Siyasət

Qərbi Azərbaycan Xronikası: “Atam, anam və biz uşaqlar dörd-beş aydan sonra görüşdük” – VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb. Oxu.Az xəbər verir ki, “Uşaqlığımız kəndimizdəki Nil çayında balıq tutmaqla keçirdi” adlı veriliş Göyçə mahalının Basarkeçər rayonunun Qanlı kənd sakini Şöhrət Əliyevin həyat hekayəsinə həsr olunub. O, uşaqlıq və məktəb illərinin Göyçə gölünün qırağında, kənddəki […]

Dünya

İranda Quterreşə məktub göndərən Sülh mükafatçısına qoyulan qadağalar uzadıldı – FOTO

Tehrandakı Evin zindanında saxlanılan Nobel Sülh Mükafatının qalibi və güneyli hüquq müdafiəçisi Nərgiz Məhəmmədi ilə telefon əlaqəsi saxlamaq və onunla görüşmək qadağası uzadılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb. Məlumata görə, buna səbəb Nərgiz Məhəmmədinin BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərməsi olub. Güneyli siyasi məhbusun ailəsi bildirib ki, bu qadağalar fevralın 4-dən […]

Dünya

BMT-dən HƏYƏCAN TƏBİLİ: “Sudanda onminlərlə uşaq aclıqdan ölə bilər”

Sudanda 700 mindən çox uşaq kəskin qida çatışmazlığından əziyyət çəkir. On minlərlə azyaşlı aclıqdan ölə bilər. Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) rəsmi nümayəndəsi Ceyms Elderin bəyanatında bildirilir. “Son 300 gün göstərir ki, bu il 700 mindən çox uşaq qida çatışmazlığının ən ölümcül formasından əziyyət çəkir. UNICEF onların 300 mindən çoxunu lazımi qayğı və müalicə imkanı […]

Cəmiyyət

Uşağın valideynlərdən biri ilə ölkədən getməsi qanunvericiliklə necə tənzimlənir?

Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə iclasında Ali Məhkəmənin müraciəti əsasında Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.2-ci maddəsinin üçüncü cümləsinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin III hissəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxılıb. Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı […]

Dünya

Yaponiya şahzadəsi sirli xəstəliyə tutuldu

Yaponiya şahzadəsi Kiko müəmmalı xəstəlik səbəbindən müvəqqəti olaraq məzuniyyətə çıxmaq məcburiyyətində qalıb. Məlumata görə, Kiko Keniya Prezidenti Uilyam Ruto və həyat yoldaşı ilə görüşdə iştirakdan imtina edib. Onun əvəzinə xarici siyasətçini imperator Naruhitonun 22 yaşlı qızı şahzadə Ayko qarşılayacaq. Həmçinin, qarşıdan gələn tədbirlərdə xəstələnmiş şahzadəni əri, vəliəhd şahzadə Akisinonun əvəzləyəcəyi gözlənilir. Mənbə: mk.ru Xeberal.az

Cəmiyyət

Sabirabad sakinlərinin yol dərdi: “Meyiti traktorla apardılar” – VİDEO

Sabirabad rayonunun Qaratəpə kəndinin yolları bərbad vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yolların yararsızlığı qış aylarında onları daha da çətin vəziyyətdə qoyur, şagirdlər məktəbə getməkdə çətinlik çəkirlər. “Qonşumun nənəsi rəhmətə getmişdi. Onun meyitini buradan traktorla aparmalı oldular”, – şikayətçi narazılıq bildirib. Ətraflı Baku TV-nin süjetini təqdim edirik: Xeberal.az

Dünya

İsrailli sabiq polkovnik-leytenant Azərbaycana ehtiramını bildirdi

“Biz Azərbaycan, Yaponiya və Mikroneziya kimi antisemitizm tarixi olmayan ölkələrə heyranlığımızı və ehtiramımızı bildirməliyik”. Bu fikirləri İsrailin ərəb dünyası və İran üzrə tanınmış eksperti, İsrail Müdafiə Qüvvələrinin Kəşfiyyat Korpusunun sabiq polkovnik-leytenantı, bu ölkənin nüfuzlu Bar-İlan Universitetinin şərqşünaslıq elmləri üzrə professoru və Yaxın Şərq və İslam Tədqiqatları Mərkəzinin direktoru, Begin-Sadat Strateji Araşdırmalar Mərkəzinin tədqiqatçısı doktor Mordexay Kedar […]

Dünya

Rusiyada tələbə şagirdi güllələdi

Rusiyanın Tümen vilayətində kollec tələbəsi ov tüfəngi ilə 14 yaşlı məktəblini güllələyib. Məlumata görə, insident İşim çayının sahilində baş verib. Yaxınlıqdakı kəndlərdən birində yaşayan İşim Texnikumunun 2-ci kurs tələbəsi kənd məktəbinin 8-ci sinif şagirdini ov tüfəngi ilə sinəsindən güllələyib. Sonradan məlum olduğu kimi, silah qeydiyyata alınmayıb. Çay sahilində baş verənlərlə bağlı detallar aydınlaşdırılır. Hələlik hüquq-mühafizə orqanlarının […]

Dünya

Ərdoğan Türkiyənin turizm hədəflərini açıqlayıb

Türkiyə 2024-cü ilin sonuna kimi turizm sənayesindən 60 milyon turist qəbul edərək 60 milyard dollar gəlir əldə etməyi planlaşdırır. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Antalyada Ədalət və İnkişaf Partiyasından yerli bələdiyyə seçkilərinə namizədlərin təqdimatı mərasimində bildirib. “Turizm hədəfimiz 2024-cü ildə ölkəmizə 60 milyon ziyarətçi qəbul etmək və 60 milyard dollar gəlir əldə etməkdir”, – o bəyan […]