Türkdilli Dövlətlərin Parlament Assambleyasının (TÜRKPA) Katibliyi 9 sentyabr 2023-cü il tarixində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin təşkil etdiyi qondarma “prezident seçkiləri”ni qətiyyətlə pisləyir. Bu barədə TÜRKPA məlumat yayıb. Bəyanata görə, bu təxribat xarakterli addım beynəlxalq hüququn norma və prinsiplərinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasının və qanunvericiliyinin kobud şəkildə pozulması ilə yanaşı, regionda sülh […]
Day: Sentyabr 30, 2023
Hindistan və Avropa arasında nəqliyyat dəhlizi yaradılacaq
Hindistanı Yaxın Şərq və Avropa ölkələri ilə birləşdirən nəqliyyat və iqtisadi dəhliz yaradılacaq. Bu barədə Səudiyyə Ərəbistanının Baş naziri, vəliəhd şahzadə Məhəmməd bin Salman Yeni Dehlidə keçirilən G20 sammitində çıxışı zamanı bildirib. O qeyd edib ki, bununla bağlı artıq anlaşma memorandumu imzalanıb. Məhəmməd bin Salman onu da vurğulayıb ki, bu layihə Yaxın Şərq ölkələri arasında […]
Kəskin yağışlar Qusarda fəsadlar törətdi: Yollar su altında qaldı – VİDEO
Qusara yağan güclü yağış bəzi fəsadlara yol açıb. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video paylaşılıb. Görüntülərdən aydın olur ki, güclü sel nəticəsində rayonun yaşayış məntəqəsini su basıb. Avtomobil və piyada yolları su altında qalıb, hərəkət məhdudlaşıb. Daha ətraflı videoda: Xeberal.az
Azərbaycanın növbəti qələbəsi: Sabahdan Ağdam-Xankəndi yolu işə düşür
Azərbaycanın Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolundan istifadə olunmaqla yardım göstərmək təklifi artıq reallığa çevrildi. “Report” xəbər verir ki, sabahdan etibarən bu yolla ermənilərə ərzaq yükü çatdırılacaq. Bu, Bakının növbəti qələbəsidir, çünki Qarabağa qida və digər zəruri mallar məhz bölgənin tamhüquqlu və suveren sahibi – Azərbaycanın ərazisindən keçməklə göndəriləcək. Azərbaycan Qarabağda […]
Hikmət Hacıyev Paşinyanın yalanını ifşa etdi – Xəbərlərin 23:00 buraxılışı
Baku TV-nin efirində xəbər vaxtıdır. Rəsmi Bakı daha bir strateji məqsədinə nail oldu. Ağdam-Xankəndi yolu açılır. “Azərbaycan Ermənistan tərəfindən təcili danışıqların aparılması barədə təklif almayıb”. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın baş naziri Nikol Paşinyanın yalanını ifşa etdi. Separatçılar Xocavənd istiqamətində səngər qazırlar. Müdafiə nazirliyi düşmən təxribatı ilə bağlı məlumat yaydı. Daha ətraflı BAKU NEWS-un […]
“Zirə” Çempionlar Liqasında üçüncü yeri tutdu
Minifutbol üzrə “Zirə” komandası Rumıniyanın Oradea şəhərində keçirilən Çempionlar Liqasında üçüncü yeri tutub. “Report”un məlumatına görə, Azərbaycan təmsilçisi bürünc medal uğrunda görüşdən qalib ayrılıb. “Zirə” yerli AEK klubunu üstələyib. Komandamız turnirin ötənilki qalibi AEK-i 5:1 hesabı ilə məğlub edib. Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər komandası “Birbaşa Bakı” 1/4 finalda məhz AEK-ə uduzaraq, mübarizəni […]
G20 ölkələri Ümumdünya Ticarət Təşkilatında islahatların aparılmasına çağırış ediblər
“Böyük iyirmilik” (G20) ölkələri hesab edirlər ki, Ümumdünya Ticarət Təşkilatında (ÜTT) islahatlar aparılmalıdır”. Bu barədə Hindistanda keçirilən sammitin bəyannaməsində deyilir. “G20 ölkələri, həmçinin, bazar iştirakçıları üçün əlverişli ticarət və investisiya mühiti yaratmaq məqsədilə proteksionizm və anti-bazar təcrübələrinə qarşı mübarizə aparmaqla, bərabər rəqabət mühiti və ədalətli rəqabətin təmin edilməsini zəruri hesab edirlər” – deyə sammitin bəyannaməsində qeyd olunur. […]
Qərbi Azərbaycan Xronikası: Arçut kəndi hansı bitki adı əsasında yaranıb? – FOTO/VİDEO
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Pəmbək mahalının, Böyük Qarakilsə (keçmiş Kirovakan) rayonunun Arçut kəndi haqqında xüsusi buraxılış hazırlanıb. Verilişdə Arçut kəndinin tarixi, etnoqrafiyası, mədəniyyəti, aqrar sahəsi, xalçaçılığı, mətbəxi, iqlimi, bayram ənənələri və digər sahələrindən geniş söhbət açılıb. Bildirilib ki, Bozabdal dağının ətəyində, Pəmbək çayının yaxınlığında yerləşən kənd Qafqazın 5 […]
AVRO-2024: Millimizin rəqiblərinin oyununda darmadağın, İngiltərə Ukrayna ilə bacarmadı – VİDEO
AVRO-2024-ün seçmə mərhələsində V tur davam edir. Oxu.Az xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda Estoniya İsveçi qəbul edib. Görüş qonaq komandanın böyük hesablı qələbəsi ilə başa çatıb – 0:5. Qolları Viktor Dyokereş, Deyan Kulusevski, Aleksander İsak, Robin Kuaison və Viktor Klaesson vurublar. Qrupda Belçika və Avstriya 10 xalla müvafiq olaraq birinci, ikinci […]
Moskvada Azərbaycan neftçilərinə həsr edilmiş “Neft Buruğu” art-obyektinin açılışı olub – FOTO
Rusiyanın paytaxtı Moskvada Azərbaycan Neftçiləri Gününə həsr edilən “Neft Buruğu” art-obyektinin açılışı olub. “Report”un Rusiya bürosu xəbər verir ki, “SOCAR-RUS” tərəfindən Xalq Təsərrüfatı Nailiyyətləri Sərgi Mərkəzindəki “Azərbaycan” pavilyonunda qoyulan art-obyektin açılışı Moskva gününə həsr olunan tədbir çərçivəsində baş tutub. Pavilyonun direktoru Səadət Kadırova “Neft Buruğu” art-obyektinin pavilyonun qonaqlarının heyranlığına səbəb olduğunu deyib. “Azərbaycanın əsas sərvətlərindən […]