Dünya

Putin “Taxıl sazişi”nə qayıtmaq üçün şərti açıqladı

“Rusiya Ukrayna taxılını bazara çıxaran və bununla da qlobal ərzaq böhranını yüngülləşdirən “Taxıl sazişi”nin bərpasına hazırdır”. Bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birlikdə keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, bunun üçün Rusiyanın qida məhsullarına sanksiyaların aradan qaldırılması kifayətdir: “Rusiya taxıl müqaviləsini bərpa etməyə hazırdır və bütün razılaşmalar yerinə yetirilən […]

Müsahibə

Bel ağrılarının yaranma səbəbi açıqlanıb – MÜSAHİBƏ + FOTO

“Diaqnostika bel ağrılarında vacib məsələdir və nəticədən asılı olaraq fərdi müalicə üsulu təyin edilir”. Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-nevroloq Mərziyyə Məmmədova nazirliyin rəsmi saytına müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik: – Mərziyyə xanım, öncə bilmək istərdik ki, bel ağrılarının yaranma səbəbləri nədir? – Müasir dövrdə ən böyük problemlərdən biri fiziki passivlikdir. Belə ki, artıq bəzi […]

İqtisadiyyat

Azərbaycan nümayəndə heyəti Çində bir sıra görüşlər keçirib – FOTO

Azərbaycan və Çin arasında sənaye və yüksək texnologiyalar sahəsində investisiya əlaqələrinin genişləndirilməsi, iqtisadi-ticarət əlaqələrinin inkişafı, Orta Dəhlizin Azərbaycan seqmenti üzrə mümkün birgə əməkdaşlıq və sairə məsələlər müzakirə olunub. Oxu.Az xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasına (ÇXR) səfər çərçivəsində bir sıra görüşlər keçirib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun Çin […]

Cəmiyyət

Azərbaycanda kirayə mənzil fonduna daha 268 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 268 tam təmirli mənzil əlavə edilib. Bu barədə fond məlumat yayıb. Bildirilir ki, bunun 234 mənzili Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 1 və 2 otaqlı olmaqla, 34 mənzil isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, […]

Dünya

Portuqaliya çempionatı oyununda hakim telefonla danışıb penalti qərarını ləğv etdi – VİDEO

Futbol üzrə Portuqaliya çempionatının IV turunda keçirilən “Portu” – “Arouka” oyununda qeyri-adi hadisə baş verib. Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində matçın baş hakimi Migel Noqeyra meydan sahiblərinin lehinə penalti təyin edib. Daha sonra VAR (Video Assistant Referee) hakimləri onu epizoda baxmağa çağırıblar. Lakin VAR monitoru işləməyib. Daha sonra referi dördüncü hakimdən telefon alıb və VAR […]

Cəmiyyət

Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu

Rusiya və Ekvadordan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatlarına əsasən, Rusiyanın Tatarıstan Respublikasında və Ekvadorun Quayas əyalətində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması məqsədilə Rusiyanın Tatarıstan Respublikasında, habelə Ekvador Respublikasının Quayas əyalətində, zonalaşma prinsipi nəzərə alınmaqla […]

Siyasət

Naxçıvan Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-si ixtisasına uyğun fəaliyyət göstərmir

Naxçıvan Muxtar Respublikası Mərkəzi Xəstəxanasındakı 94 həkimdən 50-si ixtisasına uyğun fəaliyyət göstərmir. “Report”un məlumatına görə, eyni hal Naxçıvan Perinatal Mərkəzi və bir sıra digər səhiyyə ocaqlarında da müşahidə olunur. Hətta Babək Rayon Mərkəzi Xəstəxanasında laboratoriya müdiri vəzifəsinə ixtisasca aqronom olan şəxs təyin olunub. Hazırda muxtar respublika səhiyyəsində 400-dən çox vakansiya mövcuddur. İxtisaslı kadrlar çatışmadığından tibb müəssisələrində […]

Ölkə

İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb

Xəbəral.az xəbər verir ki, Sentyabrın 4-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün növbəti müsahibə mərhələsi başlayıb. Sentyabrın 8-nə qədər davam edəcək müsahibələrdə qadın dini ayinlərin icraçısı vakansiyası üzrə 113 nəfər namizədin seçimi aparılacaq. Seçimlər DQİDK-nın ilahiyyatçı qadınlardan təşkil etdiyi Müsahibə komissiyası tərəfindən […]

İqtisadiyyat

İsrail şirkətləri Qarabağın reinteqrasiya layihələrinə cəlb ediləcək – FOTO

İsrail şirkətlərinin Azərbaycanın azad edilmiş ərazilərində həyata keçirilən reinteqrasiya layihələrinə cəlb edilməsi önəmlidir. İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin İsrail Knessetində Azərbaycan-İsrail parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşündə bildirilib. E. Əliyev qeyd edib ki, geniş əlaqələrə malik ölkələrimizin iqtisadi əməkdaşlığının inkişaf etdirilməsi məqsədilə birgə işlər davam etdiriləcək. Qeyd […]

Cəmiyyət

Xaricdə təhsil alan 67 nəfərin diplomu tanınmayıb

Xaricdə təhsil alanların diplomlarının tanınması ilə bağlı avqust ayı üzrə 783 müraciətçinin xaricdə təhsil haqqında sənədinin tanınması ilə bağlı müraciətindən 716-sı barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 67 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb. Bildirilib ki, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər […]