Siyasət

Elçin Əmirbəyov: “Ermənistan əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”

“Ermənistan Azərbaycandan gözlənilən təhlükə ilə bağlı növbəti mifi qızışdırmaqla əvvəlki kimi faktiki olaraq ərazilərimizə iddia edir”. Bu barədə Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Azadlıq radiosu”na müsahibəsində bildirib. RFE/RL-in müxbiri Coşua Kuçeranın Ermənistan və Azərbaycan arasında sülh prosesinə həsr olunmuş məqaləsində qeyd olunur ki, tərəflər arasında müxtəlif vasitəçilərə inamsızlıq yarandığı üçün Bakı və İrəvan son vaxtlar […]

Siyasət

İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar

Fevralın 9-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində olublar və silahlanmaya yeni qəbul edilən “Akıncı” hücum PUA-larının uçuşunu izləyiblər. Bununla bağlı President.az məlumat yayıb. Xeberal.az

Kriminal

Lökbatanda şirkətdən dörd min manatlıq əlvan metal oğurlanıb

Lökbatan qəsəbəsində əlvan metal oğurluğu olub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4 000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Lökbatanda şirkətdən dörd min manatlıq əlvan metal oğurlanıb

Lökbatan qəsəbəsində əlvan metal oğurluğu olub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 5-nə keçən gecə Lökbatan qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən 4 000 manat dəyərində əlvan metal oğurlamaqda şübhəli bilinən Xanəli Bəyaliyev müəyyən olunaraq saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Cəmiyyət

Zaqatalada maşın vuran şagird Bakıya təxliyə edildi – FOTO/VİDEO

Ötən gün Zaqatalada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı İbrahim İbrahimzadə Bakıya gətirilib. Oxu.Az-ın məlumatına görə, o bu gün səhər saatlarında paytaxtdakı xəstəxanaların birinə təxliyə olunub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, fevralın 8-də Zaqatalada baş verən-yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 2013-cü il təvəllüdlü azyaşlı […]

Mədəniyyət

Azərbaycanın “Çelentanosu”nun doğum günüdür – VİDEO

Bu gün Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür.  Oxu.Az xatırladır ki, Əsgər Məmmədoğlu 9 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. 1975-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsini bitirib. 1977-ci ildə Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilib. 1982-ci ildə Sumqayıt Dövlət Dram […]

İdman

“Qarabağ” – “Braqa” oyununun biletləri satışda

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” oyununun biletləri satışa çıxarılıb. Bu barədə “Qarabağ” klubunun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir. “VIP C” və “VIP D” sektorlara bilet alaraq, “VIP Lounge” üstünlüklərindən yararlanmaq […]

Dünya

Gürcüstanda bazarda atışma: Ölənlər var

Gürcüstanın Rustavi şəhərində bazarda baş verən atışma nəticəsində azı dörd nəfər həlak olub. Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. “Müəyyən edilib ki, 1988-ci il təvəllüdlü Q.O. bazarın ərazisində bir neçə dəfə atəş açıb. Atışma nəticəsində təqsirləndirilən şəxsin bazarda işləyən dayısı da daxil olmaqla dörd nəfər həlak olub. Bir nəfər – təqsirləndirilən şəxsin […]

Kriminal

Bakıda mənzildən 35 min manatlıq qızıl oğurlanıb

Bakıda mənzildən 35 min manatlıq oğurluq olub. Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində mənzillərin birindən 35 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bəhruz Məmmədov saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

Rusiyalı turistlər Kubanın hava limanında etiraz aksiyası keçirdilər: “Evə getmək istəyirik” – VİDEO

Bir qrup rusiyalı turist təyyarənin nasazlığı səbəbindən Kubadan Moskvaya uça bilməyib. Nəticədə 300-dən çox sərnişin hava limanında gecələməli olub. Lakin evinə tələsən bir qrup rusiyalı turist hava limanın binasında etiraz keçirərək onlara ayrıca reysin təşkil olunmasını tələb ediblər. Mənbə: Mash Xeberal.az