Siyasət

Prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub

Azərbaycanda fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkisində ən yüksək və ən aşağı seçici fəallığı göstərən dairələr məlum olub. Mərkəzi Seçki Komissiyasının rəsmi saytında yerləşdirilən yekun məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 17 saylı Yasamal üçüncü seçki dairəsidir. Bu dairədə seçici fəallığı 89,22% olub. Seçici fəallığının ən aşağı olduğu dairə isə 21 saylı Nəsimi-Binəqədi […]

Cəmiyyət

Vüqar Qurbanov işdən çıxardığı xanım direktoru özünə müşavir təyin etdi – FOTO

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov özünə yeni müşavir təyin edib. “Unikal”ın əldə etdiyi məlumata görə, bununla bağlı Vüqar Qurbanov əmr imzalayıb. Əmrə əsasən, müşavir vəzifəsinə Səkinə Sadıxova təyinat alıb. Qeyd edək ki, S.Sadıxova Sumqayıt Tibb Mərkəzinin direktoru vəzifəsində çalışıb. O, 2023-cü ilin dekabr ayında işdən çıxarılmışdı. Xeberal.az

Cəmiyyət

Bakı bulvarında batmış gəmi peyda oldu – FOTOREPORTAJ

Son illər Xəzər dənizində suyun səviyyəsinin enməsi müşahidə edilir. Təbii ki, bu cür halın baş verməsi hər kəsi narahat edir. Xəzərdə suyun çəkilməsindən sonra illər əvvəl batan gəmi qalıqları Bakı bulvarl sahillərində üzə çıxıb.  Qeyd edək ki, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Həmin vaxt dənizin səviyyəsi bugünkündən 70 sm aşağı […]

Cəmiyyət

Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir – RƏSMİ

“Əsgəranda tapılan kütləvi məzarlıqda basdırılanların Xocalı sakinləri olması ehtimal edilir”. Bu barədə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb. Məlumatda deyilir: “Məlum olduğu kimi, 2023-cü ilin sentyabr ayında keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən sonra Beqlaryan Raşid Aramayisi Birinci Qarabağ müharibəsi dövründə azərbaycanlı əsir-girovlara işgəncə verməkdə, eləcə də sülh […]

MARAQLI

Putin: “Maskı razı salmaq üçün yollar axtarmalıyıq” – VİDEO

“Milyarder və sahibkar İlon Mask bir çox qabaqcıl innovativ texnologiyaların hazırlanmasında iştirakı olan ağıllı insandır”. Bunu Rusiya Prezidenti Vladimir Putin ABŞ-li jurnalist Taker Karlsonun “Tesla”nın baş direktoruna münasibəti barədə sualını cavablandırarkən bildirib. Söhbət əsnasında o xatırladıb ki, Maskın “Neuralink” şirkəti bu yaxınlarda insan beyninə implant tətbiq edib. “Düşünürəm ki, Maskı dayandırmaq mümkün deyil, o, yenə də […]

Cəmiyyət

Yeni Günəşli qəsəbəsindəki binada sürüşmə təhlükəsi – AÇIQLAMA + FOTO

Suraxanı rayonu Yeni Günəşli qəsəbəsindəki yaşayış binasında sürüşmə təhlükəsi ilə bağlı redaksiyamıza şikayət məktubu daxil olub. Oxu.Az xəbər verir ki, söhbət Yeni Günəşli qəsəbəsindəki V massivi, 13M nömrəli binadan gedir. Şikayətçi bildirir ki, binasının ön və sağ tərəfində ciddi sürüşmə hadisəsi baş verib və hazırda sürüşmə hər gün daha da aktivləşir. Ətrafda çoxlu sayda böyük […]

Dünya

Putin: “Əgər Vaşinqton Kiyevə silah tədarükünü dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”

“Biz bu barədə Birləşmiş Ştatlar rəhbərliyinə demişik, əgər Vaşinqton Kiyevə silah tədarükünü dayandırarsa, Ukraynadakı münaqişə bir neçə həftəyə bitəcək”. Bu sözləri Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində deyib. V.Putin əlavə edib ki, yalnız silah tədarükü dayanandan sonra rəsmi Moskva Kiyevlə bəzi şərtləri razılaşdıra bilər.  Mənbə: Kp.ru Xeberal.az

Cəmiyyət

Şəkidə iki avtomobil toqquşub, ölən var

Şəkidə iki avtomobil toqquşub, ölən var. “Report” xəbər verir ki, fevralın 6-da 1949-cu il təvəllüdlü Çingiz Səmədovun idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Şəki-Balakən yolunun Şəki rayonunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən 1990-ci il təvəllüdlü Çingiz Abbaszadənin idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə Ç.Səmədov fevralın 8-də aldığı xəsarətlərdən müalicə aldığı Şəki Rayon Mərkəzi Xəstəxanasının […]

Dünya

Putin “Şimal axını” boru kəmərləri ilə bağlı təxribatında kimi günahkar hesab etdiyini açıqladı – VİDEO

“Şimal axını” və “Şimal axını 2” boru kəmərlərində təxribat ABŞ kəşfiyyat xidmətləri tərəfindən həyata keçirilib”. Bu barədə Rusiya Prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibəsində bildirib. Belə ki, o, ABŞ-li icmalçının boru kəmərlərini kimin partlatması ilə bağlı sualına – “əlbəttə, siz”, – cavabını verib. Jurnalist zarafatla həmin gün məşğul olduğunu və partlayış həyata keçirmədiyini […]