Cəmiyyət

Rəsmi İrəvanın siyasəti manipulyasiya alətidir

          Azərbaycan Prezidenti İlham Əliyevin cari ilin 1 fevral tarixində Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun qəbulu zamanı çıxışında beynəlxalq ictimaiyyəti və bəzi siyasi dairələri maraqlandıran məsələlər haqqında mühüm tezislər irəli sürülmüşdür. Prezident qeyd etmişdir ki, Minsk qrupu 28 il ərzində münaqişənin həlli prosesi ilə məşğul olsa da heç bir nəticə əldə edilmədi. Azərbaycan torpaqları […]

Kriminal

Bakıda evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanıldı – VİDEO

Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı Rayon Polis İdarəsinin (RPİ) 33-cü Polis Bölməsinin (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayan Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Bu barədə Daxili […]

İdman

“Kəpəz”in daha bir legioneri “Araz-Naxçıvan”la oyunu buraxacaq

“Kəpəz”in daha bir futbolçusu Azərbaycan Premyer Liqasının XXI turunda “Araz-Naxçıvan”la keçiriləcək oyunu buraxacaq. Oxu.Az-ın klubun mətbuat xidmətinə istinadən məlumatına görə, yarımmüdafiəçi Georgi Papunaşvili bu gün baş tutacaq görüşdə iştirak etməyəcək. Buna səbəb 28 yaşlı gürcüstanlı futbolçunun səhhətində problem yaranmasıdır. Onunla yanaşı, digər legionerlər Yeqor Xvalko, Mate Kvirkvia və yerli oyunçu Elmir Tağıyev cəzalı olduqları üçün məşqçilər […]

Cəmiyyət

MDB PA-nın müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib – FOTO

Müstəqil Dövlətlər Birliyinin Parlament Assambleyasının müşahidə missiyası seçkiqabağı hazırlıq prosesini müsbət qiymətləndirib. Oxu.Az xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyevin MDB PA-nın müşahidə missiyasının rəhbəri, Qazaxıstan Senatının sədr müavini Jakip Asanovun rəhbərlik etdiyi, tərkibinə MDB PA Şurasının Baş katibi Dmitri Kobitskinin və digər rəsmi şəxslərin daxil olduqları nümayəndə heyəti ilə görüşündə bildirilib. Fevralın […]

İqtisadiyyat

Sergey Skripka: “Brodı-Plotsk” boru kəmərinin tikintisi Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”

“Xəzər hövzəsi ölkələrinin neft məhsullarının Avropa bazarına tədarükü üçün nəzərdə tutulan “Brodı-Plotsk” boru kəmərinin tikintisi yalnız Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”. Bunu “Report”a açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib. Onun sözlərinə görə, artıq bu, Ukraynanın bərpası Proqramına daxil edilib: “Təbii ki, bu layihənin reallaşdırılmasında yaranan fasilə məcburi olub. “Sarmatiya”nın səhmdarlarından […]

İdman

Bakıda milli komandalar arasında keçiriləcək futbol turnirinin təqvimi dəqiqləşib

Bakıda milli komandalar arasında keçiriləcək futbol üzrə beynəlxalq turnirin təqvimi dəqiqləşib. Oxu.Az xəbər verir ki, FIFA-nın təşkilatçılığı ilə fərqli konfederasiyalardan olan yığmaların iştirakı ilə baş tutacaq mini-turnirdə 4 komanda hərəsi iki oyun keçirəcək. Matçlar martın 22-də və 25-də gerçəkləşəcək. Azərbaycan yığması ilk oyununu Bolqarıstana, ikinci görüşünü isə Monqolustana qarşı keçirəcək. Yoldaşlıq görüşü xarakteri daşıdığından, heç […]

Cəmiyyət

Son illərin biabırçı trendi: Niyə qızlar oğlan, oğlanlar isə qız kimi RƏQS EDİRLƏR?

Son zamanlar Azərbaycanda azyaşlılar arasında rəqsə maraq artıb. Valideynlər övladlarını milli rəqs bacarıqlarına yiyələnmək üçün müxtəlif məktəb, kurs və ya fərdi müəllim yanına göndərirlər. Bu marağı sosial şəbəkələrdə tez-tez paylaşılan azyaşlı rəqslərindən də görmək mümkündür. Lakin bu videolarda təzadlı məqam qız uşaqlarının oğlan kimi oynaması, kişi rəqsinə xas elementlərdən istifadə etmələridir. Bütün milli rəqslərdən istifadə […]

Dünya

Tokayev hökuməti istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətin istefası haqqında fərman imzalayıb. Fərmana əsasən, hazırkı vəziyyətdə Roman Sklyar Qazaxıstanın baş nazirinin səlahiyyətlərini icra edəcək. Məlumata görə, Nazirlər Kabinetinin istefasından sonra nazirlər yeni hökumətin təsdiqinə qədər öz vəzifələrini icra edəcəklər. Mənbə: Sputnik Qazaxıstan Xeberal.az

İqtisadiyyat

Azərbaycanda 18 ildə dörd milyona yaxın daşınmaz əmlak dövlət qeydiyyatına alınıb

2006-2023-cü illərdə Azərbaycanda 3 627 332 daşınmaz əmlak üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınıb. Oxu.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir. Məlumata görə, bunlardan 943 362-si ilkin qeydiyyat, 2 683 970-i təkrar qeydiyyatın payına düşüb. Son 18 ildə mülkiyyət hüququ qeydiyyata alınmış əmlaklardan 623 726-sı fərdi yaşayış və bağ […]

Kriminal

Balakəndə 10 yaşlı uşağı maşınla vuraraq öldürən sürücü hökmdən şikayətçidir

Balakəndə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nurullah Dibirovun barəsindəki hökmdən apellyasiya şikayəti verilib. Pravda.az xəbər verir ki, şikayət Şəki Apellyasiya Məhkəməsinin hakimi İmanverdi Şükürovun sədrliyi ilə araşdırılacaq. Məhkəmənin ilkin hazırlıq iclası fevralın 6-na təyin edilib. Balakən Rayon Məhkəməsinin hökmü ilə o, 5 il 3 ay müddətə azadlıqdan məhrum edilib. Nurullah Dibirov cəzasını ümumi rejimli […]