Dünya

Avropa İttifaqının vəzifəli şəxsinin İranda həbsdə olduğu üzə çıxdı – FOTO

Avropa Birliyində işləyən İsveç vətəndaşı 500 gündən çoxdur ki, İranda həbsdə saxlanılır. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib. “The New York Times” qəzetinin xəbərinə görə, onun həbsi bir ildən artıqdır ki, İsveç və Avropa Birliyi səlahiyyətliləri tərəfindən gizli saxlanılır. “Tehran fürsətçi şəkildə ikili vətəndaşlığı olan iranlıları və əcnəbiləri qondarma ittihamlarla həbsə atır. Məqsəd isə […]

Dünya

İstanbulda yenidən meşə yanğını başladı – VİDEO

İstanbulun (Türkiyə) Muğla rayonunun Zümrütevlər məhəlləsindəki meşəlik ərazidə naməlum səbəbdən yanğın başlayıb. Hadisə ilə bağlı əraziyə yanğınsöndürən və polis əməkdaşları cəlb olunublar. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir. Xatırladaq ki, avqustun sonunda da Muğlada meşə yanğını baş vermişdi. Mənbə: TRT Haber Xeberal.az

Dünya

Niger hava məkanı kommersiya və mülki uçuşlar üçün açıldı

Nigerdə hərbi qüvvələrin hakimiyyəti ələ keçirilməsi səbəbindən ​avqustun 6-dan kommersiya və mülki uçuşlar üçün qapalı olan hava məkanı yenidən açılıb. Bu barədə Niger Nəqliyyat Nazirliyindən açıqlama verilib. Açıqlamada Niger hava sahəsinin bütün beynəlxalq və daxili uçuşlara açıq olduğu bildirilib. Həmçinin, hərbi və şəxsi səbəblərlə həyata keçiriləcək uçuşlara icazə verildiyi xatırladılıb. Mənbə: Haber Global Xeberal.az

İdman

“Sabah”ın baş məşqçisi: “Azərbaycan adı üçün mübarizə aparacağıq”

“Söz verirəm ki, Azərbaycan adı üçün mübarizə aparacağıq və yaxşı nəticə üçün əlimizdən gələni edəcəyik”. “Report” xəbər verir ki, bunu “Sabah” basketbol komandasının baş məşqçisi Boban Mitev jurnalistlərə açıqlamasında FİBA Avropa Kubokundakı şansları barədə danışarkən deyib. Şimali Makedoniyadan olan 51 yaşlı mütəxəssis yer aldıqları A qrupundakı komandalar haqqında danışıb: “Rabotniçki” mənim ölkəmin təmsilçisidir. Komandanı yaxşı tanıyıram. […]

Dünya

Ukrayna Silahlı Qüvvələrinin azərbaycanlı hərbçisi itkin düşüb – YENİLƏNİB + FOTO/VİDEO

“26 yaşlı Tərlan Osmanov iyunun 25-də Liman şəhəri ətrafında gedən döyüşlər zamanı aldığı güllə yarasından yıxılıb və onun sağ olub-olmaması haqqında indiyə qədər məlumat yoxdur. Pulemyotçu olan Tərlan həmin döyüşdə son ana qədər mövqeyini tərk etməyib”. Bunu Baku TV-nin Ukraynada olan əməkdaşı Mübariz Aslanov deyib. O, Ukraynadan son məlumatları da çatdırıb. Bildirib ki, ötən gecə […]

İdman

“Sabah”ın idman direktoru: “Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”

“Avrokubokda ilk məqsədimiz birinci mərhələni keçməkdir”. “Report” xəbər verir ki, bunu “Sabah” basketbol klubunun idman direktoru Elşən Yusubov jurnalistlərə açıqlamasında deyib. Funksioner ötən mövsüm olduğu kimi, növbəti ildə də Azərbaycan çempionu adını qazanmaq istədiklərini bildirib: “Sabah” ilk dəfə FİBA Avropa Kubokunda mübarizə aparacaq. Bu, bizim üçün də yeni addımdır. Hər legioner ilə birillik müqavilə bağlanılır. Gələcəkdə […]

Dünya

İranda iki jurnalistə həbs cəzası verildi – FOTO

Tehran İnqilab Məhkəməsi “Həmmihən” qəzetinin müxbiri Elnaz Məhəmmədi və onun “Həft Sobh” qəzetindən olan həmkarı Negin Baqiriyə üç ilədək şərti həbs cəzası hökmünü verib. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, onlara qarşı “toplaşma və əlbir olma” ittihamı irəli sürülüb. Məhkəmə qərarına əsasən, hər iki jurnalist ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat) Nazirliyinin nəzarəti […]

Siyasət

Rusiyalı ekspert: “İran-Azərbaycan-Türkiyə formatı regionda kommunikasiyaların bərpasına imkan verəcək”

“İran-Azərbaycan-Türkiyə formatının yenidən işə salınması Zəngəzur dəhlizinin açılması və Şimal-Cənub dəhlizinin inkişafı da daxil olmaqla, regionda nəqliyyat kommunikasiyalarının və bir çox layihələrin bərpasına imkan verəcək”. “Report” xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının üzvü, Yaxın Şərq münaqişələri sahəsində müstəqil ekspert Kirill Semyonov deyib. Onun sözlərinə görə, bu format bir çox regional problemləri həll etməklə […]

Müharibə

Ötən həftə azad edilmiş ərazilərdə daha 94 mina aşkarlanıb

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən həftə ərzində (28 avqust – 3 sentyabr) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb. ANAMA-nın mətbuat xidmətindən verilən məlumata görə, ötən ay ərzində Tərtər, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb. Əməliyyatlar zamanı 68 ədəd piyada və 26 ədəd […]

Siyasət

Azərbaycan və Macarıstan XİN başçıları arasında görüş keçirilib – FOTO

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi “X” sosial şəbəkə hesabında paylaşım edilib. Qeyd edək ki, C.Bayramov Macarıstanda rəsmi səfərdədir. Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının keçirilməsi də nəzərdə tutulur. Happening now: Péter Szijjártó, Minister of Foreign Affairs and Trade […]