Dünya

Portuqaliya çempionatı oyununda hakim telefonla danışıb penalti qərarını ləğv etdi – VİDEO

Sharing is caring!


Futbol üzrə Portuqaliya çempionatının IV turunda keçirilən “Portu” – “Arouka” oyununda qeyri-adi hadisə baş verib.

Oxu.Az xəbər verir ki, qarşılaşmanın 90-cı dəqiqəsində matçın baş hakimi Migel Noqeyra meydan sahiblərinin lehinə penalti təyin edib.

Daha sonra VAR (Video Assistant Referee) hakimləri onu epizoda baxmağa çağırıblar. Lakin VAR monitoru işləməyib. Daha sonra referi dördüncü hakimdən telefon alıb və VAR otağındakılarla danışdıqdan sonra qərarını dəyişib.

Sözügedən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. “Portu” əlavə edilmiş 19-cu dəqiqədə məğlubiyyətdən qaçmağı bacarıb.

Matçdan sonra “Portu”nun rəhbərliyi açıqlama yayaraq telefon danışığından penalti qərarının dəyişdirilməsinin doğru olmadığını və oyunun nəticəsinin ləğv edilməli olduğunu bildirib.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir