İdman

Azərbaycan Basketbol Liqası: Turun son oyununda qalib müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub. Oxu.Az xəbər verir ki, son oyun “NTD-İndiqo” – “Xırdalan” komandaları arasında keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində reallaşan görüş paytaxt təmsilçisinin 84:77 hesablı qələbəsi ilə yekunlaşıb. Turun daha əvvəl keçirilən oyunlarında “Neftçi” “Sabah”a 101:87, “Xəzri” “Şəki”yə 94:85, “Sumqayıt” “Cəlilabad”a 109:99 və “Sərhədçi” “Gəncə”yə 79:72 hesabları ilə qalib gəlib. Bu […]

Siyasət

İlham Əliyev 92,12 % səslə qalib oldu – MSK-dan yekun nəticə

MSK növbədənkənar prezident seçkisinə yekun vurub, İlham Əliyev 92,12 % səslə qalib olub Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında 2024-cü il fevralın 7-də keçirilmiş növbədənkənar prezidentinin seçkisinə yekun vurulması və MSK-nın seçkisin nəticələrinə dair protokolunun müvafiq sənədlərlə birlikdə Konstitusiya Məhkəməsinə təqdim edilməsi məsələsi müzakirə olunub. “Report”un xəbərinə görə, Məsələ barədə MSK sədrinin müavini Rövzət […]

Dünya

Macarıstanda yeni prezident nə vaxt seçiləcək?

Macarıstanın istefa verən prezidenti Katalin Novakın yerinə yeni dövlət başçısı mart ayında seçiləcək. Bu barədə hakim “FİDES – Macarıstan Vətəndaş Birliyi” partiyasının parlament fraksiyasının lideri Mate Koçiş məlumat verib. O, konstitusiyaya əsasən prezidenti seçən Macarıstan parlamentinin Novakın istefasını təsdiqləyəcəyinə şübhə etmədiyini qeyd edib. Bundan sonra 30 gün ərzində yeni prezident seçkisi keçirilməlidir. “Bu o deməkdir […]

Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Sabah bir rayonda qaz kəsiləcək

Masallıda sabah 1800 abonentin qaz təchizatında məhdudiyyət yaranacaq. Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, Masalı rayonu Bambaşı kəndində diametri 219 millimetrlik orta təzyiqli daşıyıcı qaz xəttində aşkar edilmiş yeraltı qaz sızmasının aradan qaldırılması məqsədilə Bambaşı, Böyük Xocavar, Yeyənkənd və Köhnə Alvadı kəndinin bir hissəsi olmaqla ümumilikdə 1 800 abonentin qaz təchizatı sabah saat […]

Siyasət

MSK bir neçə məntəqədə seçkinin nəticələrini ləğv edib, məntəqə seçki komissiyaları buraxılıb

Mərkəzi Seçki Komissiyası seçkilərin şəffaf və ədalətli keçirilməsi üçün lazım olan bütün addımları atıb, bu peşəkarlıq fonunda aparılan araşdırmalar göstərir ki, sağlam seçki mühitinə kölgə salmaq üçün bəzi cəhdlər olub. “Report”un xəbərinə görə, bunu MSK-nın bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov bildirib. Qeyd edilib ki, daxil olmuş bütün protokollar, internet resurslarında yayımlanan bütün […]

Cəmiyyət

Lerikdə evdə yanğın olub

Lerikdə beş otaqlı evdə yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Lerik rayonunun Bobla kəndində ümumi sahəsi 110 kvadratmetr olan taxta konstruksiyadan ibarət kürsülü, birmərtəbəli beş otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Xeberal.az

Siyasət

Rövzət Qasımov: “Seçki prosesi marafonunda MSK-ya yalnız bir şikayət daxil olub”

“Seçki prosesi marafonunda Mərkəzi Seçki Komissiyasına (MSK) yalnız bir şikayət daxil olub”. AZƏRTAC xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov fevralın 11-də prezident seçkisinin yekunları ilə bağlı keçirilən iclasda səsləndirib. “MSK daxil olan müraciətlərə kifayət qədər həssas yanaşıb. “Qaynar Xətt”ə 700-ə yaxın zəng daxil olub. Bunlardan 670-ə yaxını seçici siyahısı ilə bağlı […]

Siyasət

MSK prezident seçkilərinin nəticələrini Konstitusiya Məhkəməsinə təqdim edəcək

Mərkəzi Seçki Komissiyasının növbədənkənar prezident seçkisi ilə bağlı iclası keçiriləcək. Oxu.Az-ın xəbərinə görə, MSK prezident seçkisinə yekun vuraraq nəticələri Konstitusiya Məhkəməsinə təqdim edəcək. Seçki Məcəlləsinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edilməsini təmin etməlidir. Konstitusiyanın 103-cü maddəsinə uyğun […]

Dünya

Dağıstanda karyerasında ilk dəfə uduzan boksçu qız yoxa çıxdı – FOTO

Dağıstanda boksçu Anna Comartova karyerasında ilk məğlubiyyətdən sonra yoxa çıxıb. Məlumata görə, Rostov hüquq fakültəsinin 22 yaşlı tələbəsi Kaspiysk şəhərinə tay boksu yarışı üçün gəlib. Burada 10 ildə ilk dəfə uduzan xanım məğlubiyyətinə görə sarsıntı keçirib. O, telefonunu da evdə qoyaraq yoxa çıxıb. Şəhərin müşahidə kameralarından istifadə etməklə qızın sonuncu dəfə Xəzər dənizinin sahilində olduğunu […]

Cəmiyyət

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi bayramı: Tovuzda xüsusi olaraq qeyd edilir – FOTO

Novruzun gəlişinin ilk müjdəçisi Xızır Nəbi gecələri fevralın 10-11-də qeyd edilir. Bu, kiçik çillənin sonuncu ongünlüyü, yəni fevralın birinci dekadası başa çatdıqdan sonra olur. Elə həmin andan yazın müjdəçisi olan Xızır gecələri başlayır. Deyilənə görə, bu bayram Xızır peyğəmbərin adı ilə bağlıdır. AZƏRTAC xəbər verir ki, bu bayramı Azərbaycanın qərb bölgəsində Tovuzun Yuxarı Öysüzlü kəndinin sakinləri […]