Siyasət

Prezident seçkisinin ilkin nəticələri nə vaxt açıqlanacaq? – RƏSMİ

“Səsvermə zamanı seçicilərə heç kim təzyiq edə, tələsdirə, kimə səs verdiyini soruşa bilməz”. Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, səsvermə ən son seçici səs verənə qədər davam edəcək: “Seçki Komissiyasının üzvləri şəffaflığa və məxfiliyə nəzarət edəcəklər. Səsvermə bitdikdən sonra səslərin hesablanmasına […]

Cəmiyyət

Hövsanda çürümüş ağac avtomobilin üstünə aşdı – VİDEO

Suraxanı rayonu Hövsan qəsəbəsində güclü külək nəticəsində İlqar Əhlimanov küçəsində çürümüş ağac avtomobilin üstünə aşıb. Bu barədə Bizim.media-ya qəsəbə sakinləri məlumat veriblər. Sakinlərin dediklərinə görə, aşan ağac çoxdan çürüyübmüş. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Halbuki həmin ərazinin yaxınlığında iki məktəb yerləşir və hadisə baş verən küçə məktəblilərin istifadə etdiyi yoldur. Yəni hadisənin fəsadları ağır ola […]

Dünya

“F-35” böhranı: Qırıcıların Türkiyəyə tədarükü ABŞ ilə münasibətlərdə dönüş nöqtəsi ola bilər – ŞƏRH + FOTO

Türkiyənin xarici siyasət kursunda ən diqqətçəkən məqamlardan biri NATO üzrə müttəfiqi ABŞ ilə münasibətlərlə bağlıdır. Ankara və Vaşinqton bu gün təxminən mehriban düşmən kimidirlər. Türkiyə Alyans ölkəsi olmasına baxmayaraq, ayrı-ayrı regionlarda Ağ Evin siyasəti ilə razılaşmır, əksinə, lazım gələndə onu açıq şəkildə tənqid edir. Eyni zamanda, tərəfləri yaxınlaşdıra bilən məqamlar da var. Bunlardan biri “F-35” […]

Dünya

Qazaxıstan prezidenti yeni hökumət qurur: Üç nəfəri əvvəlki vəzifəsinə qaytardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yeni hökumət kabinetini formalaşdırır. Tokayevin müvafiq fərmanı ilə Oljas Bektenov Qazaxıstanın yeni baş naziri olub. Kabinetin üç üzvü əvvəlki vəzifəsinə yenidən təyin edilib. Bunlar Murat Nurtleu (baş nazirinin müavini, eyni zamanda, xarici işlər naziri), Ruslan Jaksılıkov (müdafiə naziri), Yerjan Sadenovdur (daxili işlər naziri). Qeyd edək ki, dünən Kasım-Jomart Tokayev hökumətin istefası […]

Kriminal

Hərbi xidmətdən yayınmaq üçün saxta arayış verən şəxs ifşa edildi

Hərbi xidmətdən qanunsuz yayınma hallarına qarşı kompleks mübarizə tədbirləri davam etdirilir. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, müddətli həqiqi hərbi xidmətdən yayınmaq məqsədilə ali təhsil almaq barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinə təqdim edilməsi üçün saxta arayışlar hazırlayan şəxsin qanunsuz əməlləri ifşa edilib. Belə ki, […]

Siyasət

MSK sədri prezident seçkisinə son hazırlıqlarla bağlı iclas keçirir – CANLI YAYIM

“Sabah Azərbaycan xalqı üçün əlamətdar gündür. Çünki bu seçki Azərbaycanın suveren, müstəqil, ərazi bütövlüyünü tam bərpa etdiyi dövrdə ilk prezident seçkisi olacaq”. Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında deyib. O bildirib ki, seçki günü müstəqil Azərbaycanın bütün ərazilərində səsvermə keçiriləcək: “İşğaldan azad edilən ərazilərdə 26 […]

Cəmiyyət

Elşən Xəzərin dayısı oğlu qazdan boğuldu

Bakıda 19 yaşlı oğlan dəm qazından boğulub. “Qafqazinfo” xəbər verir ki, hadisə Xətai rayonunun 7-ci Əhmədli küçəsindəki fərdi yaşayış evində baş verib. 2005-ci il təvəllüdlü Hacıbala Elman oğlu Məmmədli hamam otağında olarkən qazdan zəhərlənib. Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır. Qeyd edək ki, vəfat edən gənc meyxanaçı Elşən Xəzərin dayısı oğludur. Xeberal.az

Dünya

KİV: “Paşinyanın partiyası spikerin istefasını tələb edir, Simonyan Qriqoryanla açıq mübarizəyə girib”

Ermənistan parlamentinin spikeri Alen Simonyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında ciddi pərdəarxası mübarizə gedir. Bu barədə Ermənistan KİV yazır. Bildirilir ki, qarşıdan gələn 2026-cı il seçkisi ilə güclənən ambisiyaların və şəxsiyyətlərin toqquşması “məxməri inqilab”ın iki əsas fiquru, həmçinin Nikol Paşinyanın yerinə namizədlər arasında kəskin qarşıdurmaya səbəb olub. Məlumata görə, mübarizə açıq hücumlar və […]

Siyasət

Gürcüstan Azərbaycanla “İpək Yolu” gömrük məntəqəsinin inşasını hökumət planına daxil edib

Gürcüstan və Azərbaycan arasında “İpək Yolu” gömrük-keçid məntəqəsinin inşası Gürcüstan hökumətinin yeni fəaliyyət planında əksini tapıb. APA-nın Tbilisi müxbiri xəbər verir ki, baş nazirliyə namizəd İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin inşası üzrə aktiv işlərin davam etdiriləcəyi qeyd olunub. Bildirilib ki, sözügedən gömrük məntəqəsi ölkələrin […]

Cəmiyyət

Türkiyədəki zəlzələdə həlak olan tələbənin atası: “Toy edib evinə gedəcəkdik, məzarına gedirik” – VİDEO

Bir il öncə Türkiyədə baş verən dəhşətli zəlzələdə dörd azərbaycanlı tələbə də həyatını itirib. Baku TV həmin tələbələrdən Gündüz Nəzərzadənin ailəsindən reportaj hazırlayıb. Gündüzün atası Mübariz Nəzərzadə ötən il baş verən dəhşətli hadisədən danışıb. O bildirib ki, oğlu Azərbaycanda tibb təhsili alıb, daha sonra magistr dərəcəsi almaq üçün Malatyaya gedib: “Fevralın 5-i mənim ad günüm […]