Dünya

Tramp digər ölkələrə təmənnasız yardımları dayandırmağı təklif edib

Sharing is caring!


ABŞ-nin keçmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqton istənilən ölkəyə təmənnasız yardımdan imtina etməli və yalnız kredit şəklində vəsait ayırmalıdır.

Bu barədə o, özünün “Truth Social” sosial şəbəkəsində yazıb.

Trampın fikrincə, ABŞ Senatı xarici yardımların pul şəklində ayrılmasını dayandırmalıdır. O, hesab edir ki, bu, yalnız kredit şəklində edilməlidir.

Siyasətçi kreditin əlverişli şərtlərlə, məsələn, faizsiz və qeyri-məhdud müddətə verilə biləcəyini vurğulayıb.

Xatırladaq ki, Tramp yenidən Respublikaçılar Partiyasından dövlət başçısı vəzifəsinə namizəd kimi irəli sürülmək üçün mübarizə aparır.

Mənbə: İnterfaks 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir