Dünya

Berlində onminlərlə insan küçələrə axışdı – VİDEO

Berlində sağçı ekstremizmə qarşı böyük nümayiş keçirilib.  Şəhər polisinin məlumatına görə, yürüşdə 150 mindən çox insan iştirak edib.  Tədbir səbəbindən şəhərin mərkəzində nəqliyyatın hərəkəti xeyli çətinləşib, hökumət məhəlləsində bir neçə küçə bağlanıb.   Çox sayda vətəndaş sağçı populist Almaniya üçün Alternativ Partiyasına qarşı şüarlar yazılmış pankartlarla mitinqə gəlib. Asayişi 700-ə yaxın polis qoruyub.  Qeyd edək ki, […]

Dünya

Çin dünyanın süni intellektə malik ilk kommersiya peykini orbitə çıxarıb – VİDEO

Çin dünyanın ilk süni intellektli kommersiya peykini orbitə çıxarıb.    Peyk “Smart Dragon-3” (SD-3) daşıyıcı raketi vasitəsilə Çinin cənubundakı Quanqdonq əyalətinin Yantszyan şəhəri yaxınlığında sudan buraxılıb.   Aparat orbitdə “Synaesthesia Fusion AI” alqoritmi ilə işləyəcək. Bundan əlavə, peyk “gələcək nəsil rabitə şəbəkələri üçün uzaqdan inteqrasiya edilmiş platforma” imkanlarına malikdir.   Mənbə: life.ru  Xeberal.az

Cəmiyyət

Polşada iki aylıq övladı ilə itkin düşən azərbaycanlının meyiti çayda aşkarlanıb – FOTO

Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. “Report” xəbər verir ki, itkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Cəsəd tanınmaz haldadır və onun mərhuma aid olması yalnız geyimindən müəyyən edilib. Qeyd edək ki, Adilə Mehdiyeva ötən ilin 17 dekabr tarixində iki aylıq övladı ilə birlikdə […]

Cəmiyyət

Qusarda ev yanıb

Qusar rayonunda yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Məlumata görə, rayonun Atlıxan kəndində ümumi sahəsi 170 kvadratmetr olan kürsülü, birmərtəbəli üç otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 20 kvadratmetr sahədə, dam örtüyü 150 kvadratmetr sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. […]

Cəmiyyət

Paytaxtda ictimai “Wi-Fi” niyə əlçatan deyil? – VİDEO

İTV Bakının ictimai yerlərində pulsuz “Wi-Fi” probleminə həsr olunmuş süjet hazırlayıb. Süjetdə bildirilir ki, heç də hər yerdə açıq “Wi-Fi”ya rast gəlinmir. Sual yaranır: İctimai “Wi-Fi”ın əhatə dairəsi hansı prinsiplərə uyğun müəyyən edilir? “Aztelekom” MMC-dən bildirilib ki, ictimai “Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir. Qeyd edilib ki, […]

İdman

Mbappe qəti qərar verdi

Fransalı hücumçu Kilian Mbappe cari mövsümün sonunda PSJ-dən “Real Madrid”ə keçməyə qərar verib.   Məlumata görə, futbolçunun kral klubu ilə müqaviləsinin məbləği komanda tarixində ən böyük ola bilər.  Qeyd edək ki, hücumçunun ispan klubuna azad agent kimi keçəcəyi bildirilir. Belə ki, 2024-cü ilin iyununda onun PSJ ilə müqaviləsi bitəcək.   Xatırladaq ki, Mbappenin 25 yaşı var və […]

Cəmiyyət

Müasir kişilər niyə bığ saxlamırlar? – VİDEO

Qədim dövrlərdə dünyanın harasında, hansı statusda yaşamasından asılı olmayaraq, kişilər bığı toxunulmaz hesab edir, ondan ötrü mübarizə aparır, yeri gələndə hökumətlə baş-başa dayanırdılar. I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin etmişdi. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi. Onlar da daim bunu üzərlərində gəzdirir, onları saxlayan […]

Dünya

Pakistanın keçmiş baş naziri daha bir cəzaya məhkum edildi

Ravalpindi məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xan və onun həyat yoldaşı Buşra Bibini boşandıqdan sonra qanundankənar erkən toy etdiklərinə görə 7 il həbs cəzasına məhkum edib.  Bu siyasətçi üçün həftə ərzində üçüncü məhkumluq qərarı olub.   Bundan əvvəl o, dövlət sirrini açıqlamaqda təqsirli bilinərək 10 il, həyat yoldaşı ilə birlikdə korrupsiyaya görə isə 14 il […]