Siyasət

Vuçiç: “Serbiya həmişə ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”

“Serbiya həmişə ölkələrin ərazi bütövlüyünü dəstəkləyir”. Bunu Serbiya Prezidenti Aleksandr Vuçiç BMT Baş Assambleyasının kuluarlarında jurnalistlərə Qarabağdakı vəziyyəti şərh edərkən deyib. “Serbiya, həmişə olduğu kimi, BMT-yə üzv ölkələrin ərazi bütövlüyünü dəstəkləyir. Ümid edirəm ki, bu prinsipə həmişə hörmətlə yanaşılacaq”, – o bəyan edib. Mənbə: TASS Xeberal.az

Müharibə

MN: “Xankəndinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” atəşinə tutulması yalandır”

Ermənistanın bəzi sosial media hesablarında guya Xankəndi şəhərinin Silahlı Qüvvələrimiz tərəfindən “Qrad” yaylım atəşli reaktiv sistemindən atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır. Bu barədə nazirliyin açıqlamasında deyilir. “Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, – açıqlamada bildirilir. Xeberal.az

Siyasət

Qarabağda antiterror tədbirləri: Rusiya Ermənistanı lağa qoyur, Ərdoğan dəstəyini göstərir – ŞƏRH

Azərbaycanın Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərində Ermənistan silahlı qüvvələrinin qalıqlarına qarşı həyata keçirdiyi antiterror tədbirlərinin regional və beynəlxalq əks-sədaları Bakının xeyrinədir. Öncəliklə diqqət etməliyik ki, Azərbaycanın Qarabağdakı antiterror addımlarına strateji müttəfiqi Türkiyədən dəstək ifadə olunub. Rusiyadan verilən bəyanatlar Ermənistanın məsxərəyə qoyulması və İrəvana ritorik, alçaldıcı mesajlar ünvanlamaq ruhundadır. Qarabağda Azərbaycanın hərbi uğurlarının davamının gəldiyi bir zamanda […]

Siyasət

XİN başçısı Avropa Şurasının Baş katibini antiterror tədbirlərinin məqsədi barədə məlumatlandırıb – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinnoviç Buriç ilə görüş keçirib. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Nazir Ceyhub Bayramov Azərbaycanla AŞ arasında əməkdaşlığın önəmini qeyd edib. Tərəflər hər iki tərəf üçün prioritet istiqamətlərdə müxtəlif proqramların həyata […]

Siyasət

Azərbaycanın haqq mübarizəsinə qarşı çıxanlara DTX-dən maarifləndirici addım

Sosial şəbəkələrdə heç bir əsas olmadan baş vermiş terror aktları nəticəsində həlak olmuş mülki şəxslərə və polis əməkdaşlarımıza hörmətsizlik ifadə edən, Azərbaycan xalqının haqq mübarizəsi və dövlət orqanları tərəfindən həyata keçirilən antiterror tədbirləri əleyhinə nalayiq ifadələr səsləndirən şəxslərin Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Baş İdarəsinə dəvət edilmələri barədə məlumatlar yayılıb. DTX-dən verilən məlumata görə, həmin […]

Siyasət

NAYORA Ermənistanın təxribatlarına qarşı cavab tədbirləri barədə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb

Gənclər Təşkilatları Milli Şurası (NAYORA) Azərbaycan Respublikasının Qarabağ bölgəsində qeyri-qanuni yerləşmiş erməni silahlı qüvvələrinin təxribatlarına qarşı cavab tədbirləri barədə beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb. Oxu.Az xəbər verir ki, müraciətdə beynəlxalq ictimaiyyətin diqqəti Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Qarabağda yerləşdirdiyi minalar nəticəsində bu gün 6 nəfər Azərbaycanlı mülki şəxsin və polis əməkdaşının həlak olmasının Azərbaycan gəncləri arasında […]

Siyasət

Metyu Brayza: “Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təxribatdır”

“Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağda olması ən böyük təxribatdır”. Bunu Trend-ə ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Azərbaycan ordusunun Qarabağda başlatdığı lokal antiterror tədbirlərini şərh edərkən deyib. “Diplomatik karyeramda öyrəndiyim mühüm dərslərdən biri odur ki, atışma, hərbi qarşıdurmalarla bağlı ilkin xəbərlər ortaya çıxanda çox vaxt onlarda çoxlu qeyri-dəqiqliklər olur. Ona görə də indi şərhlərlə diqqətli […]

Siyasət

BMT TŞ-nin Qarabağdakı vəziyyətlə bağlı iclasının vaxtı açıqlanıb

BMT Təhlükəsizlik Şurasının Qarabağdakı vəziyyətlə bağlı iclası sentyabrın 21-nə təyin edilib. Bu barədə TASS-a təşkilatdakı mənbə məlumat verib. “Görüş cümə axşamı baş tutmalıdır”, – adı çəkilməyən mənbə agentliyə deyib. Görüşün Nyu-York vaxtı ilə günün ikinci yarısında baş tutacağı gözlənilir. Agentlik xatırladıb ki, bu günlərdə BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi keçirilir. Bu səbəbdən də bir […]

Dünya

Ərdoğan: “Dünya beşdən böyükdür, daha ədalətli dünya mümkündür” – VİDEO

“Suriya və İraq kimi ölkələrdə təhlükə təkcə İŞİD deyil. Əsl təhlükə terror təşkilatları, hərbi qruplar, muzdlular və ən yüksək qiyməti təklif edən hər kəs üçün işləyən bəzi yerli elementlərdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının tribunasından çıxışı zamanı deyib. “Qarşımızda olan bu reallığa baxmayaraq, sırf öz siyasi və iqtisadi […]

Siyasət

Azərbaycan Prezidentinin Administrasiyasından Qarabağda yaşayan erməni sakinlərə ÇAĞIRIŞ

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası növbəti dəfə Qarabağda yaşayan erməni sakinlərinə çağırış edib. Oxu.Az xəbər verir ki, bu barədə administrasiyanın açıqlamasında bildirilib. “Azərbaycan Respublikası Prezidentinin Administrasiyası reinteqrasiya məsələlərini müzakirə etmək üçün bir daha Qarabağ bölgəsində yaşayan erməni sakinlərin nümayəndələrini Yevlaxa görüşə dəvət edir”, – qurumdan qeyd olunub. Xeberal.az