Siyasət

Füzuli şəhərində prezident seçkisi üzrə səsvermə başlayıb – FOTO

İşğaldan azad olunan Füzuli şəhərində növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə səsvermə başlayıb. “Report”un Qarabağ bürosunun şəhərə ezam olunan əməkdaşının xəbərinə görə, Füzulinin işğaldan azad edilən ərazilərində 84 saylı Füzuli seçki dairəsinin 3 yeni məntəqəsi yaradılıb. Məntəqələrdə ümumilikdə 3 619 seçici qeydiyyata alınıb. Füzuli şəhərində Mirzə Uluqbəy adına 1 saylı orta məktəbdə yaradılan 75 saylı məntəqədə […]

Siyasət

Azərbaycanın müstəqillik tarixində ilk dəfə Xankəndidə seçki məntəqələri açılıb, səsvermə keçirilir – VİDEO

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə səsverməyə start verilib. Oxu.Az xəbər verir ki, səhər saat 08:00-da məntəqə açılıb. Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb. 14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir. Müşahidəçilər səsvermə prosesini izləyirlər. Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. […]

Siyasət

Tbilisidə prezident seçkisi üzrə səsverməyə start verilib

Fevralın 7-nə təyin olunmuş növbədənkənar Azərbaycan Respublikası prezidenti seçkisi ilə əlaqədar Azərbaycanın Gürcüstandakı səfirliyində 16 saylı Yasamal ikinci seçki dairəsi üzrə 47 saylı Məntəqə Seçki Komissiyası (MnSK) yaradılıb. “Report”un yerli bürosu xəbər verir ki, fevralın 7-də səhər saat 8:00-da məntəqə açılıb və səsvermə başlayıb. Məntəqə Seçki Komissiyasının sədri, səfir Faiq Quliyev bildirib ki, bu seçki ölkəmiz […]

Siyasət

MSK sədri: “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur”

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov səsvermə ilə bağlı prosesləri canlı izləmək üçün heç bir maneənin olmadığını bildirib. “Report”un xəbərinə görə, M.Pənahov qeyd edib ki, 790 nəfər beynəlxalq müşahidəçi və 90 mindən çox yerli müşahidəçilər seçkini izləyir. 1000 məntəqədə veb-kameralar artıq arası kəsilmədən fəaliyyətə başlayıb. “Prosesləri canlı izləmək üçün heç bir maneə yoxdur. Hər kəsin […]

Dünya

İsrailli nazir oğlunun Bayden haqqındakı paylaşımına görə üzr istədi

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir oğlunun sosial şəbəkədəki paylaşımına görə üzr istəyib. Qalmaqallı paylaşımda ABŞ Prezidenti Co Baydenin Altsheymer xəstəliyinə tutulmasına eyham vurulub.  18 yaşlı Şuvael Ben-Qvir degenerativ beyin xəstəliyi olan Altsheymer xəstəliyi haqqında məlumatlılığın artırılmasının vacibliyi haqqında yazıb. O qeyd edib ki, bu xəstəlik qocalıqda idraki zəifləmə və demensiyanın ən çox yayılmış səbəbidir. […]

Siyasət

Naxçıvanda növbədənkənar prezident seçkisi üçün seçki məntəqələri açılıb – FOTO

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. “Report”un Naxçıvan bürosu xəbər verir ki, saat 08:00-da muxtar respublikada 6 dairə üzrə 310 seçki məntəqəsi açılıb. Sakinlər saat 19:00-a qədər səsvermədə iştirak edə biləcəklər. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında 278 mindən çox seçici qeydiyyata alınıb. İlk dəfə səs verəcək şəxslərin sayı 17 514 nəfər, səsvermə günü daxil […]

Siyasət

17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində aktivlik müşahidə edilir – FOTO

Bu gün səhər saat 08:00-dan etibarən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 1 saylı məntəqəsində səsvermə başlayıb. Oxu.Az xəbər verir ki, dairə seçki komissiyasının sədri Süleyman Məmmədov bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsi 1 saylı məntəqəsində 1 382 seçici var. Seçki prosesinin başlanmasından qısa müddət keçməsinə baxmayaraq 17 saylı Yasamal üçüncü seçki dairəsinin […]

Siyasət

7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçkiyə start verildi – FOTO

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı ilk dəqiqələrdən Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici aktivliyi müşahidə edilir. Səsverməyə gələn hər bir seçici, ilk olaraq, qeydiyyatdan keçir, seçki bülletenlərini götürərək seçdikləri namizədə səs verirlər. Məntəqədə səsvermənin gedişini qeyri-hökumət təşkilatlarının, müxtəlif siyasi partiyaların və […]

Siyasət

23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir

Azərbaycanda növbədənkənar prezident seçkisi ilə əlaqədar səsvermə prosesinə start verilib. Oxu.Az xəbər verir ki, seçki prosesinin başladığı vaxtdan Bakı şəhərinin 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28-29 saylı seçki məntəqəsində aktivlik müşahidə edilir. 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 28 saylı seçki məntəqəsində 1 489, 29 saylı seçki məntəqəsində isə 1 478 seçici qeydiyyata alınıb. Məntəqədə səsvermənin […]

Dünya

Uşağınızın telefondan istifadəsini necə məhdudlaşdıra bilərsiniz?

Uşağın telefondan istifadəsini məhdudlaşdırarkən kəskin etirazla qarşılaşmamaq üçün tədricən hərəkət etmək vacibdir. Bu barədə rusiyalı müəllim və psixoloq Viktoriya Savkova danışıb. “Hər hansı qayda və məhdudiyyətlərin mərhələli şəkildə tətbiq edilməsi, uşağa bu barədə əvvəlcədən xəbərdarlıq edilməsi, qadağanın şərtlərinin dəqiqləşdirilməsi tövsiyə olunur. Əgər yeniyetməlik dövründə olan insandan danışırıqsa, ardıcıl və öncədən düşünülmüş formada davranmaq xüsusilə vacibdir. İzahat […]