Dünya

İranda neft kondensatı emalı zavodunda yanğın baş verib – VİDEO

Bu gün səhər saatlarında İranın Mərkəzi əyalətinin Aştiyan sənaye şəhərciyində yerləşən neft emalı zavodunda güclü yanğın baş verib. Bu barədə “Azad İran” “Telegram” kanalında xəbər verilib. Məlumata görə, hadisə sözügedən sənaye şəhərciyində yerləşən neft və karbohidrogen kondensatı emalı qurğusunun iki yüngül çəninin yanması nəticəsində meydana gəlib. Qeyd edək ki, 12 yanğınsöndürmə qrupunun beş saatlıq səylərindən […]

İdman

Azərbaycan millisi tarixində 5-ci dəfə Belçika ilə qarşılaşacaq

Azərbaycan millisi sentyabrın 9-da AVRO-2024-ün seçmə mərhələsində Belçika yığmasını qəbul edəcək. Oxu.Az-ın məlumatına görə, bu, komandaların tarixi ərzində 5-ci dueli olacaq. Millimiz AVRO-2008 və AVRO-2012-nin seçmə mərhələlərində “qırmızı şeytanlar”la eyni qrupda yer alıb. Hər iki tsiklin Belçikada baş tutan qarşılaşmasında meydan sahibləri 3 top fərqi ilə qalib gəliblər. Tərəflərin Bakıda ilk dueli 2007-ci il noyabrın […]

Siyasət

Prezidentin köməkçisi: “Azərbaycan İsrail və Türkiyə ilə üçtərəfli əməkdaşlıq formatını təklif edir”

“Azərbaycan İsrail və Türkiyə ilə yeni üçtərəfli əməkdaşlıq formatını təklif edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “i24NEWS” telekanalına müsahibəsində deyib. “Dostlarımızın bir-biri ilə dost olması Azərbaycan diplomatiyası üçün çox vacibdir. Buna görə də Azərbaycan Türkiyə ilə İsrail arasında dostluq və […]

İdman

AFFA baş məşqçini cəzalandırdı

AFFA İntizam Komitəsi “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevi cəzalandırıb. “Report” xəbər verir ki, komitə Azərbaycan Premyer Liqasının V turunda “Zirə” ilə keçirilən oyunda mütəxəssisin qırmızı vərəqə almasına hüquqi qiymət verib. 43 yaşlı məşqçi bir oyunluq cəzaya məruz qalıb. Klub isə buna görə 800 manat cərimələnib. “Qəbələ”nin 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmada bölgə təmsilçisinin 6, […]

Siyasət

İcma: “Rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyəti yoxdur”

“Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur”. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı məlumatda qeyd olunub. “Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ermənistanın mövqeyi, əslində, aşağıdakı kimidir: Ermənistan Azərbaycanın suverenliyini və […]

Cəmiyyət

Məsim Məmmədov: “Kəlbəcərin ətrafında sənaye zonası yaradılacaq”

Kəlbəcər şəhərinin ətrafında sənaye zonasının yaradılması nəzərdə tutulur. “Report” xəbər verir, bunu Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov Kəlbəcərdə keçirilən Əlaqələndirmə Qərargahının Şəhərsalma məsələləri üzrə İşçi Qrupunun iclasından sonra jurnalistlərə bildirib. O qeyd edib ki, sənaye zonasında müxtəlif tipli müəssisələrin tikintisi nəzərdə tutulur: “Bundan əlavə, bir neçə müəssisədə sənaye zonaları üçün yerlər […]

Siyasət

“Azərsilah” Müdafiə Sənayesi Holdinqi” yaradılır – FƏRMAN

Prezident İlham Əliyev “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Fərman imzalayıb. President.az-ın xəbərinə görə, fərmanla ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına […]

Dünya

Hikmət Hacıyev: “Azərbaycanla İsrail arasında möhkəm dostluq əlaqələri var”

“Azərbaycan və İsraili möhkəm dostluq əlaqələri, strateji tərəfdaşlıq birləşdirir. Hazırda iki ölkə arasında əməkdaşlıq dinamik inkişaf edir”. “Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İsrailin beynəlxalq “I24NEWS” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı yeni səviyyəyə qaldırıb: “Əməkdaşlığın inkişafı üçün ikitərəfli əlaqələr, yüksək […]

Siyasət

Dövlət Komitəsi İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət etdi

Diasporla İş üzrə Dövlət Komitəsi İstanbulda yaşayan Azərbaycan vətəndaşlarına müraciət edib. Oxu.Az xəbər verir ki, bu barədə qurumdan bildirilib. Qeyd olunub ki, sentyabrın 23-dən oktyabrın 3-dək Azərbaycanın İstanbul şəhərindəki Baş Konsulluğunun binasında İstanbul şəhərində qeyri-qanuni yaşayan vətəndaşların qəbulu keçiriləcək. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum haqqında şəhadətnamə, nikah haqqında şəhadətnamə və s.) […]

Dünya

BMT Qabonla əməkdaşlığın bərpa şərtini açıqladı

BMT konstitusiya idarəçiliyinə qayıdış üçün yol xəritəsinin qəbulundan və yeni hökumətin yaradılmasından sonra Qabonla əməkdaşlıq məsələsinə qayıtmağa hazırdır. Bu barədə BMT-nın Baş Katibinin Mərkəzi Afrika üzrə xüsusi nümayəndəsi, BMT-nin region ölkələri üzrə nümayəndəliyin rəhbəri Abdu Abarri Librevildə keçid dövrü üzrə prezident, briqada generalı Bris Oliqi Ngema ilə görüşdən sonra məlumat verib. Abu Abbari BMT-nin digər […]