Cəmiyyət

Azərbaycanda 2024-cü ilin ilk körpəsi dünyaya gəlib – FOTO

Sharing is caring!


Azərbaycanda 2024-cü ilin ilk körpəsi TƏBİB-in tabeliyində fəaliyyət göstərən Yeni Klinikada dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, 1 yanvar 2024-cü il tarixində saat 00:01-də doğulan körpənin cinsi qız, boyu 45 santimetr, çəkisi 2 580 qram olub.

Doğulan uşaq ananın ilk hamiləliyi olub.

Qeyd edək ki, 24 yaşlı Göyçay sakini Sünel Rəsulzadə uşaqlıqda çapıq diaqnozu ilə təcili olaraq qeysəriyyə əməliyyatına qəbul edilib.

Əməliyyat uğurla icra olunub, hazırda ananın və yenidoğulmuşun vəziyyəti stabildir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir