Cəmiyyət

Hacıqabulda avtomobil yanıb – VİDEO

Sharing is caring!


Hacıqabulda avtomobil yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidməti Hacıqabul rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilində yanğın baş verməsi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrikinin yanar hissələri və idarəetmə lövhəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir