Dünya

Türkiyənin ilk astronavtı Yerə qayıdır – CANLI YAYIM

Sharing is caring!


Türkiyənin ilk astronavtı Alper Gezeravcı kosmosda 18 gün qaldıqdan sonra Yerə qayıdır.

Qeyd olunur ki, tərkibində Gezeravcının da olduğu “Ax-3” komandası fevralın 7-də saat 17:05-də Beynəlxalq Kosmik Stansiyadan (BKS) ayrılıb.

“SpaceX”in “Dragon” kosmik gəmisi ilə orbitə çıxarılan komanda, təxminən 12 saat davam edən dönüş səfərinin sonunda ABŞ-nin Florida ştatında Atlantik okeana eniş edəcək.

Gezeravcı və komanda yoldaşları BKS-də müxtəlif elmi təcrübələr, təlimlər və mədəni tədbirlər həyata keçiriblər. O, kosmosda Türkiyə bayrağını qadıraraq tarixi anlar yaşadıb. Kosmosda türk qəhvəsi, lokum və paxlava kimi yeməklərin dadına baxıb. Kosmik stansiyadan canlı yayımlarda Gezeravcı Türkiyədən gələn sualları cavablandırıb və kosmosdakı həyatından danışıb.

Mənbə: Anadolu Ajansı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir