Cəmiyyət

Məcnun Məmmədov: “Təhlükəli qida istehsal edən sahibkar son nəticədə hər birimizə zərər vurur”

“Hər bir taxıl dənəsinin, hər kiloqram çörəyin və ərzağın qiymətli olduğunu, zəhmətlər və kapital qoyuluşu hesabına başa gəldiyini nəzərə alaraq, təhlükəli qida istehsal edən sahibkarın son nəticədə hər birimizə zərər vurduğunu görərik”. “Report”un məlumatına görə, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “Avropa və Mərkəzi Asiyada qida standartlarının təkmilləşdirilməsi və Kodeks Alimentarius Komissiyasının fəaliyyətində iştirakın genişləndirilməsi” […]

Cəmiyyət

Sabah Bakının bir rayonunda uşaqlar məktəbə palçıqlı yolla gedəcəklər – VİDEO

Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində acınacaqlı vəziyyət hökm sürür. Bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub. Qəsəbənin Səbail bağ evləri adlanan ərazisindəki yollar sakinləri təngə gətirib. Belə ki, acınacaqlı və bərbad vəziyyətdə olan yollardan nə piyadalar, nə də nəqliyyat vasitələri istifadə edə bilirlər. Yağışlı havada palçıq gölünə çevrilən bu yolla sabah uşaqlar məktəbə gedəcəklər. […]

Dünya

İran XİN başçısı Ermənistan-ABŞ birgə hərbi təlimini tənqid edib – FOTO

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub. “Azad İran” “Telegram” kanalı məlumat verir ki, telefon danışığı zamanı İran XİN rəhbəri Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi dəyərləndirib. İranlı nazir, habelə Araz çayının çirklənməsinin qarşısının alınmasına dair […]

Siyasət

Rəsmi Bakı: “Ermənistan hər an təxribat törədə bilər”

“Ötən ilin sentyabr ayında, eləcə də 2021-ci ilin may və noyabr aylarında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı törədilmiş növbəti təxribatlara cavab olaraq ölkəmizin gördüyü tədbirlərin nəticələrini Ermənistan ərazilərinin işğalı kimi təqdim edilməsi Ermənistan tərəfinin siyasi avantürasının tərkib hissəsidir”. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı […]

Siyasət

İcma: Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir

“Ermənistanın baş naziri Nikol Paşinyanın “Politico Europe” nəşrinə müsahibəsi və son günlər verdiyi digər açıqlamalar bir daha onun gündə bir neçə dəfə bir-birini inkar edən fikirlər səsləndirdiyini, ardıcıl siyasət yeritmədiyini, Azərbaycana qarşı ərazi iddiasından əl çəkmədiyini, bunu indi başqa ad altında gizlətməyə çalışdığını, bölgədə vəziyyəti qəsdən kəskinləşdirməkdə maraqlı olmasını nümayiş etdirir”. Bu fikirlər Qərbi Azərbaycan […]

Cəmiyyət

AZAL-a yeni idarə rəisi təyin olunub

“Azərbaycan Hava Yolları” QSC-də (AZAL) yeni təyinat olub. Aysel Süleymanova AZAL-ın İctimaiyyətlə Əlaqələr və Kommunikasiya İdarəsinin rəisi təyin olunub. Qeyd edək ki, A.Süleymanova bundan əvvəl beynəlxalq “PwC Azerbaijan” şirkətində Marketinq, Kommunikasiyalar və Biznesin İnkişafı üzrə rəhbər vəzifəsində çalışıb. Həmçinin “AmCham Azerbaijan”ın Marketinq, Kommunikasiya və Biznesin İnkişafı İşçi Qrupunun rəhbəridir. Xeberal.az

Cəmiyyət

Əri tərəfindən döyülən qadınla bağlı araşdırma başladılıb – VİDEO

Bakıda qadın əri tərəfindən şiddətə məruz qalıb. Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb. Qadın “TikTok” platformasında video çəkərək əri tərəfindən işgəncələrə məruz qaldığını dilə gətirib. Həyat yoldaşının narkotik istifadəçi olduğunu iddia edib. DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məsələ ilə bağlı araşdırma aparılır: […]

İdman

Döyüş Federasiyasının rəhbəri: “Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”

“Təşkilatımız səkkiz ildə 50-yə yaxın turnir təşkil edib. Bakıdakı döyüş gecəsi Yaponiya xaricindəki ilk turnirdir”. Oxu.Az xəbər verir ki, bu sözləri “Rizin” Döyüş Federasiyasının rəhbəri Nobuyuki Sakakibara noyabrın 4-də Bakıda keçiriləcək “Landmark 7” turnirinə həsr edilmiş mətbuat konfransında deyib. Funksioner bildirib ki, Bakıdakı yarış əvvəlkilərdən heç nə ilə geridə qalmayacaq: “Azərbaycanda daha həyəcanlı yarış olacaq. […]

İqtisadiyyat

Bir sıra məhsulların Azərbaycandan Avropa İttifaqına ixracına icazələr əldə edilib – FOTO

“Avropa İttifaqına yun, dəri və akvakulturada yetişdirilən kürü məhsullarının ixracına icazələr əldə edilib”. “Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “Avropa və Mərkəzi Asiyada Qida Standartlarının Təkmilləşdirilməsi və Kodeksin fəaliyyətində iştirakın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, agentlik tərəfindən aparılan işlər qida təhlükəsizliyinin təmin olunması […]

İqtisadiyyat

Azərbaycanda operator bank modelinin tətbiqinə start verilib

Azərbaycan Mərkəzi Bankı (AMB) nağd pulla bağlı əməliyyatların optimallaşdırılması, effektivliyin və səmərəliliyin yüksəldilməsi məqsədilə bir sıra biznes proseslərin kommersiya banklarına ötürülməsi proseslərinə başlayıb. Bu barədə AMB məlumat yayıb. Bununla əlaqədar Mərkəzi Bank tərəfindən operator bank modelinin tətbiqinə start verilib və kommersiya bankları arasından seçilmiş operator banklara qarşı tələblər müəyyən edilib Bu istiqamətdə Mərkəzi Bankın İdarə […]