Cəmiyyət

Azərbaycanda köhnə avtomobillər utilizasiyaya sentyabrın 1-dən qəbul ediləcək – RƏSMİ

Sharing is caring!


“Sentyabr ayının 1-dən vətəndaşlar köhnəlimiş avtomobillərini utilizasiyaya verə biləcəklər. Bunun qarşılığında fondda formalaşmış vəsait hesabına gətirilən avtomobilin təsnifatına uyğun olaraq ödəniş əldə edəcəklər”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, əgər bu yerli istehsal olunan yeni nəqliyyat vasitəsinin alınmasına yönəlirsə, tam həcmdə, əgər başqa məqsədlər üçün istifadə nəzərdə tutulursa, onun 70 faizi qədərində birdəfəlik ödəniş alacaqlar:

“Bu, istər xarici nəqliyyat vasitəsi almaq, istərsə də başqa məqsədlə ola bilər”.

O qeyd edib ki, fond təkcə idxal olunan nəqliyyat vasitələri hesabına yox, eyni zamanda, digər mənbələrdən də formalaşa bilər:

“Gedişatdan asılı olaraq güzəşt məbləğlərinin artırılmasına baxıla bilər. Fondun formalaşması barədə qanun yeni qanun olub. Utilizasiya prosesi sentyabrın 1-dən başlayacaq. Bundan sonra tələbata uyğun olaraq məsələyə, rəqəmlərə təkrar baxıla bilinər”.

“Əgər tələbat çox olarsa, ödənişlər növbəlilik əsasında həyata keçiriləcək”, – deyə o qeyd edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir