Siyasət

Tarixi seçkiyə hazırlıq “Haber Global”ın obyektivində – VİDEO

“Fevralın 7-də Azərbaycanda prezident seçkisi keçiriləcək. 30 ildən sonra erməni işğalından azad edilən Qarabağda ilk dəfə seçki qutusu qurulacaq. Bir çox hərbi və siyasi uğurlara imza atan hazırkı Prezident İlham Əliyev seçkinin favoritidir”. Bu sözlər “Haber Global”ın Azərbaycanda prezident seçkisi ilə bağlı hazırladığı videosüjetdə deyilib. Bildirilib ki, dost və qardaş ölkə Azərbaycan Qarabağ qələbəsindən sonra […]

İdman

“Sabah” baş məşqçisi ilə yollarını ayırdı

“Sabah”ın baş məşqçisi Murad Musayev və klub rəhbərliyi arasında görüş keçirilib. Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı rusiyalı mütəxəssis paytaxt təmsilçisindən ayrılmaqla bağlı istəyini rəhbərliyin diqqətinə çatdırıb. Baş məşqçinin klubda qazandığı nailiyyətlər nəzərə alınaraq, onun bu istəyi anlayışla qarşılanıb və müsbət cavab verilib. Qeyd edək ki, Musayev 2021-ci ilin noyabr ayından […]

Cəmiyyət

DİN-dən ÇAĞIRIŞ: “İstifadə etdiyiniz şifrələri şübhəli hallarda dəyişdirin!” – VİDEO

“Sosial şəbəkələrdə doğruluğuna əmin olmadığınız postlara və ya məzmuna əsaslanaraq hərəkət etməyin”. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) hazırladığı “Rəqəmsal mediadan istifadə edərkən kibercinayətkarlıqla üzləşməmək üçün nələrə diqqət etməlisiniz?” adlı videoçarxda deyilir. “Təsdiq edə bilmədiyiniz (dəqiqliyinə əmin olmadığınız) məlumatı paylaşmaqla və ya ötürməklə yalan informasiyanın yayılmasına səbəb olmayın. Dəqiq məlumat əldə etmək üçün rəsmi və […]

Dünya

Etirazçı fermerlərin traktorlar karvanı Aİ sammiti günü Brüsselə daxil oldu – VİDEO

60-dan çox traktordan ibarət karvan Vaterloo şosesi ilə Brüsselə daxil olub. Onlar Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro yardım ayrılması ilə bağlı sammitin keçiriləcəyi Avropa Məhəlləsinə doğru yola düşüblər. Bildirilir ki, traktorlar nizam-intizamla hərəkət edirlər, nəqliyyat vasitələri arasında bərabər intervallar saxlayırlar. Polis onların hərəkətinə mane olmur, əksinə, karvanı müşayiət edir. Paralel olaraq, təxminən […]

İdman

ARAF-ın baş katibi: “Çövkən idman növünün beynəlxalq status alması tarixi andır”

“Bu bizim atçılıq idmanı üçün tarixi andır. Çünki Azərbaycanın ən qədim oyunlarından biri olan çövkən beynəlxalq status alır”. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev Beynəlxalq Çövkən Federasiyasının I Baş Assambleyasının Bakıda keçirilməsi ilə bağlı danışarkən deyib. ARAF rəsmisi bu gün start götürən toplantıda qurumun Əsasnaməsinin təsdiq […]

Dünya

Türkiyədə zəlzələ zamanı ziyan dəyən ikimərtəbəli ev çökdü: Ölən və yaralananlar var – FOTO

Türkiyənin Şanlıurfa vilayətinin Bozova məhəlləsində ikimərtəbəli ev çöküb. Nəticədə iki nəfər ölüb, səkkiz nəfər yaralanıb. Səhərə yaxın baş verən hadisə ilə əlaqədar bölgəyə çox sayda fövqəladə hallar, xilasetmə, sağlamlıq və jandarm qrupları cəlb edilib. Çökən evə keçən il fevralın 6-da baş verən zəlzələ zamanı orta dərəcədə ziyan dəydiyi məlum olub. Hadisə ilə bağlı istintaq davam edir. […]

Cəmiyyət

Ermənistanın qanunsuz dağ-mədən sənayesi əleyhinə QHT-lər cəbhə açır

2023-cü ilin avqustunda təsis olunmuş “Environmental Protection First” Koalisiyasına bu gün daha 15 QHT qoşulub. APA xəbər verir ki, onlar daha çox ekologiya və səhiyyə sahəsində fəaliyyət göstərən təşkilatlardır. Koalisiya Ermənistanın dağ-mədən sənayesindəki proseslərin bütün qanuni vasitələrlə davamlı izlənilməsini, ekoloji pozuntular əleyhinə mübarizənin gücləndirilməsini əsas işi elan edib. EPF-də tanınmış QHT nümayəndələri təmsil olunur. Ötən […]