Cəmiyyət

Ukraynada səsvermədə iştirak edən azərbaycanlılar Baku TV-yə danışdılar – VİDEO

Azərbaycanda növbədənkənar prezident seçkisi ilə bağlı ölkəmizin Ukraynadakı səfirliyində səsvermə keçirilir. Ukraynada səhər saatlarında hava həyəcanı siqnalı verilsə də, vətəndaşlarımız təhlükəsiz şəraitdə səsvermədə fəal iştirak edirlər. Seçki prosesi ilə bağlı təəssüratlarını Baku TV ilə bölüşən Ukraynada yaşayan azərbaycanlı Emil Allahverdiyev səsvermədə iştirak etdiyi üçün qürur hissi keçirdiyini bildirib: “Prezident seçkisi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində […]

Dünya

“Fukusima-1” AES-də radioaktiv suyun sızması qeydə alınıb

Yaponiyanın “Fukusima-1” atom elektrik stansiyasında (AES) radioaktiv suyun sızması qeydə alınıb. Bu barədə “Tokyo Electric Power” (TEPCO) operatorunun saytında dərc edilmiş hesabatda deyilir. Məlumata görə, AES-dən sızan suyun həcmi 5,5 ton, radioaktiv elementlərin konsentrasiyası isə 22 milyard bekkerel olub. “Fukusima-1”də sızmadan sonra radioaktiv suyun okeana buraxılması qeydə alınmayıb. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Pakistanlı müşahidəçi: “Bütöv Azərbaycanda seçkilərə şahid olmaq qürurvericidir” – VİDEO

Bu gün Azərbaycanda növbədənkənar prezident seçkisi keçirilir. Altı milyondan çox vətəndaşın səsvermədə iştirak edəcəyi gözlənilir. Doqquz mindən çox müşahidəçi akkreditasiyadan keçib. Onlar arasında xarici vətəndaşlar və müşahidəçilər də az deyil. Pakistanlı beynəlxalq müşahidəçi Həmid Ahsan seçki prosesi ilə bağlı fikirlərini Baku TV ilə bölüşüb. “Seçicilər intizamlı, seçkilər şəffaf, müşahidəçilər isə olduqca diqqətlidirlər. Uzun illərdən sonra […]

Dünya

Qırmızı dənizdə husilər bir gündə dörd gəmiyə hücum ediblər – VİDEO

Qırmızı dənizdə son 24 saat ərzində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Labone” da daxil olmaqla dörd gəmi husilərin ballistik raket hücumlarına məruz qalıb. Məlumata görə, Britaniyanın “HMS Diamond” hərbi gəmisi husilər tərəfindən ciddi zədələnib və təmir üçün geri çağırılıb. Mənbə: “svezhesti” “telegram” kanalı Xeberal.az

Dünya

Xalq artisti: “Bu gün Azərbaycan xalqı üçün əsl bayramdır”

Artıq bir neçə ildir ki, Azərbaycanda keçirilən seçkilərdə vətənimdən kənarda iştirak edirəm. Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Azərbaycanın Xalq artisti, Rusiya Böyük Teatrının solisti Elçin Əzizov deyib. “Bu gün bütün Azərbaycan xalqı üçün əsl bayramdır, çünki işğaldan azad edilmiş torpaqlarımızda prezident seçkisi keçirilir”, – o bildirib. E.Əzizov qeyd edib ki, azərbaycanlılar öz seçimini çoxdan edib […]

Siyasət

Rumıniya mətbuatı: “Azərbaycandakı erməni milli azlığının da seçkidə iştirak hüququ təmin edilib” – FOTO

Rumıniyanın AGERPRES milli xəbər agentliyində Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisi barədə yazı dərc olunub.  Məqalədə qeyd olunur ki, bu seçkinin digərlərindən fərqi onun müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq suveren dövlətin bütün ərazisini əhatə etməsindən ibarətdir. “Belə ki, 2023-cü ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycan müstəqillik qazandıqdan sonra bənzər problemləri yaşayan Moldova, Gürcüstan […]

Siyasət

Cəlilabadda 101 yaşlı seçici səs verib – FOTO

Cəlilabad rayonunda 101 yaşlı seçici prezident seçkisində səsvermə hüququndan istifadə edib. “Report”un Muğan bürosunun məlumatına görə, Cəlilabadın Seyidbazar kəndində yaşayan 1923-cü il təvəllüdlü Həcər Rüstəmovanın evinə daşınan seçki qutusu aparılıb və seçici səs verib. H.Rüstəmova 71 saylı Cəlilabad şəhər dairə seçki komissiyasının 23 saylı Seyidbazar kənd seçki məntəqəsində qeydiyyatdadır. Həmin dairə üzrə 51 min 348 […]

Siyasət

Azərbaycanın ən yaşlı seçicisi səs verib – FOTO

93 saylı Ağdaş seçki dairəsinin 43 saylı məntəqəsində qeydə alınan ölkənin ən yaşlı seçicisi səs verib. AZƏRTAC xəbər verir ki, Ağdaşın Hapıtlı kəndində yaşayan Barı Nəbiyeva 1900-cü ildə doğulub. Ötən seçkilərdə olduğu kimi, bu dəfə də Barı nənənin evinə daşınan seçki qutusu aparılıb. İstədiyi namizədə səs verən Barı Nəbiyeva qalib gələcək şəxsə uğurlar arzulayıb. Xatırladaq […]

Cəmiyyət

Oğuzda 102 yaşlı seçici səs verib – FOTO

Oğuzda 102 yaşlı seçici Azərbaycanda keçirilən növbədənkənar prezident seçkisində səsvermə hüququndan istifadə edib. Bu barədə “Report”un Şimal-Qərb bürosuna 117 saylı Oğuz-Qəbələ-Şəki seçki dairəsinin sədri Rəsul Cəfərov məlumat verib. Onun sözlərinə görə, Oğuzun Bayan kəndində yaşayan 1922-ci il təvəllüdlü Gülnaz İsmayılovanın evinə daşınan seçki qutusu aparılıb və yaşlı seçici səs verib. Dairə sədri bildirib ki, ümumi […]