Dünya

ABŞ-nin Suriyadakı hərbi bazasına PUA ilə zərbə endirilib

Suriyanın şimal-şərqindəki Həsəkə əyalətində ABŞ hərbi bazası pilotsuz təyyarə ilə hücuma məruz qalıb. “Suriyada ABŞ-nin Rumeylandakı hərbi bazası PUA hücumuna məruz qalıb”, – deyə məlumatda bildirilib. Qeyd edək ki, ümumilikdə, ABŞ-nin Suriya Ərəb Respublikası ərazisində 24 hərbi bazası və dörd məntəqəsi var. Mənbə: Al Mayadeen Xeberal.az

Dünya

“Qisasçılar” filminin ulduzu qəzadan bir il sonra çəkilişlərə qayıdır – VİDEO

Aktrisa Emma Lord Ceremi Rennerlə birlikdə oynadığı “Kinqstaun meri” serialının üçüncü sezonunun çəkilişlərinə tezliklə başlandığını elan edib. Bu barədə o, “Instagram” səhifəsində məlumat verib. Bir müddət sonra aktyor onun etdiyi paylaşımı öz izləyiciləri ilə bölüşüb və bununla da Lordun qəzadan bir il sonra çəkilişlərə qayıdacağı sözlərini təsdiqləyib. Qeyd edək ki, aktyor serialda əsas rollardan birini […]

Siyasət

Naxçıvanda Həmrəylik Günü və Yeni il münasibəti ilə möhtəşəm atəşfəşanlıq – FOTO

Naxçıvan şəhərində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq olub. “Report” xəbər verir ki, 2024-cü ilin gəlişi minlərlə muxtar respublika sakininin böyük coşqusu ilə qeyd edilib. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, dövlət və hökumət nümayəndələri bayram şənliyinə qatılıb. Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi […]

Siyasət

Bakıda Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq keçirilib

.Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib. Oxu.Az xəbər verir ki, bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər. Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər […]

Siyasət

Naxçıvanda antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə orden və medallar təqdim edilib – FOTO

Naxçıvanda sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı başladılan lokal xarakterli antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə orden və medallar təqdim edilib. “Report”un xəbərinə görə, şəhidlərin ailə üzvləri ilə keçirilən görüşdə bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsi daim uca tutulur, onların ailə üzvlərinə dövlət tərəfindən xüsusi diqqət […]

Dünya

İran Ermənistan universitetinə professor göndərcək

Bir müddət öncə İran Ermənistanın Qafan şəhərində fars dili mərkəzi yaradıb. İranın Qafandakı baş konsulu Mürtəza Abedin Vəramin bəyan edib ki, fars dili öyrənmək istəyən çox sayda şəxs bu mərkəzdə qeydiyyatdan keçib. O, Təbriz Universitetinin rektoru, həmçinin universitetin Elmi və Beynəlxalq Əməkdaşlıq Kafedrasının dekanı Səid Şücai ilə görüşdə Ermənistanın Sünik Universitetinə professorların göndərilməsini istəyib. Baş […]

Siyasət

Türkiyə Səfirliyindən Azərbaycanla bağlı paylaşım: “Birliyimiz gücümüzdür” – VİDEO

Türkiyənin Azərbaycandakı Səfirliyi ölkəmizdəki diplomatik fəaliyyəti və ikitərəfli əməkdaşlıqla bağlı paylaşım edib. “Cümhuriyyətimizin 100 illiyi və xarici siyasətimizin əsasının qoyulmasının 500 illiyi ilə bağlı qardaş Azərbaycanda diplomatik fəaliyyətimizi Şuşa Bəyannaməsinin prinsip və məqsədlərinə uyğun olaraq həyata keçirdik. Türkiyə əsri perspektivi çərçivəsində 2024-cü ilə hazırıq. Birliyimiz bizim gücümüzdür. Bir millət iki dövlət”, – paylaşımda qeyd olunub. […]

Siyasət

İlham Əliyev: “Qaldırdığım Dövlət Bayrağımız ulu öndərin xatirəsinə ən böyük hörmətin əlamətidir”

“Bu il Azərbaycanda “Heydər Əliyev İli” elan edilmişdir. Ulu öndərin 100 illiyi ölkə üzrə qeyd edildi. Mən mənim üçün bu əziz günü – atamın doğum gününü Şuşada keçirdim. Şuşanın mərkəzi meydanında Azərbaycan xalqına müraciət edərək öz ürək sözlərimi bildirdim və dedim ki, ulu öndərin xatirəsinə ən böyük hörmət əlaməti bizim əməllərimizdir”. AZƏRTAC xəbər verir ki, bu […]

Siyasət

Dövlət başçısı: “Tarixi Zəfərimiz bütün azərbaycanlıları bir yumruq halına gətirir”

“Tarixi Zəfərimiz – İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir […]

Siyasət

Prezident: “Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi alnıaçıq, üzüağ yaşayırlar”

“Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər”. AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirib. “Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq üç ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi […]