Dünya

XİN Blinkenin köməkçisinin ABŞ Senatında səsləndirdiyi iddialara cavab verib

“İlk növbədə, qeyd olunan dinləmələrin təşəbbüskarı və təşkilatçısının ölkəmizə qarşı ənənəvi düşmən mövqeyi ilə seçilən, ermənipərəst senator Robert Menendez olduğu məlumdur. Sözügedən senatora qarşı korrupsiya ittihamlarının mövcud olduğu və istintaq prosesinin aparıldığı bir dövrdə, bu şəxsin hələ də erməni diasporunun radikal nümayəndələrinin saxta iddialarını əsas götürməklə Azərbaycana qarşı fəaliyyətlə məşğul olması qeyd edilən şəxs üçün […]

Siyasət

Kamran Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb – FOTO

Baş prokuror Kamran Əliyev İqtisad Əməkdaşlıq Təşkilatının məsul şəxsləri ilə görüşüb. Baş Prokurorluqdan verilən xəbərə görə, Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə İƏT-in məsul şəxsləri ölkəmizə işgüzar səfərə gəliblər. Baş prokurorla nümayəndə heyətinin rəhbəri – baş katibin müavini, səfir Jandos Asanov arasında baş […]

Siyasət

İlham Əliyev İƏT baş prokurorlarının 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin baş prokurorlarının sentyabrın 15-də Bakıda keçirilən 4-cü iclasının iştirakçılarına müraciət ünvanlayıb. President.az-ın xəbərinə görə, müraciətdə deyilir: “Hörmətli tədbir iştirakçıları! Sizi İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin baş prokurorlarının Bakı şəhərində keçirilən 4-cü iclasında səmimiyyətlə salamlayıram. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan Respublikasının üzvü olduğu ilk təşkilatlardan biri də […]

Siyasət

Bakıda İƏT-in Baş prokurorlarının 4-cü iclası keçirilir

Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclası keçirilir. “Report” xəbər verir ki, iclasda İƏT Baş katibinin müavini, Türkiyə, Özbəkistan, İran, Qazaxıstan, Qırğız, Tacikistanın Baş prokurorları, Türkiyənin Ədliyyə nazirinin və Türkmənistan Baş prokurorunun müavininin rəhbərlik etdikləri nümayəndə heyətləri, Azərbaycanın İrandakı səfiri, İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi Əli Əlizadə iştirak edirlər. Baş prokuror […]

Cəmiyyət

Rasim Balayev Şeyx Əbdüllə küsülü olmasından danışdı: “İnciyibsə, getsin su içsin…”

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev Xalq artisti, kinorejissor Əbdül Mahmudbəyovun  (Şeyx Əbdül) Baku TV-də yayımlanan “Qapqara” verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib. R.Balayev Pravda.az-a açıqlamasında Ə.Mahmudbəyovun ondan inciməsi, küsülü olmaları barədə dediklərinə belə reaksiya verib: “İnciyib? Getsin su içsin…”  R.Balayev Ə.Mahmudbəyovun onun kinoya gəlişində xüsusi rol oynaması barədə dediklərinə isə – “heç […]

Cəmiyyət

“YAŞAT” Fondu şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb – VİDEO

“YAŞAT” Fondu yeni tədris ilinin başlanması ilə əlaqədar şəhidlərimizin məktəbli övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları çatdırıb. Oxu.Az xəbər verir ki, hədiyyə qutusuna çanta, termos, qələm qabı, dəftərlər, qələmlər, xəritələr, gündəlik, pərgar dəsti, qovluq, rəsmxət qovluğu, rəsm albomu, rəngli boya, rəngli kağız, ağardıcı, xətkeş, plastilin, plastilin qabı, stikerlər, kitab altlığı, kağız yapışdırıcı, flomaster, rəngli karandaş, qayçı […]

Kriminal

Biləsuvarda narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs edilib

Biləsuvar rayonu ərazisində hərəkətdə olan “Khazar LX” markalı avtomobilin sürücüsü manevretmə qaydasını pozduğu üçün Biləsuvar Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsi saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb. Bildirilib ki, həmin avtomobil saxlanıldıqdan sonra sükan arxasında olan Biləsuvar rayon sakini Nihad Nəzərlinin nəqliyyat vasitəsini […]

MARAQLI

Yalqızam, yalqız…

Lalə Mehralı Hamımızın asılı olduğumuz virtual həyat sizcə də yalnızlığımızın əsasını qoymayıb? Həyatımızı virtual müstəvidə yaşamağa başlayandan sosial yalnızlığımız da artıb. Virtual dünyanın ünsiyyət qatilinə çevrilməsi bizim sosial çevrəmiz üçün də təhlükədir. Ətrafımızda canlı söhbət edə bildiyimiz, dərdləşəcəyimiz, sevincimizi bölüşəcəyimiz adam qalmadığının fərqindəsinizmi? Bütün dostlarımız virtual platformadadır, tanışlarımızla orada söhbətləşirik, səs atırıq, səs alırıq, görüntülü […]

İqtisadiyyat

Bu il neçə yaşayış məntəqəsi qazlaşdırılıb?

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 100 yaşayış məntəqəsi və yeni yaşayış massivində daşıyıcı və paylayıcı qaz təsərrüfatı infrastrukturunun qurulması işləri tamamlanıb. APA xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq qapı” aksiyası çərçivəsində bildirib. Onun sözlərinə görə, bu il üçün 150 kənd və yeni yaşayış […]

Cəmiyyət

“İlk yarımildə açıq məkanda ölkə üzrə minlərlə reklamın yayımı dayandırılıb” – AÇIQLAMA + FOTO

“Azərbaycanda 2023-cü ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3 914 reklamın yayımı dayandırılıb”. Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq, Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib. Agentliyinin mətbuat katibi Hüseyn Azərinin sözlərinə görə, sökülən reklamların 472-si dövlət dili normalarının pozulması ilə bağlı olub: “Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı şəhərində rast gəlinib. […]