Dünya

Kim Çen Inın bacısı dünyanın ən təhlükəli qadını adlandırılıb

ABŞ və digər ölkələr Şimali Koreya İşçi Partiyasının Mərkəzi Komitəsinin departament rəhbərinin müavini, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjonu layiqincə qiymətləndirməlidirlər. Şimali Koreya üzrə ekspert Sun Yun Linin dediyinə görə, ona son dərəcə ciddi yanaşmaq lazımdır. “Kim Yo Cjon bu günkü gündə həqiqətən də Koreya tarixi boyunca və bəlkə də bütün […]

Cəmiyyət

Bakıda moped maneəyə çırpılıb, sürücü xəsarət alıb

Bakıda moped maneəyə çırpılıb, sürücü xəsarət alıb. “Report” xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində qeydə alınıb. Belə ki, idarəetməni itirən 1982-ci il təvəllüdlü Füzuli Əbülfəz oğlu İsmayılov mopedi yol kənarındakı maneəyə çırpıb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü təcili tibbi yardım avtomobilinin köməyi ilə xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

Dünya

ABŞ-nin dövlət borcu rekord həddə çatdı

ABŞ-nin dövlət borcu ilk dəfə 33 trilyon dolları keçib. Bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Maliyyə Nazirliyinin internet saytındakı məlumat bazasında “ümumi dövlət borcu” qrafasında sentyabrın 18-nə olan məbləğ 33,04 trilyon ABŞ dolları kimi göstərilib. Bu, Amerikanın dövlət borcu üçün rekord göstəricidir. ABŞ administrasiyası son aylarda Konqresi borc limitini artırmağa çağırıb. Nümayəndələr […]

Müharibə

Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub

Sentyabrın 18-i saat 23:50 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib. Qeyd olunub ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb. Xeberal.az

Cəmiyyət

Bakıda zəncirvari qəza: Dörd avtomobil bir-birinə çırpıldı – FOTO/VİDEO

Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu, N.Tusi küçəsində qeydə alınıb. İlkin məlumata əsasən, qəza “Mercedes”, “Toyota Prius”, “Hyundai Accent” və “Volqa” markalı avtomobillərin toqquşması nəticəsində baş verib.  Hadisə yerinə Xətai rayon Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, qəzanın təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Xocavənddə yük avtomobili minaya düşüb, sürücü və sərnişin həlak olub

Sentyabrın 19-da saat 04:00 radələrində Xocavənd rayonu ərazisində yük avtomobilinin tank əleyhinə minaya düşməsi barədə polisə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən  bildirilib ki, “Azəravtoyol” ASC-yə məxsus “Hovo” markalı yük avtomobilinin minaya düşməsi nəticəsində sürücü və sərnişini hadisə yerində həlak olub. Faktla bağlı araşdırma aparılır. Xeberal.az

MARAQLI

Silikon döş implantlarının təhlükəli təsirləri açıqlandı

Silikon döş implantları olan qadınlarda immunitet sisteminin disfunksiyası inkişaf edə bilər. Bu isə qalxanabənzər vəzinin zədələnməsinə səbəb olur. Rusiyanın Sankt-Peterburq Universitetinin Autoimmunitet Mozaika Laboratoriyasının alimləri apardıqları araşdırmalardan sonra bu qənaətə gəliblər. Alimlər həm silikon implantlı, həm də silikon implantsız döş əməliyyatı keçirən 106 qadının immun və endokrin sistemlərinin vəziyyətini təhlil ediblər. Təhlillər müdaxilədən əvvəl, üç […]

Dünya

Rusiyalı məşhur musiqiçinin səhhəti yaxşılaşıb

Səhhətində problemlə əlaqədar xəstəxanaya yerləşdirilən rusiyalı məşhur musiqiçi və bəstəkar İqor Nikolayev özünə gəlib. Ürək problemi ilə üzləşən sənətçinin həkimlər vəziyyətini stabilləşdirə biliblər. Musiqiçinin tam sağalması haqqında danışmaq hələ tezdir. Bununla belə, həkimlər artıq müsbət proqnozlar verirlər. Qeyd edək ki, Nikolayev sentyabrın 15-də ağır vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiyaya köçürülüb. Mənbə: Ura.ru Xeberal.az

Dünya

Qordion UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib

Türkiyənin paytaxtı Ankaranın ən qədim bölgəsi olan Qordion şəhəri UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Bu barədə qərar UNESCO-nun Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən Dünya İrsi Komitəsinin 45-ci sessiyasında qərar qəbul edilib. Qeyd edək ki, Qordion Frigiyanın siyasi və mədəni paytaxtı olub. Mənbə: aydindenge Xeberal.az

Dünya

Rusiyada həkimlər xəstənin qarnındakı şişdən iki vedrə maye çıxarıblar – FOTO

Rusiyanın Moskva şəhərində həkimlər nəhəng yumurtalıq şişi olan xəstənin həyatını xilas ediblər. Moskva Regional Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutundan (МОНИИАГ) verilən xəbərə görə, 61 yaşlı qadın qarnının aşağı hissəsində ağrı, böyümə və ürəkbulanma şikayətləri ilə Dmitrov xəstəxanasına müraciət edib. Müayinə zamanı qadının yumurtalığında şiş aşkar edilib, bundan sonra xəstə təcili olaraq Moskva Regional Elmi-Tədqiqat Mamalıq […]