İqtisadiyyat

İpək Yolu üzərində turizm perspektivləri – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

“Müasir İpək Yolu Ortaq Turizm” paketi ilə bağlı razılaşma əldə olunsa da, onun reallaşması ləngiyir. Böyük perspektiv vəd edən layihənin reallaşmasına pandemiya mane olub. Ölkəmizin mədəni turizm marşrutları sırasına bir neçə il əvvəl Türk Şurası tərəfindən təşkil edilən “Müasir İpək Yolu Ortaq Turizm” paketi də daxil oldu. Türk Şurasının dörd üzv ölkəsini – Azərbaycan, Qırğızıstan, […]

Siyasət

Misir İsraili hədələdi

Misir Qəzza zolağının cənubundakı Rəfah şəhərinə qoşun yeridəcəyi təqdirdə İsraillə “Kemp-Devid” sazişini poza bilər. Bu barədə Misir rəsmiləri məlumat yayıblar. “Baş nazir Benyamin Netanyahunun Rəfaha qoşun göndərilməsinin zəruri olduğunu söyləməsindən sonra “Kemp Devid” sazişini dayandırmaq təhlükəsi yaranıb”, – məlumatda bildirilir. Qeyd edək ki, “Kemp-Devid” sazişi 1979-cu ildə Misir və İsrail arasında imzalanmış sülh müqaviləsidir. Bundan […]

Cəmiyyət

İsmayıllıda dayanma-durma qaydalarını pozan sürücülər barəsində tədbir görülüb – FOTO

İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma, parklanma qaydalarını pozan, ikinci cərgədə nəqliyyat vasitələrini saxlayan sürücülərin müəyyən edilməsi məqsədilə nəzarət tədbirləri keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı həmin qayda pozuntularına yol verən sürücülər polis əməkdaşları tərəfindən aşkarlanıblar. Bu […]

Dünya

III Çarlz xəstəliyi elan edildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb

İngiltərə kralı III Çarlz fevralın 5-də Bukingem sarayının monarxa xərçəng diaqnozu qoyulduğunu elan etməsindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb. Qeyd olunub ki, əlahəzrət bazar günü səhər Norfolkdakı Sandrinqem kral mülkünün ərazisində yerləşən Müqəddəs Məryəm Maqdalena kilsəsində keçirilmiş ayində iştirak edib. Böyük Britaniya televiziya kanallarında nümayiş olunmuş kadrlarda Kraliça Kamillanın müşayiəti ilə 75 yaşlı kralın […]

Cəmiyyət

Qubada minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var – FOTO

Qubada minik avtomobili ağaca çırpılıb, ağır xəsarət alanlar var. “Report”un məlumatına görə, Quba-Xaçmaz avtomobil yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, “Lada-Priora” markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan beş nəfər ağır xəsarətlər alıb. Onlar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda yaralılara tibbi yardım göstərilir. Faktla […]

İdman

İngiltərə Premyer Liqası: “Arsenal” “Vest Hem”i darmadağın etdi – VİDEO

İngiltərə Premyer Liqasının 24-cü turunun oyununda Londonun “Vest Hem” və “Arsenal” klubları üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, oyun Londonda (İngiltərə) Olimpiya Stadionunda baş tutub. Qarşılaşmanı Kreyq Pousonun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib. Bakı vaxtı ilə saat 19:00-da start fiti səslənib. Oyun “Arsenal”ın 6:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Artıq ilk hissədə qonaqlar […]

Siyasət

MSK prezident seçkisinin nəticələri barədə protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

Mərkəzi Seçki Komissiyası 2024-cü il fevralın 7-də keçirilmiş prezident seçkisinin nəticələri barədə protokolu müvafiq sənədlərlə birlikdə seçkilərin nəticələrinin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdim edib. APA-nın xəbərinə görə, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkisinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq üç gün ərzində and içir. Qeyd edək […]

Cəmiyyət

İnanca görə, insanlar üçün Tanrıdan bolluq diləyən Xıdır obrazı təmiz olan evdə çox qalar – REPORTAJ + FOTO

Xalqımızın qədim mədəniyyəti ilə bağlı mifoloji görüşlərlə zəngin olan mərasimlərdən biri də Xıdır Nəbidir (və ya Xızır) ki, mərasim Naxçıvan Muxtar Respublikasının şəhər və kəndlərində xüsusi olaraq qeyd edilir. AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Aytən Cəfərova “Report”a bu mərasimin rituallarından danışıb. A.Cəfərova qeyd edib ki, Xıdır Nəbi (və ya Xızır) mərasimi Kiçik Çillənin […]

Cəmiyyət

Qusarda dağlıq ərazidə yanğın olub – FOTO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Qusar rayonunun Caqar kəndi yaxınlığında dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Qusar rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri çağırış üzrə cəlb olunub. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın genişlənərək […]

Cəmiyyət

Azərbaycanlı qız ABŞ-də pilot oldu – FOTO

ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq. Oxu.Az xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-nin ən böyük hava yolları şirkətlərindən biri olan “United Airline”a birinci kapitan pilot olaraq qəbul olunub. Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir. Xeberal.az