Siyasət

Bakıda Həmrəylik Günü və Yeni il münasibəti ilə atəşfəşanlıq keçirilib

Sharing is caring!


.Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib.

Oxu.Az xəbər verir ki, bayram atəşfəşanlığını Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb. Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər. Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan xalqımız 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Qədəmlərin uğurlu olsun, Yeni il!

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir