Cəmiyyət

DYP: “Azərbaycanda avtomobillərin yarıya qədərinin yaşı 20-dən çoxdur”

“Ölkəmizdə qeydə alınan nəqliyyat vasitələrinin 45 faizdən çoxunun istehsal ili 20 il və daha çoxdur. Bu da sözsüz ki, yol nəqliyyat hadisələri zamanı onların ağırlıq dərəcəsinə bilavasitə təsir edir”. APA xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev nəqliyyat vasitələrinin utilizasiyası, mövcud vəziyyət və qarşıda duran […]

Dünya

Türkiyədə fabrikə basqın: İşçilər girov götürüldülər – VİDEO

Türkiyənin Kocaeli vilayətinin Gebze rayonunda fəaliyyət göstərən ABŞ şirkətlərindən birinin fabrikinin əsas binasına basqın edilib. Əlində silahla basqın edən naməlum şəxs fabrik işçilərini girov götürüb. Şübhəlinin İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün fabrikdəki insanları girov götürdüyü iddia edilir. Hadisə yerinə xüsusi polis qüvvələri, əməliyyat və sağlamlıq qrupları göndərilib. Həmçinin Kocaeli valisi Seddar Yavuz da bölgəyə […]

Dünya

Çexiyalı spiker: “Qarabağın Azərbaycana məxsus olduğuna heç vaxt şübhə etməmişəm”

“Çexiya heç vaxt Qarabağın Azərbaycana məxsus olduğuna şübhə etməyib”. “Report” xəbər verir ki, bu barədə jurnalistlərə Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova məlumat verib. “Mən Qarabağın Azərbaycan torpağı olmasına heç vaxt şübhə etməmişəm. Çexiya bütün ölkələrin, o cümlədən Cənubi Qafqazın bütövlüyünü və suverenliyini dəstəkləyir”, – o bildirib. Onun sözlərinə görə, Azərbaycanla Ermənistan […]

Cəmiyyət

Gəncə şəhərinin ictimai nəqliyyatına yeni avtobuslar cəlb edilib

Gəncə şəhərində ictimai nəqliyyat şəbəkəsinin optimallaşması, avtobus parkının yenilənməsi, sərnişindaşıma keyfiyyətinin yaxşılaşdırılması və sərnişin məmnunluğuna nail olunması istiqamətində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən aparılan tədbirlər çərçivəsində 4 saylı marşrut xəttinə daha yeni və müasir avtobuslar cəlb edilib. Bununla bağlı AYNA məlumat yayıb. Bildirilib ki, Gəncə şəhəri Natəvan qəsəbəsi – Şəhər mərkəzi – Gülüstan qəsəbəsi […]

Dünya

Hemilton “Ferrari”nin pilotu olacaq?

Yeddiqat dünya çempionu Lyuis Hemilton tezliklə “Ferrari” ilə müqavilə imzalayacaq. Bu barədə AS nəşri öz mənbələrinə istinadla xəbər verib. Bildirilir ki, Hemilton 2025-ci il mövsümündə İtaliya komandasının pilotu olacaq. Hazırda britaniyalı “Ferrari” ilə müqavilənin detallarını müzakirə edir. Britaniyalının sürücüsü olduğu “Mercedes”lə cari müqaviləsi ikiillik deyil, “1+1” prinsipinə əsaslanan opsional müqavilədir. Keçən il yeddiqat dünya çempionu […]

Cəmiyyət

DGK-nın Tibbi Xidmət İdarəsində TƏYİNAT – FOTO

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Sanitar Karantin Xidmət İdarəsinə yeni rəis təyin olunub. Oxu.Az xəbər verir ki, bu vəzifəyə Surxay Məmmədov təyinat alıb. Komitənin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım Surxay Məmmədovu kollektivə təqdim edib. Qeyd edək ki, S.Məmmədov 1995-2000-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi profilaktika fakültəsində təhsil alıb. 2001-2005-ci illərdə Müdafiə Nazirliyinin […]

Cəmiyyət

Kanada Aİ-nın Ermənistandakı missiyasına Amuldağ mədəninə görə qoşulub – ARAŞDIRMA

Kanadanın ötən il çox uzaq regionda – Ermənistan-Azərbaycan şərti sərhədindəki Avropa İttifaqının müşahidə missiyasına tələm-tələsik qoşulmasının səbəbi çoxlarına aydın deyildi. APA xəbər verir ki, “Environmental Protection First” Koalisiyasının apardığı araşdırmalar üzə çıxarıb ki, hazırda Ermənistanın Azərbaycanla şərti sərhədinə yaxın yerləşən Amuldağ mədənini bütün ekoloji normaları heçə sayaraq istismar edən şirkətin əsas payçısı məhz Kanada imiş. […]

Siyasət

Azərbaycanda həyata keçirilən gənclər siyasəti ölkədə gənc nəslin ictimai-siyasi həyatındakı rolunu artırdı

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndər gənc nəslə daim öz qayğısını əsirgəməyib. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc nəslə diqqətin göstərilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı […]

Cəmiyyət

Azərbaycanda köhnə avtomobillər utilizasiyaya sentyabrın 1-dən qəbul ediləcək – RƏSMİ

“Sentyabr ayının 1-dən vətəndaşlar köhnəlimiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər”. APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə, […]

Cəmiyyət

Bakıda 200 000 manata samovar satılır – FOTO

Bakıda 200 000 manata samovar satılır. Oxu.Az xəbər verir ki, bu barədə satış səhifələrindən birində paylaşım edilib. Bildirilib ki, samovar 1898-ci ildə hazırlanmış orijinal Tula samovarıdır. Samovarın üzərində çoxlu sayda maraqlı möhürlər var. Bu möhürlər yerli və beynəlxalq sərgilərdə əldə olunan mükafatlarındır. Xeberal.az