Dünya

Maskdan Ukrayna ilə bağlı ÇAĞIRIŞ

ABŞ-li milyarder İlon Mask Ağ Evin rəhbəri Co Baydenin Konqresin Kiyevi dəstəkləmək istəməməsinin cinayət səhlənkarlığına bənzəyəcəyi barədə bəyanatını pisləyib. “Bu insan qırğınını dayandırmağın vaxtıdır”, – deyə Mask özünün “X” hesabında yazıb. Sahibkarın qeyd etdiyi kimi, Ukraynada müharibə bir il əvvəl dayandırılmalı idi. Mənbə: REN TV Xeberal.az

Dünya

Bakı-Moskva reysi ilə uçan sərnişin hava limanında ölüb

Rusiyanın “Aeroflot” aviaşirkətinə məxsus “Su-1857” təyyarəsində Bakı-Moskva reysi ilə uçan sərnişin Şeremetyevo hava limanında ölüb. Məlumata görə, sərnişin tromb tıxanması nəticəsində dünyasını dəyişib. “Su-1857” təyyarəsi fevralın 6-da axşam saatlarında Bakıdan uçub. Təyyarə enən zaman Yuri Z. adlı sərnişinin qəfildən halı pisləşib. O, boğulmağa başlayıb, sonra da huşunu itirib. Təcili yardım maşını B terminalının 178 saylı […]

Cəmiyyət

Ağır xəstəliyə yol açan meyvə-tərəvəzlər hansılardır? – VİDEO

Əvvəllər meyvələri qabığı ilə birlikdə yeməyi məsləhət görürdülər. Düşünürdülər ki, ən az meyvənin özü qədər qabığında da vitaminlər var. Son dövrlərdə isə əksinə istər meyvələrin, istərsə də tərəvəzlərin qabıqlarının soyulması məsləhət görülür. Səbəb isə bu məhsulların daha uzunömürlü olması, parlaq görünməsi üçün üzərlərinə vurulan parafin maddəsidir. Mütəxəssislər qeyd edirlər ki, üzərinə parafin vurulan meyvə və […]

Dünya

İspaniyada narkotik tacirləri patrul gəmisini vurublar, ölənlər var

İspaniyanın Mülki Qvardiyasının iki üzvü Atlantik okeanın sahillərində patrul gəmisinin narkotik alverçiləri tərəfindən vurulması nəticəsində həlak olub. Bu barədə qvardiyanın “X” sosial şəbəkəsindəki səhifəsində məlumat verilib. “Bu gün vəzifə borcunu yerinə yetirərkən qəflətən Barbate limanında narkotik daşıyan gəminin atəşi nəticəsində həlak olan həmkarlarımızla acı vida”, – deyə paylaşımda qeyd olunub. Mənbə: izvestiya Xeberal.az

Müsahibə

Rəssamlığı üstün tutan həkim: “Yada min manata çəkəcəyim rəsmi qardaşıma iki minə dedim” – MÜSAHİBƏ + FOTO

“Tibb Universitetində dövlət sifarişi əsasında təhsil almaq hüququ qazansam da, həkim işləməyəcəyimi bilirdim”. Bunu Oxu.Az-a müsahibəsində 10 ildir rəssamlıqla məşğul olan Aynurə Mustafayeva deyib. Həmsöhbətimiz hələ ki öz üslubunu müəyyən etməsə də, həyatda gedəcəyi yolu seçib və bu yolun onu xoşbəxt etdiyindən əmindir. Müsahibəni təqdim edirik: – Aynurə xanım, ilk ali təhsiliniz həkimlik olub. Hansı ixtisası oxumusunuz? – Azərbaycan […]

Cəmiyyət

Eşşək südü qızılcanın DƏRMANIDIR? – FOTO

Son günlər sosial şəbəkələrdə və bəzi KİV-də eşşək südü ciddi şəkildə təbliğ edilir. Hətta bəziləri eşşək südünün qızılcanın yeganə dərmanı olduğunu iddia edirlər. Ona görə də bir çox insan sosial şəbəkələrdə eşşək südünün axtarışına çıxıb. Nəzərə alaq ki, eşşək südünün xərçəng xəstəliyinin, o cümlədən sədəf, sirroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malik […]

Siyasət

Məmməd Abbasbəyli: “Azərbaycanda qlobal texnologiya şirkətləri rəqabət pozuntularına yol verirlər”

“Son bir neçə ildə Azərbaycanda qlobal iri texnologiya şirkətləri tərəfindən rəqabət pozuntularına yol verildiyi müşahidə olunur”. “Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) regional mərkəzinə müsahibəsində deyib. “Nisbətən kiçik bazarların da öz mürəkkəbliyi var, çünki qlobal şirkətlərin bizim […]

Cəmiyyət

Bakıda daha bir küçədə velosiped zolağı salınır

Bakıda daha bir küçədə velosiped zolağı salınır. Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.  Belə ki, Azadlıq prospektində velosiped zolağı üçün yer ayrılıb və rənglənmə işlərinin bir qismi artıq yekunlaşdırılıb. Qeyd edək ki, bir müddət öncə paytaxtın Nəsimi rayonu Mirzəağa Əliyev küçəsində də velosiped zolağı salınıb.  Xatırladaq ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi […]

Kriminal

Azərbaycanda qadın siqareti keçmiş sevgilisinin dodağında söndürdü: Cərimə olundu

Azərbaycanda keçmiş sevgilisini çılpaq soyundurub, evdən qovan qadınla bağlı məhkəmə qərar verilib. “Qaynarinfo” nun məlumatına görə, hadisə Qazaxın kəndlərindən birində baş verib. Belə ki, rayon sakini Rövşən Kəlbiyev (soyad şərti) 1984-cü il təvəllüdlü Vüsalə adlı qadınla sevgi münasibətində olub. Sonradan aralarında yaranmış mübahisələrə görə ayrılıblar. Vüsalə Rövşənin rayonda onun barəsində nalayiq ifadələr işlətdiyini eşidib. Bundan […]