Dünya

Gürcüstanda ən çox yayılmış cinayət açıqlanıb

2023-cü ildə Gürcüstanda 54,2 min cinayət qeydə alınıb ki, bu da bir il əvvəlkindən 0,5% azdır.  Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.  Məlumata görə, ötən ilki cinayətlərin 64,9%-i açılıb. 2022-ci ildə isə bu rəqəm 63,09% olub.  Bildirilib ki, hazırda Gürcüstanda ən çox yayılmış cinayətlər oğurluq, narkotik maddələrin qanunsuz dövriyyəsi, məişət zorakılığı, təhdidlər və […]

Cəmiyyət

Xalq artisti: “Qızım məhkəmədə məndən imtina edib”

Xalq artisti Tarıyel Qasımov “Evdəkilərə salam” verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktyor ilk həyat yoldaşından boşanmasından danışıb: “Xanımımın (ilk həyat yoldaşını nəzərdə tutur – red.) o sözlərini kişi kimi qəbul edə bilmədim. Rayonda böyümüşəm və orada qadınlar kişiyə qarşı mehriban olurlar. Kişinin bir sözünü iki etmirlər. Qadın kişiyə böyük kimi, ər kimi baxır. […]

Cəmiyyət

Bakıda güclü külək əsəcək, dağlıq və dağətəyi rayonlara qar yağacaq – XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında fevralın 5-i gündüzdən 6-sı səhərədək cənub-qərb küləyinin 15-18 m/s, arabir 20-25 m/s, 6-sı gündüz isə qısa müddətə şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildrilib ki, bir neçə gün davam edən mülayim hava şəraitindən sonra fevralın 6-da […]

İdman

Xavinin “Barselona” sonrası planları bəlli oldu

“Barselona”nın baş məşqçisi Xavi yayda klubdan ayrıldıqdan sonra məzuniyyətə çıxacaq.  O, 1998-ci ildə peşəkar futbolda debüt etdiyi vaxtdan bəri fasiləsiz bu sahədə çalışır. 2019-cu ildə Xavi futbolçu karyerasını başa vurub və dərhal da “Əl-Sədd”ə rəhbərlik etməyə başlayıb. Oradan isə 2021-ci ildə “Barselona”nın sükanı arxasına keçib.   Bu səbəbdən indi mütəxəssis istirahət etmək və ailəsi ilə vaxt […]

Siyasət

Seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi başa çatdırılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkisi ilə əlaqədar dairə seçki komissiyaları tərəfindən seçki bülletenlərinin məntəqə seçki komissiyalarına verilməsi işləri yekunlaşdırılıb. Oxu.Az xəbər verir ki, seçki bülletenləri Seçki Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada dairə seçki komissiyalarına paylandıqdan sonra səsvermə gününə azı üç gün qalmışadək dairə seçki komissiyalarından məntəqə seçki komissiyalarına təqdim olunmalıdır. Seçki bülletenlərinin Mərkəzi Seçki Komissiyası […]

Cəmiyyət

Neftçalada keçmiş polis əməkdaşının intiharının səbəbi məlum olub

Bəzi sosial şəbəkə səhifələrində 2016-2020-ci illərdə Neftçala Rayon Polis Şöbəsində polis nəfəri kimi xidmət edən Şahin Elçin oğlu Əyyubovun intihar faktı ilə bağlı yayılan iddialar həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, o xidmət etdiyi müddət ərzində müsbət xarakterizə edilir, onun fəaliyyətində hər hansısa nöqsan müşahidə edilməyib, intizamlı əməkdaş olub. İntihar […]

Cəmiyyət

Öldürmür, amma süründürür: İnsanlar viruslarla mübarizədə zəifləyiblər? – “Kaspi”nin ARAŞDIRMASI + FOTO

Son vaxtlar ölkə ərazisində kəskin virus infeksiyaları yayılıb. Böyüklü, kiçikli xeyli insan xəstədir. Azyaşlıların əksəriyyəti qızılcaya yoluxur, böyüklər isə qızdırma ilə “vuruşur”. Üstəlik, hamı xəstəliyin gec sağalmasından, çox əziyyət verməsindən şikayətlənir. Ürək bulanması, baş ağrısı, yüksək temperatur, sümük ağrıları bütün xəstələrdə müşahidə olunur. Sosial şəbəkələrdə “virus öldürmür, amma süründürür”, “qızdırma 39 dərəcədən aşağı düşmür”, “öskürməkdən […]

Cəmiyyət

Hacıqabulda avtomobil yanıb – VİDEO

Hacıqabulda avtomobil yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti […]

Cəmiyyət

Üç yaşlı Orxanın anası: “Yeganə övladımın yaşaması üçün yardıma ehtiyacımız var” – FOTO

Üç yaşlı Orxanın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var. Bu barədə Oxu.Az-a onun anası Nuranə Hüseynova məlumat verib. O bildirib ki, övladı hemofiliya (qanın laxtalanma xüsusiyyətinin pozulması ilə xarakterizə olunan irsi xəstəlikdir) xəstəliyindən əziyyət çəkir. “Orxanın üç yaşı var. Anadangəlmə hemofiliya xəstəliyindən əziyyət çəkir. Xəstəliyini bildiyimiz gündən müalicələrini davam edirik. Həkimlər 14 yaşına qədər davamlı müalicələr […]

Cəmiyyət

Gəncədə liftdə köməksiz qalan şəxs xilas edilib – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən onmərtəbəli yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, dərhal əraziyə FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri cəlb olunub. Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, texniki nasazlıq səbəbindən onmərtəbəli yaşayış binasının lifti yeddinci mərtəbədə dayanıb və […]