Siyasət

Şuşadakı seçki məntəqəsinin sədri: “Bu gün 1220 nəfər seçicinin yolunu gözləyirik”

“124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsi bu gün 1 220 nəfər seçici gözləyir”. Bunu Oxu.Az-a Şuşada 124 saylı Şuşa-Ağdam-Xocalı-Xankəndi seçki dairəsinin 105 saylı seçki məntəqəsinin sədri Səbinə Məmmədova bildirib. O qeyd edib ki, saat 8:00-dan etibarən seçicilər məntəqəyə gəlirlər: “Hazırda məntəqə katib və üzvləri seçkinin demokratik və şəffaf şəkildə həyata keçirilməsi istiqamətində […]

Siyasət

Karasin: “Azərbaycandakı seçki Rusiya üçün nümunə ola bilər”

“Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 7 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində seçici fəallığı yüksəkdir”. “Report” xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin seçki məntəqəsinə baş çəkdikdən sonra jurnalistlərə bildirib. “İnsanların gözlərində gələcəyə inam var. İnsanlar öz seçimini tərəqqinin xeyrinə, hamı üçün müsbət nəticələr verəcək müasir, […]

Siyasət

Erməni KİV: Ermənistan və Azərbaycan spikerlərinin İsveçrədə görüşü istisna deyil

Erməni tərəfi martda Ermənistan və Azərbaycan parlamentlərinin spikerlərinin İsveçrədə görüşəcəyini ehtimal edir. Bu barədə Milli Assambleyanın rəhbəri Alen Simonyanın ofisində məlumat verilib. Erməni spikerin ofisi onu da bildirib ki, martın 23-27-də keçiriləcək görüşlə bağlı konkret təklif daxil olmayıb, lakin belə bir görüşün keçirilməsi ehtimalı qəbul olunub. “Oxşar formatda görüş müzakirə oluna bilər”, – deyə mətbuat […]

Siyasət

Vilayət Eyvazov Xankəndidə səs verdi

Daxili işlər naziri Vilayət Eyvazov səsvermə hüququndan Xankəndidə istifadə edib. “Trend” xəbər verir ki, nazir 122 saylı Xankəndi seçki dairəsinin 16 saylı məntəqəsində növbədənkənar prezident seçkisində səs verib. Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Prezident seçkisində 7 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 5 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 2 nəfərin namizədliyi öz […]

İdman

Portuqaliya klubu “Qarabağ”la oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib

Portuqaliyanın “Braqa” klubu UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. “Report”un qitə futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Artur Jorje ümumilikdə 36 futbolçunun adını siyahıya salıb. Onlardan 25-i A, 11-i isə B siyahısında yer alıblar. Qapıçılar: 1. Mateus, 12. Tiaqo Sa, 31. Bernardo Fontes, 91. […]

Dünya

Gürcüstanda təbii fəlakət: Evlər torpağın altında qaldı, ölənlər və itkin düşənlər var

Gürcüstanın qərbində İmereti bölgəsində torpaq sürüşməsi nəticəsində azı üç nəfər həlak olub. Bu barədə Respublika Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. “İmereti bölgəsində leysan yağışları nəticəsində dörd yaşayış binasını əhatə edən torpaq sürüşməsi baş verib. Bağdati bələdiyyəsinin Nergeti kəndində axtarış-xilasetmə tədbirləri çərçivəsində xilasedicilər bir nəfəri xilas ediblər. Daha üç nəfərin meyiti tapılıb”, – deyə məlumatda vurğulanıb. Xilasedicilər […]

Siyasət

Beynəlxalq müşahidəçi: “Azərbaycan xalqının sevinc içində seçkilərə gəldiyini görürük”

“Biz bu gün Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi prosesini izləyirik. Hazırda seçki məntəqəsindəyik, seçki prosesi qanunvericiliyə uyğun şəkildə keçirilir”. APA xəbər verir ki, bunu Özbəkistandan olan beynəlxalq seçki müşahidəçisi Xalmuxammed Paluanlyazov deyib. Özbəkistandan olan beynəlxalq müşahidəçi qeyd edib ki, məntəqədə seçki prosesinin baş verməsi üçün bütün qaydalara əməl edilir. “Seçicilər məntəqəyə gəlir, onlar seçici siyahısında […]

Siyasət

Müşahidəçi: “TÜRK PA olaraq Azərbaycanda seçki prosesinin gedişatını izləyəcəyik”

“TÜRK PA olaraq Azərbaycandayıq”. Bunu Azərbaycandakı növbədənkənar prezident seçkisini müşahidə edən TÜRK PA nümayəndə heyətindən AK Partinin üzvü Mahmut Nazırlı APA-ya açıqlamasında deyib. “Səhər saat 8-də nümayəndə heyətinin digər üzvləri ilə bərabər seçki qutusunun açılmasına şahidlik etdik. Bu gün ümumilikdə qardaş ölkə Azərbaycanda seçki prosesinin gedişatını izləyəcəyik və ölkəmizə bununla bağlı təqdimat verəcəyik. Dost və […]

Siyasət

Kəlbəcərdə iki məntəqədə prezident seçkisi üzrə səsvermə keçirilir

İşğaldan azad olunan Kəlbəcər rayonunda növbədənkənar Azərbaycan Prezidenti seçkisi üzrə səsvermə başlayıb. “Report”un Qarabağ bürosu xəbər verir ki, 123 saylı Kəlbəcər Seçki dairəsinin Kəlbəcərdə iki məntəqəsi yaradılıb. Kəlbəcər şəhərində fəaliyyət göstərən Bakı Abadlıq şirkətinin inzibati binasında yaradılan 63 saylı seçki məntəqəsində 603, Kəlbəcər Su-Kanal idarəsinin inzibati binasında yaradılan 64 saylı məntəqədə isə 875 nəfər səsvermə də […]

Siyasət

Zəngilan və Qubadlıda prezident seçkisi üzrə səsvermə başlayıb

İşğaldan azad olunan Zəngilan və Qubadlı rayonlarında növbədənkənar prezidenti seçkisi üzrə səsvermə başlayıb. “Report”un Qarabağ bürosunun Zəngilana ezam olunan əməkdaşının verdiyi xəbərə görə, qeydiyyata alınan seçicilər 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi nəzdində yaradılan dörd məntəqədə səsvermədə iştirak edəcəklər. Məntəqələrdən üçü Zəngilan, biri isə Qubadlı rayonu ərazisində yaradılıb. Zəngilan və Qubadlı rayonlarının işğaldan azad edilən ərazilərində […]