Cəmiyyət

Göyçayda ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb – FOTO

Göyçay rayonunun, Məlikkənd kəndində ikimərtəbəli fərdi yaşayış evi yanaraq külə dönüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, yanğın zamanı kənd sakini Şamil Paşa oğlu Abdullayevə məxsus ikimərtəbəli, ümumi sahəsi 200 kvadratmetr olan evin 140 kvadratmetr hissəsi əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və 19 nəfər […]

MARAQLI

Hindistanda səkkiz ay həbsdə qalan göyərçin sərbəst buraxıldı

Hindistanın Mumbay şəhərinin polisi Çinin xeyrinə casusluqda şübhəli bilinən göyərçini sərbəst buraxıb. Qeyd olunur ki, quş səkkiz ay həbsdə qalıb. Göyərçin 2023-cü ilin may ayında tutulub. Onun pəncələrinə iki metal üzük bağlanmışdı, içərisində isə çin dilində yazılar olub. Sonradan məlum olub ki, göyərçin Tayvanın açıq sularında yarışda iştirak edirmiş və təsadüfən ölkə ərazisindən uçub gedib. […]

MARAQLI

Hindistanda səkkiz ay həbsdə qalan göyərçin sərbəst buraxıldı

Hindistanın Mumbay şəhərinin polisi Çinin xeyrinə casusluqda şübhəli bilinən göyərçini sərbəst buraxıb. Qeyd olunur ki, quş səkkiz ay həbsdə qalıb. Göyərçin 2023-cü ilin may ayında tutulub. Onun pəncələrinə iki metal üzük bağlanmışdı, içərisində isə çin dilində yazılar olub. Sonradan məlum olub ki, göyərçin Tayvanın açıq sularında yarışda iştirak edirmiş və təsadüfən ölkə ərazisindən uçub gedib. […]

Dünya

Türkiyədə qumar saytı açan iranlı ölkəsinə təhvil verildi – FOTO

Türkiyədə saxlanılan onlayn mərc və qumar saytının təsisçisi Məsud Tərkibi İrana ekstradisiya edilib. Bu barədə “Azad İran” “Telegram” kanalı bildirib.   FƏRACA (İran hökumətinin hüquq-mühafizə qüvvələrinin komandanlığı) Beynəlxalq Polis İdarəsinin rəisi Məcid Kəriminin verdiyi məlumata görə, o, Türkiyədə dələduzluq və çirkli pulların yuyulmasında ittiham olunub. Qeyd olunub ki, iranlı qumarbaz insan alveri qruplaşmasının liderlərindən biri […]

Dünya

İngiltərədə 12 yaşlı oğlanın IQ testinin nəticələri HƏR KƏSİ HEYRƏTLƏNDİRDİ

Britaniyada məktəbli Sayrus Lyun “Mensa” IQ testindən 162 mümkün baldan 160 bal toplayıb. Nəticələrə əsasən, oğlan planetin ən ağıllı insanlarının klubu kimi tanınan “Mensa” təşkilatına qəbul edilib. Bu təşkilata ancaq IQ səviyyəsi dünya əhalisinin 98 %-dən yüksək olanlar qoşula bilər. Lyunun nisbilik nəzəriyyəsinin müəllifi Albert Eynşteyn və astrofizik Stiven Hokinq kimi dahi alimlərlə eyni səviyyəli […]

Cəmiyyət

Ekspert obyektlərdəki yanğın riskindən danışdı – VİDEO

Yanvarın 15-də Binəqədidə mebel sexində baş verən partlayış 10 nəfərin ölümünə, 23 nəfərin isə müxtəlif bədən xəsarətləri almasına səbəb olub. Müxtəlif mebel materiallarının istehsal olunduğu ərazidə baş verən partlayış ətrafdakı 2700 kvadratmetr ərazini məhv edib.  Mövzu ilə bağlı Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev Baku TV-yə danışıb. O bildirib ki, bu cür obyektlərdə istifadə olunan avadanlıqların hər birinin […]

Dünya

Senatorlar Zukerberqi üzr istəməyə məcbur ediblər – VİDEO

“Meta” korporasiyasının rəhbəri Mark Zukerberq sosial şəbəkələrin zərərli təsirlərindən əziyyət çəkən uşaqların ailələrindən üzr istəməyə məcbur olub. Canlı yayım ABŞ Senatının komitəsinin rəsmi saytında aparılıb. “Bu gün qurbanların ailələri buraya toplaşıblar. Qurbanlardan üzr istəmisiniz? Bunu indi etmək istərdinizmi? Onlar buradadırlar, milli televiziya bunu yayımlayır, qurbanlardan üzr istəmək istərdinizmi?”, – deyə Senator Coş Houli Zukerberqdən soruşub. […]

Dünya

Fransada Parisin əsas bazarında iğtişaş törədən 79 etirazçı saxlanılıb – VİDEO

Fransa polisi Paris yaxınlığındakı Ryunjidə Avropa İttifaqının ən böyük bazarına daxil olaraq orada iğtişaşlar törədən 79 etirazçı fermeri saxlayıb. Məlumata görə, nümayişçilər iğtişaşlar törədib və ətrafdakı obyektlərə ziyan vurublar. Qeyd edək ki, Fransada fermerlərin kütləvi nümayişləri sənaye nümayəndələrinin inflyasiya səbəbindən gəlirlərin azalması və Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalının artması ilə bağlı narazılıqlar fonunda keçirilir. Fermerlər […]

Dünya

“Fitch”: Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi asılı qalacaq

Ermənistan iqtisadiyyatı hələ uzun müddət Rusiyadan çox ciddi şəkildə asılı qalacaq. Bu barədə Ermənistanın reytinqini “BB-” səviyyəsində təsdiqləyən “Fitch” agentliyinin məlumatında deyilir. Qeyd olunub ki, Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır. “Fitch” hesab edir ki, Ermənistanın yaxın gələcəkdə Rusiyadan asılılıqdan əhəmiyyətli dərəcədə uzaqlaşacağı gözlənilmir. Analitiklər Ukraynada müharibə başlayandan bəri Rusiya-Ermənistan arasında ticarətin […]