Cəmiyyət

Hande Harmancı: “Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır”

“Qida məhsullarının təhlükəsizliyi ilə bağlı məsələdə güzəşt olmamalıdır. Qida təhlükəsiz və keyfiyyətli olmalıdır. Çünki təhlükəli qida milyonlarla insanın sağlamlığına təsir edir”. “Report” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. ÜST rəsmisi […]

Cəmiyyət

Azərbaycan Ordusunun qəzada həlak olan hərbçilərinə şəhid statusu veriləcək?

“Sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçularına şəhid statusu veriləcək”. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bildirib. O qeyd edib ki, qəza nəticəsində həyatlarını itirən Azərbaycan Ordusunun […]

İqtisadiyyat

AQTA sədri: “Hazırda qida məhsullarının təhlükəsizliyi üzrə yeni normalar hazırlanır”

“Hazırda qida və yem məhsullarının təhlükəsizliyi sahəsində qanunvericiliyin Kodeks Alementarius komissiyası və digər təşkilatlar tərəfindən qəbul olunan beynəlxalq standartlara, norma və qaydalara uyğunlaşdırılması, eləcə də yeni normaların hazırlanması işləri davam edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və kodeksin fəaliyyətində iştirakın […]

İqtisadiyyat

Azərbaycanda benzin və dizelin istehsalı 20%-dən çox artıb – CƏDVƏL

Azərbaycanda bu ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 974,1 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13% artıb. Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 70,9%, neft koksunun istehsalı 37,8%, qazoylların (dizel yanacağının) istehsalı 22,4%, avtomobil benzininin istehsalı 21,3% artıb, neft bitumu […]

Cəmiyyət

Yeddi yaşlı Yağmurun dəstəyə ehtiyacı var: Müalicələr üçün 1 000 manat lazımdır – FOTO

2016-cı il təvəllüdlü Yağmur Şəhriyar qızı Abdullalı aprel ayının 23-də ağır yanıq xəsarətləri alıb. Bu barədə Oxu.Az-a onun anası Şəfa Abdullayeva məlumat verib. O qeyd edib ki, hadisə ehtiyatsızlıqdan baş verib. Ananın sözlərinə görə, yeddi yaşlı qızı məktəbdən gəldikdən sonra qaz sobasını yandırmaq, isinmək üçün çaydanı onun üzərinə qoymaq istəyib: “Qazı yandırmaq istəyərkən külək əsirmiş. […]

Dünya

Eritreyada güclü zəlzələ baş verib

Eritreyanın mərkəzi hissəsində 5,0 bal gücündə zəlzələ baş verib. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Onun sözlərinə görə, yeraltı təkanların episentri təxminən 563 min nəfər əhalisi olan paytaxt Əsməradan 59 km şərqdə yerləşib. Zəlzələnin ocağı 12 km dərinlikdə olub. Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb. Mənbə: TASS Xeberal.az

Cəmiyyət

Ölkədə yağıntılı hava şəraiti davam edib – FAKTİKİ HAVA

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 14-ü saat 9-a olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Xidmətdən bildirilib ki, bəzi yerlərdə yağıntılar intensiv olub. Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, […]

Cəmiyyət

Azərbaycan Ordusunun qəzada həlak olan hərbçisi Elgün Həsənovla vida mərasimi keçirilir – FOTO

Çətin relyefli dağlıq ərazidə avtoqəzada həlak olan hərbçi Elgün Elşad oğlu Həsənovun nəşi Bakının Binə qəsəbəsinə gətirilib. Oxu.Az xəbər verir ki, hazırda onunla vida mərasimi keçirilir. Xatırladaq ki, sentyabrın 13-ü çətin relyefli dağlıq ərazidə hərbi nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Taleh Saleh oğlu Əliyev, Elgün Elşad oğlu Həsənov və Nihad Kamrəddin oğlu Namazov həlak olublar. […]

Siyasət

Prezident İlham Əliyev Tacikistanda səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun dəvəti ilə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirak etmək üçün sentyabrın 14-də Tacikistana səfər edib. AZƏRTAC xəbər verir ki, Düşənbə Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Azərbaycan Prezidenti İlham Əliyevi Tacikistanın Baş naziri Koxir Rasulzada və digər […]

Dünya

Moldovanın ilk prezidenti vəfat edib

Moldovanın ilk prezidenti Mirça Snequr 82 yaşında vəfat edib. Bu barədə Moldova baş nazirinin sabiq müavini Konstantin Tampiza məlumat verib. Mirça Snequr Kişineu mərkəzi qəbiristanlığında, həyat yoldaşının yanında dəfn olunacaq. Xatırladaq ki, Mirça Snequr 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldovanın prezidenti olub. Mənbə: İnterfax Xeberal.az