Dünya

Türkiyədə zəlzələdən sonra dağıntılar altından xilas edilən qadın 111 yaşını qeyd etdi – FOTO/VİDEO

Adıyamanın Besni rayonunda (Türkiyə) keçən il baş verən zəlzələdən təxminən 5 saat sonra dağıntılar altından xilas edilən Xədicə Düzer 111 yaşını qeyd edib. Xədicə Düzer yanvarın 28-də xəstələnib və yaxınları tərəfindən xəstəxanaya aparılıb. Ona pnevmoniya diaqnozu qoyulub. Bir neçə gün reanimasiyada müalicə aldıqdan sonra evə buraxılan qadın üçün xəstəxana rəhbərliyi, həkim və tibb bacıları “Doğum günün […]

Cəmiyyət

Ağsuda yeniyetmə dəm qazından zəhərlənib

Ağsuda 10 yaşlı yeniyetmə dəm qazından zəhərlənib. APA xəbər verir ki, Ağsu rayonunun Cəlayir kənd sakini, 2004-ci il təvəllüdlü Səid Hikmət oğlu Hüseynov zəhərlənmə diaqnozu ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Müayinə zamanı S.Hüseynovun yaşadığı evin hamam otağında dəm qazından zəhərləndiyi məlum olub. Xəstəxanada yeniyetməyə ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir. Xeberal.az

Dünya

Hakan Fidan Ərdoğan-Putin görüşünün gündəmini AÇIQLADI

Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə gələcək səfəri zamanı Rusiya ilə Türkiyə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinin, xüsusilə qaz qovşağının yaradılması, “Akkuyu” AES-in tikintisi və taxıl dəhlizinin fəaliyyətinin bərpası kimi məsələlərin müzakirəsi planlaşdırılır. Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. O qeyd edib ki, görüş zamanı həmçinin Ukraynada vəziyyətin nizamlanması, regional məsələlər, xüsusən […]

Siyasət

Tezliklə əhalinin Xocalıya köçürülməsinə başlanılacaq – VİDEO

Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror tədbirləri nəticəsində işğaldan azad olunan Xocalı şəhəri yenidən qurulur. Hazırda isə burada 283 evin təmir-bərpası aparılır. Yaxın vaxtlarda əhalinin köçürülməsinə başlanılacaq. Məsələ ilə bağlı ATV-nin “İqtisadi zona” verilişi süjet hazırlayıb. Daha ətraflı videoda: Xeberal.az