keçmiş baş nazir Nəvaz Şərifin Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) isə parlamentdə 75 yer alıb. Daha iki mandatın taleyi hələlik bəlli deyil. Mənbə: Sinxua Xeberal.az