Siyasət

TÜRKSOY-un baş katibi Azərbaycanı və digər ölkələri təbrik edib – FOTO

TÜRKSOY təşkilatının Baş katibi Sultan Rayev Azərbaycanı və digər türkdilli ölkələri Yeni il münasibətilə təbrik edib. Oxu.Az xəbər verir ki, təşkilatın baş katibi təbrikini “X” sosial şəbəkəsindəki hesabında yazıb. “2024-cü ilin sağlamlıq, xoşbəxtlik və sülh gətirməsini arzu edirəm”, – Sultan Rayev qeyd edib. O, paylaşımına Azərbaycan da daxil olmaqla təşkilata üzv olan digər ölkələrin bayraqlarını […]

İqtisadiyyat

Braziliya OPEC+ üzvü olur

Braziliya 2024-cü ilin yanvarından OPEC+ Əməkdaşlıq Xartiyasına qoşulacaq. Qeyd olunur ki, qərar hələ alyansın 2023-cü il noyabrın 30-da keçirilən iclasından sonra verilib. Maraqlıdır ki, daha əvvəl Braziliya Prezidenti Luis İnasio Lula da Silva bildirmişdi ki, ölkə OPEC+da yalnız müşahidəçi qismində iştirak etməyə çalışır və heç vaxt alyansa tamhüquqlu üzv kimi qoşulmayacaq. OPEC+ isə hələlik Braziliyanın […]

Cəmiyyət

Vətəndaşların DİQQƏTİNƏ: Yanvarın 1-dən qüvvəyə minən qanunlar

Azərbaycanda Yeni ilin ilk günündən etibarən qüvvəyə minməsi nəzərdə tutulan qanun layihələrinin və mövcud qanunlara dəyişikliklərin bir çoxu artıq təsdiqlənib. Oxu.Az xəbər verir ki, sözügedən qanunların bəziləri 2024-cü ilin təsdiqlənən dövlət büdcəsi ilə əlaqədardır. Belə ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2024-cü il üçün ehtiyac meyarının həddi 270 manat məbləğində təsdiq edilib. 2023-cü […]

Siyasət

Laçında sakinlər Yeni ili atəşfəşanlıqla qarşılayıblar – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Laçının əsl sahibləri – doğma yurdlarına qayıtmış sakinlər tərəfindən qeyd edilib. Otuz bir illik yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan laçınlıların bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri 2024-cü ili 1555 nəfər doğma sakini ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil […]

Siyasət

Laçında sakinlər Yeni ili atəşfəşanlıqla qarşılayıblar – FOTO

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı Laçının əsl sahibləri – doğma yurdlarına qayıtmış sakinlər tərəfindən qeyd edilib. Otuz bir illik yurd həsrətindən sonra doğma torpaqlarına qayıdan laçınlıların bayram sevinci şəhərdə atəşfəşanlıqla müşahidə olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın şəhəri 2024-cü ili 1555 nəfər doğma sakini ilə birlikdə qarşılayıb. Bayram ərəfəsində təşkil […]

Cəmiyyət

Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəlib – FOTO

Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib. Oxu.Az xəbər verir ki, 1 yanvar 2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 santimetr, çəkisi 2 580 qram olub. Doğulan uşaq ananın ilk hamiləliyi olub. Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə […]

Cəmiyyət

Tərtərdə yeniyetmə gənc oğlanı bıçaqlayaraq öldürüb

Tərtərdə 18 yaşlı gənc qətlə yetirilib, saxlanılan var. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, yanvar ayının birində saat bir radələrində rayon ərazisində yerli sakin, 2006-cı il təvəllüdlü Canpolad Tağıyevin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, 2009-cu il təvəllüdlü […]

Dünya

Kim Çen In Koreya yarımadasının birləşdirilməsi ehtimalını şərh edib

“Artıq Koreya Respublikası ilə birləşməyi mümkün hesab etmirəm”. Bunu Şimali Koreya lideri Kim Çen In deyib. “İki Koreya ölkəsi arasında uzunmüddətli münasibətlərə nəzər salaraq, partiyamız belə qənaətə gəldi ki, “udma yolu ilə birləşmə” və “sistemin yeknəsəqliyi”ni dövlət edən Koreya Respublikası ilə birləşməyə nail olmaq heç vaxt mümkün olmayacaq. Bu bizim “Bir xalq, bir dövlət, iki […]

Dünya

Litvada 60 yaşadək ehtiyatda olan əsgərlər təlimə çağırılacaqlar

Litva Silahlı Qüvvələrinin komandanlığı təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən yaşı 60-dan aşağı ehtiyatda olan əsgərlərin təlimə çağırılmasını təklif edib. Məlumata görə, Litvada hazırda 38 minə yaxın aktiv ehtiyat əsgər və 80 minə yaxın təlim keçmiş ehtiyat əsgər var. Dəyişikliyin qəbul edilməsinin lehinə 98 deputat səs verib, 1 deputat isə bitərəf qalıb. İndi analoji təşəbbüslə qanun layihəsi Litva […]

Dünya

Nadal böyük tennisə qayıtdı

Məşhur tennis ustası Rafael Nadal təxminən bir ildən sonra böyük tennisə qayıdıb. Onun pərəstişkarları bunu Yeni il möcüzəsi kimi qiymətləndiriblər. Məlumata görə, Rafa Brisbendəki turnirdə Mark Lopezlə birgə çıxış edib. O, məğlub olsa da, öz iştirakı ilə yarışa rəng qatıb. İndi tennisçinin Böyük Dəbilqə turnirlərində sahəyə çıxacağı gözlənilir. Mənbə: match.tv Xeberal.az