Dünya

Yaponiyada məktəbə şagirdlərin əvəzinə robotlar göndərilə bilər

Yaponiyanın Kumamoto şəhərinin hakimiyyət orqanları məktəblərdə davamiyyətsizlik və zorakılığa qarşı mübarizə çərçivəsində şagirdlərin əvəzinə siniflərə robotların göndərilməsini təklif edib. Noyabr ayından etibarən hündürlüyü bir metrdən çox olmayan özüyeriyən robotların təhsil müəssisələrinə göndərilməsi təklif olunub. Məlumata görə, robot müstəqil şəkildə sinifdən-sinifə keçəcək və şagird özü onu uzaqdan idarə edəcək. Bildirilir ki, şagirdlərin idarə etdiyi robotlardan istifadə […]

Dünya

Bihter və Behlül illər sonra eyni masada – FOTO/VİDEO

“Qalatasaray” futbol klubunun və türk futbolunun əfsanəvi siması Fatih Terimin 70 yaşı tamam olub. Təcrübəli məşqçinin doğum günü məclisi bir növ ulduzlar keçidinə çevrilib. Boğazda təşkil edilən ziyafətə Hagi, Ümit Davala, Necati Ateş və Hasan Şaş kimi futbolçular və sənət dünyasından məşhur adlar da qatılıblar. Terim məclisin keçirildiyi məkana qayıqla və Çempionlar Liqası musiqisinin müşayiəti […]

MARAQLI

Öz saatlarını gözləyirdilər: Fəlakət yüzlərlə üçgözlü dinozavr-krevetini oyandırdı – FOTO

Nevadada (ABŞ) “Burning Man” festivalında yaşananlar təəccübləndirməyə davam edir. Belə ki, güclü yağışlar 70 min festival iştirakçısı üçün tələyə çevrilsə də, oyanmağı gözləyən dinozavr-krevetləri üçün təmiz hava olub – onları çoxillik yuxudan oyadıb. Tədqiqatçılar qeyd edirlər ki, bu kiçik canlılar illərlə qalın qabıqda qış yuxusunda olub. Ancaq  leysan Nevadanın adi quru səhra ərazisini onlara yumurtadan çıxma […]

MARAQLI

Suiti özünü katerə atdı və sanki dil açıb insanlardan kömək istədi – VİDEO

Qatil balinalardan qaçan suiti katerə tullanaraq xilas ola bilib. Sosial şəbəkələrdə bununla bağlı kadrlar yayılıb. Görüntülər Kamçatkadandır (Rusiya). Videoda qatil balinaların suiti ətrafında ölüm rəqsi oynaması görünür. Bu zaman baş verənləri katerdən izləyənlərin suitiyə dəstək olmaları görünür. Heyvan da bunu anlayırmış kimi özünü katerə atır. Gəmidəkilər dərhal onu balinalardan uzaqlaşdırırlar. Mənbə: News.ru Xeberal.az

Dünya

İsrailin yeni sosial media kampaniyası İran xalqını dəstəkləyəcək – FOTO

Cari sentyabr ayında İsrailin önəmli təşkilatları və xadimlərinin iştirak edəcəyi #IsraelisLoveIranians (İsraillilər iranlıları sevir) sosial media kampaniyası keçiriləcək. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib. Məlumata görə, bu kampaniya İran xalqını ölkənin molla rejiminə qarşı azadlıq mübarizəsində dəstəkləmək niyyəti ilə başlayır. “İranlılar bizim düşmənimiz deyil, hər yerdə zorakılıq və terror yayan öz hökumətlərinə qarşı […]

Dünya

İstanbulda kafedə iki gəncin söhbəti əlbəyaxa dava ilə bitdi – VİDEO

İstanbulun Nişantaşı bölgəsində iki gənc öz aralarında olan mübahisəni həll etmək məqsədi ilə kafedə görüşüb söhbətləşmək qərarına gəlib. Lakin müzakirə üzün çəkməyib və məsələ əlbəyaxa dava ilə nəticələnib. Hadisə vaxtı kafedə qadınlar, yaşlı insanlar da olublar. Hadisə anbaan iaşə obyektinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Polis dava edən gəncləri saxlayıb. İnsidentin təfərrüatı araşdırılır. Mənbə: İHA […]

Mədəniyyət

“Game of Thrones” serialının ulduzu boşanır – FOTO

Müğənni Co Conas və “Game of Thrones” (“Taxt oyunları”) filminin ulduzu Sofi Törner ayrılırlar. Müğənni çərşənbə axşamı Floridada, Mayami-Deyd dairəsində boşanmaq üçün məhkəməyə müraciət edib. Onların nikahının bərpasının mümkün olmadığı deyilir. Cütlüyün 2020 və 2022-ci il təvəllüdlü iki qızı var. Conas onlara müştərək himayə üçün çalışır. Xatırladaq ki, onların arasında nikah müqaviləsi var. Mənbə: mk.ru Xeberal.az

Dünya

Təbrizdə konkisürən gənclərin təhlükəli fəndləri – VİDEO

Təbrizdə magistral yolda konkisürən gənclər təhlükəli fəndlər ediblər. Görüntüləri “Azad İran” “Telegram” kanalı yayıb. Gənclər hərəkətdə olan avtomobildən tutaraq həyatlarını təhlükəyə atıblar. Qeyd edək ki, konki sürmək üçün əlverişsiz olan bu hərəkət qəza zamanı onların xəsarət almasına səbəb ola, eləcə də digər avtomobillər üçün problem yarada bilər.   Xeberal.az

Dünya

Tbilisiyə dəyən ziyanı bir həftəyə hesabladılar: İki milyon dollar – VİDEO

Avqustun 29-da Tbilisiyə yağan leysan infrastruktura beş milyon lari (iki milyon dollara qədər) məbləğində ziyan vurub. Bu barədə Tbilisinin vitse-meri İrakli Xmaladze şəhər hökumətinin iclasından sonra jurnalistlərə bildirib. “Fəlakətin vurduğu ziyan təqribən beş milyon lari təşkil edir ki, bələdiyyə bu məbləği vətəndaşlarımıza kömək etmək və onların yanında olmaq üçün şəhərin 10 rayonunun hər birinə bölüşdürəcək. […]

MARAQLI

Çində təəccübləndirən tapıntı: Cins şalvarlı 3200 yaşlı mumiya – FOTO

Çin arxeoloqları Çinin şimal-qərbindəki Tarim çayı hövzəsində yerləşən Yanxay qəbiristanlığında təxminən 500 nəfərin mumiyalanmış qalıqlarını aşkar ediblər. Tədqiqatçıların fikrincə, onların təxminən 3 min il yaşı var. Mumiyalar içində biri xüsusilə fərqlənib. Belə ki, o yaxşı vəziyyətdə qalması ilə yanaşı geyimi ilə təəccübləndirib. Ona məzarlığın yaxınlığındakı qəsəbənin adına uyğun “Turfanlı adam” adı verilib. Onun əynində panço, […]