Cəmiyyət

“Meydan TV”nin yaydığı video əsaslı deyil və tərəfsizlik prinsiplərinə ziddir – FOTO

“Meydan TV” “27 saylı seçki dairəsində “karusel” əməliyyatı. Seçicilər bir neçə məntəqədə səs verdiklərini etiraf edirlər” başlıqlı videosüjet yayıb. Süjetdə 27 saylı Sabunçu II seçki dairəsi 3-cü və 4-cü seçki məntəqələrinə daxil olub, sonra tərk edən qadınlar görüntülənirlər. “Faktyoxla Lab.” “Meydan TV”nin hazırladığı süjetlə bağlı araşdırma aparıb. “Əvvəla, “Meydan TV”nin təqdim etdiyi süjetdə həmin şəxslərin […]

Siyasət

İcma: “Marukyan kimi “diplomatlar”ın Azərbaycanın suverenliyini təhdid edən fəaliyyətinə son qoyulmalıdır”

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyanın Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı açıqlaması barədə bəyanat yayıb. İcmadan verilən məlumata görə bəyanatda deyilir: “Ermənistan Xarici İşlər Nazirliyinin rəsmisi Edmond Marukyan Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı savadsız, sarsaq və təxribatçı açıqlama verib. Sovet dövründə bolşevik Şaumyana görə adı dəyişdirilmiş şəhərin yenidən qanuni […]

Cəmiyyət

Şirvanda şəhid anası seçicilərə müraciət etdi – VİDEO

Respublikamızın hər yerində olduğu kimi, Şirvan şəhərində də fevralın 7-də 8:00-dan növbədənkənar prezident seçkisinə start verilib. Baku TV-nin bölgə müxbiri Elməddin İsmayılov məntəqələrdəki seçki prosesi ilə tanış olub. Bildirib ki, ilk dəqiqələrdən seçicilərin fəallığı müşahidə olunur. Səsvermədə iştirak edən şəhid anası Şəlalə Zülfüqarova seçki prosesi ilə bağlı təəssüratlarını bölüşüb: “Bu gün qalib Azərbaycanın prezidentini seçməyə […]

İqtisadiyyat

Müstəqil sığorta ekspertlərinin NƏZƏRİNƏ: Minimum tələblər təsdiqləndi

Azərbaycan Mərkəzi Bankının (AMB) Kollegiyası “Müstəqil ekspert fəaliyyətinin həyata keçirilməsinə dair minimum Tələblər”i təsdiq edib. Bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb. Qərara əsasən, müstəqil ekspertin sığorta hadisələrini qiymətləndirməsinə dair tələblər, müstəqil ekspert rəyinin məzmunu və forması, müstəqil ekspertlə bağlanılan xidmətin göstərilməsi ilə əlaqədar mülki-hüquqi müqaviləyə dair tələblər, eləcə də müstəqil ekspertlərin hesabatlılığına […]

Dünya

Türkiyənin ilk astronavtı Yerə qayıdır – CANLI YAYIM

Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda 18 gün qaldıqdan sonra Yerə qayıdır. Qeyd olunur ki, tərkibində Gezeravcının da olduğu “Ax-3” komandası fevralın 7-də saat 17:05-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb. “SpaceX”in “Dragon” kosmik gəmisi ilə orbitə çıxarılan komanda, təxminən 12 saat davam edən dönüş səfərinin sonunda ABŞ-nin Florida ştatında Atlantik okeana eniş edəcək. Gezeravcı və […]

Siyasət

Paşinyan mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqladı

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsi ilə Azərbaycan arasında mümkün sülh müqaviləsində yer ala biləcək bəndlərdən birini açıqlayıb. O, bu barədə parlamentdəki çıxışı zamanı danışıb. “Sülh müqaviləsinin mümkün variantında tərəflərin daxili qanunvericiliyə istinad edərək öhdəliklərini yerinə yetirməkdən imtinasının mümkünsüzlüyü barədə bənd var. Odur ki, Ermənistan Konstitusiyasında dəyişikliklərin edilməsi ehtiyacı, ilk növbədə, daxili gündəmdən doğur”, – […]

Cəmiyyət

Xalq artisti Flora Kərimova səs verərkən kövrəldi – VİDEO

Xalq artisti Flora Kərimova da növbədənkənar prezident seçkisində səsvermədə iştirak edib. Oxu.Az-ın məlumatına görə, sənətçi məntəqədə səs verərkən kövrəlib. O, prezidentliyə namizəd İlham Əliyevə səs verdiyini açıqlayıb və qərarını belə izah edib: “Vətənimi mənə qaytaran, vətənimi vətən edən, başımı ucaldan, namusumuzu qoruyan nəhəng övladıma səs verirəm. İlham Əliyevə səs verirəm, əcəb edirəm”.    Xeberal.az

Siyasət

Cənub bölgəsində 421 məntəqədə səsvermə həyata keçirilir – FOTO

Azərbaycanın cənub bölgəsində növbədənkənar prezident seçkisi aktiv şəkildə davam edir. “Report” xəbər verir ki, Lənkəranda seçki məntəqəsinə gələrək səs verən ən yaşlı sakin 104 yaşında olub. Gün ərzində cənub bölgəsini (Masallı, Yardımlı, Lənkəran, Astara, Lerik) əhatə edən yeddi dairə seçki komissiyası (DSK) üzrə 421 məntəqədə səsvermə prosesi həyata keçirilir. Səsvermə hüququ olan 341 min 389 […]

Siyasət

Məzahir Pənahov bir sıra ölkələrin Mərkəzi Seçki komissiyalarının nümayəndələri ilə görüşüb

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya, Serbiya, Qırğızıstan, Belarus və Bolqarıstan MSK-larının nümayəndələri ilə görüşüb. Oxu.Az xəbər verir ki, MSK-nın sədri qonaqları seçki prosesi barədə məlumatlandırıb. Bildirilib ki, ilk dəfədir, seçki bütöv Azərbaycan ərazisində keçirilir. İşğaldan azad edilmiş ərazilərdə 26 seçki məntəqəsinin qurulduğu və seçki məntəqələrində bütün lazımi şəraitin yaradıldığı diqqətə çatdırılıb. M.Pənahov qeyd […]

Cəmiyyət

AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər – FOTO

Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti olan əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər. Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidməti məlumat yayıb. Azərbaycanda növbədənkənar prezident seçkisi bu gün, fevralın 7-də keçirilir. “Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər. Uzun uçuşdan sonra Pekin, London, Paris və […]