Kriminal

Azərbaycanlı qadınları Türkiyəyə aparan şəxslə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə insan alverində təqsirləndirilən Gülnarə Məhərrəmovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. Pravda.az xəbər verir ki, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib. İttihama görə, Daxili İşlər Nazirliyinin […]

Cəmiyyət

İcma: “Simonyan gedib Ermənistan gerbində emojiyə oxşayan şiri şərh etsin”

“Ermənistan parlamentinin spikeri Alen Simonyanın Azərbaycan Konstitusiyasında və hüquqi aktlarında dəyişdirilməli müddəaların olması barədə fikirlərini məsuliyyətsizlik kimi dəyərləndiririk”. Oxu.Az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda qeyd edilib. “Deyəsən, o, Vardan Oskanyan kimi hələ də özünün uydurduğu paralel dünyada yaşayır. Alen Simonyan qalib Azərbaycan haqqında boğazdan yuxarı danışmaqdansa, gedib Ermənistan gerbində özünün […]

Dünya

İranyönlü “İraq İslam Müqaviməti Hərəkatı” İsrailin Hayfa şəhərinə hücum edib

İranyönlü “İraq İslam Müqaviməti Hərəkatı” döyüşçüləri Aralıq dənizi sahilində yerləşən İsrailin Hayfa şəhərinin limanına hücum ediblər. Hərəkatdan bildirilib ki, hücum İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi əməliyyatlara cavabdır. Hələlik İsrail tərəfi məlumatı nə təkzib, nə də təsdiq edib.   Mənbə: Al Hadath Xeberal.az

Kriminal

Zaqatalada altı odlu silah götürülüb

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi, eləcə də vətəndaşlar tərəfindən könüllü təhvil verilməsi məqsədilə əməliyyat-profilaktik tədbirlər keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində üçü “Kalaşnikov” markalı avtomat, biri yivli “TOZ-8”, ikisi isə ov tüfəngi olmaqla ümumilikdə altı odlu […]

Cəmiyyət

Sumqayıtda yanğında ana və övladları tüstüdən zəhərləniblər

Sumqayıt şəhərində yerləşən mənzillərin birində baş verən yanğında ana və övladları tüstüdən zəhərləniblər. “Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 8-ci mikrorayon adlanan ərazisində baş verib. Belə ki, mənzildə baş verən yanğın nəticəsində 1996-cı il təvəllüdlü Nuranə Zahid qızı Heydərova və onun iki övladı – 2015-ci il təvəllüdlü Nihad İbrahim oğlu Cəbrayılov və 2018-ci […]

İdman

Messinin “Barselona” ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərracda satılacaq – FOTO

Argentinalı futbolçu Lionel Messinin İspaniyanın “Barselona” klubu ilə salfet üzərində yazılmış ilk müqaviləsi hərraca çıxarılacaq. Məlumata görə, hərrac martın 18-dən 27-dək keçiriləcək. Tələb olunan qiymət 350 min avro ilə 585 min avro arasında dəyişir. Qeyd edək ki, Messi “Barsa” ilə ilk müqaviləsini 2000-ci il dekabrın 14-də 13 yaşında ikən imzalayıb. Mənbə: TASS Xeberal.az

Dünya

Stoltenberq: “Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ni zəiflətmək üçün birləşirlər”

“Rusiya, Çin, İran və Şimali Koreya ABŞ-ni zəiflətmək üçün birləşirlər”. Bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib. ABŞ-yə səfəri zamanı Stoltenberq qeyd edib ki, xarici qüvvələr alyansın dəyərlərinə qəsdlə hücum edir və onları pozmağa çalışırlar. Onun sözlərinə görə, söhbət həm də təhlükəsizliyi təmin edən “qlobal qaydaların” dəyişdirilməsi planlarından gedir. Stoltenberq İran, Şimali Koreya, Çin və […]

Dünya

Almaniyada tətil ölkənin 11 hava limanını əhatə edəcək

Almaniyada aviasiya təhlükəsizliyi işçilərinin tətili ölkənin 11 hava limanına təsir edəcək. 1000-dən çox reys gecikəcək və ya ləğv ediləcək. Etiraz aksiyaları fevralın birində keçiriləcək. Nümayişlər Hamburq, Bremen, Hannover, Berlin, Köln, Düsseldorf, Leypsiq, Drezden, Erfurt, Frankfurt və Ştutqart hava limanlarını əhatə edəcək. Hannover, Hamburq və Berlin hava limanları ümummilli tətillə əlaqədar fevralın 1-də bütün uçuşları ləğv […]