Dünya

Sarkozinin arvadı ictimaiyyət qarşısına açıq-saçıq geyimdə çıxdı – FOTO

Supermodel və Fransanın keçmiş prezidenti Nikola Sarkozinin həyat yoldaşı Karla Bruni Venesiya Film Festivalı çərçivəsində nümayiş olunan “Tatami” filminin qala gecəsinə qatılıb. 55 yaşlı Karla Bruni qırmızı xalçaya sinə nahiyəsində kəsikli, omba nahiyəsindən hündür yarığı olan açıq-saçıq qara paltarda çıxıb. Yaşına baxmayaraq, o, model fəaliyyətini davam etdirir. Qeyd edək ki, bu il Venesiya Film Festivalı […]

Dünya

Gürcüstanda güclü külək və dolu üzüm bağlarını məhv edib – VİDEO

Gürcüstanın Kaxeti bölgəsində dolu və güclü külək üzüm bağlarını, kənd təsərrüfatı sahələrini məhv edib. Məlumata görə, evlərin dam örtüyü, avtomobillər və elektrik ötürücü dirəklər də zədələnib. Bölgədə əhalinin bir hissəsi işıqsız qalıb. Kaxeti qubernatoru Giorgi Aladaşvili bildirib ki, təbii fəlakətdən zərər çəkmiş bələdiyyələrə dəyən ziyan qeydə alınacaq və bölgə səlahiyyətliləri zədələnmiş evlərin damlarını vaxtında təmir edəcəklər. “Biz […]

Cəmiyyət

Küçədə tanımadığı şəxslərin hücumuna məruz qalan 39 yaşlı qadın xəsarət alıb

Bakının Yasamal rayonunda qadın tanımadığı şəxlər tərəfindən döyülüb. “Report”un məlumatına görə, 1984-cü il təvəllüdlü A.V. Əliyeva rayon ərazisində tanımadığı şəxslərin hücumuna məruz qalıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

Cəmiyyət

Nərimanov rayonunda motosikletçini avtomobil vurub

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, 1996-cı il təvəllüdlü Orxan Sücəddin oğlu Hüseynov idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Hadisənin təfərrüatı araşdırılır. Xeberal.az

İdman

Emreli yeni mövsümdə ilk qolunu vurdu: “Dinamo” geridönüş etdi – VİDEO

Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli ölkə çempionatının yeni mövsümündə ilk qolunu vurub. Oxu.Az xəbər verir ki, forvard “Osiyek”lə səfər matçında fərqlənib. 30-cu dəqiqədə meydana çıxan futbolçu 71-ci dəqiqədə, komandası hesabda 0:2 geri olarkən fərqlənib və geri dönüşün təməlini qoyub. Son dəqiqələrdə “Dinamo” daha iki qol vuraraq çətin qələbə qazanıb […]

Cəmiyyət

Kürdəmirdə daha bir zəlzələ olub

Kürdəmir rayonunda üç maqnitudalı zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib. “Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Kürdəmir stansiyasından 18 km cənubda Kürdəmir ərazisində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb”, – mərkəz diqqətə çatdırıb. Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 […]

İdman

“Yuve” qələbə qazanaraq A Seriyasında üçüncü pilləyə yüksəldi – VİDEO

İtaliya A Seriyasının II turunda “Yuventus” “Empoli”nin qonağı olub. Oxu.Az xəbər verir ki, Turin klubu səfər matçında inamlı qələbə əldə edib – 2:0. Qolları 24-cü dəqiqədə Danilo və 82-ci dəqiqədə Federiko Kyeza vurublar. Xallarını yeddiyə çatdıran “Yuve” üçüncü pilləyə yüksəlib. Aşkar autsayder “Empoli”nin xalı yoxdur. Xeberal.az

Dünya

Ukraynada məhdud yararlıların bir qismi hərbi xidmətə çağırılacaq

Ukrayna Müdafiə Nazirliyi hərbi vəziyyət dövründə ölkənin Silahlı Qüvvələrində hərbi xidmətə çağırılmalı olan kişilərin kateqoriyalarının siyahısını genişləndirib. Bu barədə nazirliyin Ali Radanın elektron məlumat bazasında yerləşdirilmiş əmrində qeyd olunub. Qərara əsasən, indi hərbi xidmətə qismən yararlılar orduya çağırılacaqlar. Beləliklə, asemptomatik HİV, kliniki müalicə olunan vərəm və psixi pozğunluqların yüngül qısamüddətli ağrılı təzahürləri kimi diaqnozları olan […]

İdman

“Barselona” səfərdə çətinliklə qələbə qazandı – VİDEO

“Barselona” İspaniya La Liqasının cari mövsümündə ardıcıl üçüncü qələbəsini qazanıb. Oxu.Az xəbər verir ki, Kataloniya klubu IV turda səfərdə “Osasuna”dan üstün olub – 2:1. Hesabı 45+1-ci dəqiqədə Jül Kunde açıb. Lakin 76-cı dəqiqədə Çimi Avila hesabda tarazlıq yaradıb. 84-cü dəqiqədə Alexandro Katena birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq “Osasuna”nı azlıqda qoyub. İki dəqiqə sonra penaltini […]

Dünya

Rostovda ağır qəzada 4 nəfər ölüb

Rusiyanın Rostov vilayətinin Zimovnikovski rayonunda yük maşını ilə yük avtomobilin toqquşması nəticəsində dörd nəfər ölüb. Bu barədə Rostov vilayətinin prokurorluğunun Mətbuat Xidmət məlumat yayıb. “Bu gün, 2023-cü il sentyabrın 3-də Zimovnikovski rayonu ərazisində avtomobil yolunda minik avtomobili və yük maşınının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində dörd nəfər ölüb”, – məlumatda deyilib. Mətbuat […]